Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1455/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC TELECOM" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********76913 və **********57966 olan 2 ədəd X1 7 markalı telefon, Sony TV, LG kondisioner, Sonorous Surefix asqı, Kenwood Şirə çəkən, Etcheken uchun bichaq-Braun, Panasonic, Elenberg (BNK) Magic power, İMEİ kodu **********28891 olan X1 7 markalı telefon və qulaqlıq, İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq, 2 ədəd X2, DOSHEK URETAN üçün 3600 (üç min altı yüz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (12 ay x 90 manat + 0 manat ilkin ödəniş) olan İMEİ **********76913 və **********57966 olan 2 ədəd X1 7 markalı telefon üçün ümumilikdə, 594 (beş yüz doxsan dörd) manat olmaqla ondan. 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5886 (beş min sakkiz yüz saksan altı) manat (18 ay x 327 manat + 0 manat ilkin ödəniş) olan Sony TV, LG kondisioner, Sonorous Surefix asqı üçün ümumilikdə. 2158 (iki min yüz əlli səkkiz) manat olmaqla ondan, 1962 (min doqquz yüz altmış iki) manat ödənilməmiş hissə, 196 (yüz doxsan altı) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dörd yüz altmış sakkiz) manat (18 ay x 26 manat + 0 manat ilkin ödəniş) olan Kenwood Şirə çəkən, Etcheken uchun bichaq- Braun, Panasonic, Elenberg (BNK) Magic power üçün ümumilikdə, 200 (iki yüz) manat olmaqla ondan. 182 (yüz səksən iki) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 672 (altı yüz yetmiş iki) manat (16 ay x 42 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********28891 olan X1 7 markalı telefon və qulaqlıq üçün ümumilikdə, 415 (dörd yüz on beş) manat olmaqla ondan. 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə;Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 424 (dörd yiiz iyirmi dörd) manat (20 ay x 21 manat + 4 manat ilkin ödəniş) olan İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq üçün ümumilikdə, 108 (yüz səkkiz) manat olmaqla ondan. 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2057.4 (iki min əlli yeddi manat qırx qəpik) manat (18 ay x 114.3 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd X3, DOSHEK URETAN üçün ümumilikdə. 125 (yüz iyirmi beş) manat olmaqla ondan, 114 (yüz on dörd) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 1755 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu il və xx.xx.2020-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********76913 və **********57966 olan 2 ədəd X1 7 markalı telefon üçün 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Sony TV, LG kondisioner, Sonorous Surefix asqı üçün 1962 (min doqquz yüz altmış iki) manat ödənilməmiş hissə, 196 (yüz doxsan altı) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. Kenwood Şirə çəkən, Etcheken uchun bichaq-Braun, Panasonic, Elenberg (BNK) Magic power üçün 182 (yüz səksən iki) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən. İMEİ kodu **********28891 olan X1 7 markalı telefon və qulaqlıq üçün 378 (üç yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq üçün 99 (doxsan doqquz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X3, DOSHEK URETAN üçün 114 (yüz on dörd) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə; Ümumilikdə 3600 manat borc, 56 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ **********76913 və **********57966 olan 2 ədəd X1 7 markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 90 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1080 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Sony TV, LG kondisioner, Sonorous Surefix asqı 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 327 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 5886 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Kenwood şirə çəkən, Etcheken uchun bichaq-Braun, Panasonic, Elenberg (BNK) Magic power 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 26 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 468 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh olan İMEİ kodu **********28891 olan X1 7 markalı telefon və qulaqlıq telefon 16 ay müddətinə ödənilmək şərti ilə (ayda 42 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 672 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq 20 ay müddətinə ödənilmək şərti ilə (ayda 21 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 424 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 2 ədəd X3, DOSHEK URETAN 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 114.3 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2057.4 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 540 manat əsas borc, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1962 manat əsas borc, 196 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 182 manat əsas borc, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 378 manat əsas borc, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 99 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 114 manat əsas borc,11 manat cərimə, cəmi 3600 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə 2 9.03.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1080 manat olan İMEİ **********76913 və **********57966 olan 2 ədəd X1 7 markalı telefon, alqısatqı qiyməti 5886 olan Sony TV, LG kondisioner, Sonorous Surefix asqı üçün ümumilikdə, alqısatqı qiyməti 468 manat olan Kenwood Şirə çəkən, Etcheken uchun bichaq- Braun, Panasonic, Elenberg (BNK) Magic power, alqı-satqı qiyməti 672 olan İMEİ kodu **********28891 olan X1 7 markalı telefon və qulaqlıq, alqı-satqı qiyməti 424 manat olan İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq üçün ümumilikdə, alqı-satqı qiyməti 2057.4 manat olan 2 ədəd X3, DOSHEK URETAN pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, komputer və.s əmlakalr cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuş və cavabdehin həmin müqavilələr üzrə ödənilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə 540 manat əsas borc, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1962 manat əsas borc, 196 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 182 manat əsas borc, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 378 manat əsas borc, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 99 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 114 manat əsas borc,11 manat cərimə, cəmi 3600 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 00529617 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1962 manat əsas borc, 196 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00588567 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 182 manat əsas borc, 18 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00927862 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 540 manat əsas borc, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00812081 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 378 manat əsas borc, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli, 00812125 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 99 manat əsas borc, 9 manat cərimə və xx.xx.2020-ci il tarixli, 20183525 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 114 manat əsas borc, 11 manat cərimə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56 manat, cəmi 3656 (üç min altı yüz əlli altı) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1455/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1455/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver