Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1471/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC TELECOM" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il, tarixlərindəki müqavilələrinə əsasən, soyuducu Hoffmann, şirə çəkən GORENJE, Fen Remington, DİSK Playstation 4, HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips, Playstatlon-4, 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult almışdır. Cavabdehin xx.xx.2020-ci il müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. xx.xx.2019-cu il müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir. xx.xx.2019-cu il tarixli müqaviləsi xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən, restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 4344 (dörd min üç yüz qırx dörd) manat borc yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2169.2 (iki min yüz altmış doqquz, iyirmi qəp) manat (33 ay x 63.8 manat + 63.8 manat ilkin ödəniş) olan Soyuducu Hoffmann, şirə çəkən GORENJE, Fen Remington, DİSK Playstation 4 üçün 1965 (min oqquz yüz altmış beş) manat olmaqla ondan. 1787 (min yeddi yüz səksən yeddi) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1941.06 (min doqquz yüz qırx bir, altı qəp) manat (21 ay x 88.23 manat + 88.23 manat ilkin ödəniş) olan HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips üçün 1608 (min altı yüz səkkiz) manat olmaqla ondan. 1462 (min dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 146 (vüz qırx altı) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1002 (min iki) manat (19 ay x 50.1 manat + 50.1 manat ilkin ödəniş) olan Playstation-4, 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult üçün 771 (yeddi yüz yetmiş bir) manat olmaqla ondan 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1162.26 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarına olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirslərdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Soyuducu Hoffmann, şirə çəkən GORENJE, Fen Remington, DİSK Playstation 4 üçün 1787 (min yeddi yüz səksən yeddi) manat ödənilməmiş hissə, 178 (yüz yetmiş səkkiz) manat cərimə pulu. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips üçün 1462 (min dörd yüz altmış iki) manat ödənilməmiş hissə, 146 (yüz qırx altı) manat cərimə. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Playstation-4, 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult üçün 701 (yeddi yüz bir) manat ödənilməmiş hissə. 70 (yetmiş) manat cərimə pulu. Ümumilikdə 4344 manat borc və 63.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il,tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh Playstation-4, 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult 19 ay müddətinə ödənilmək şərti ilə (ayda 50.1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1002 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips 21 ay müddətinə ödənilmək şərti ilə (ayda 88,23 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1941.06 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMC Ə.X1, şirə çəkən GORENJE, DİSK Playstation 4, Fen Remington 33 ay müddətinə ödənilmək şərti ilə (ayda 63,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2169.2 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 701 əsas, 70 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1462 manat əsas, 146 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1787 manat əsas, 178 manat cərimə, cəmi 4344 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il, tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1002 manat olan 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult, alqı-satqı qiyməti 1941.06 manat olan HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips və alqısatqı qiyməti 2169.2 manat olan Soyuducu Hoffmann, şirə çəkən GORENJE, DİSK Playstation 4, Fen Remingtonun pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni 2 ədəd DİSK Playstation 4, Playstation 4 pult, HP Kompüter, Microsoft Windows 10, Lenovo Çanta, Tozsoran Philips, Soyuducu Hoffman, şirə çəkən GORENJE, DİSK Playstation 4, Fen Remington Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2019cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 701 əsas borc, 70 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1462 manat əsas borc, 146 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1787 manat əsas borc, 178 manat cərimə, cəmi 4344 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 701 borc, 70 manat cərimə, xx.xx.2019cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1462 manat borc, 146 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1787 manat borc, 178 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63,44 manat, cəmi 4407.44 (dörd min dörd yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1471/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1471/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver