Məhkəmə qərarları › İş №e-2(009)-1498/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1498/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1498/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı - cavabdeh "xxxx" Sığorta ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh "xxxx" Sığorta ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Sığorta ASCnin ona məxsus “Toyota Land-Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2750 manat məbləğində pulun, həmin pulun hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulun, ilkin qiymətləndirmə aktına görə 45 manatŞ mütəxəssis rəyinə görə 50 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 22 noyabr 2021-ci il tarixdə Bərdə şəhər ərazisində yol nəqliyyat hadisəsi nəticəsində mənə - "Toyota Land -Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Belə ki, Bərdə şəhər sakini X10 idarə etdiyi “Mercedes Benz C230 minik” markalı ** GZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə mənə məxsus “Toyota Land -Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı mobili vurmuş nəticədə anası X8 az ağır xəsarət almışdır. Bundan başqa ona məxsus mobilə də, zərər dəymişdir. Hadisə zamanı Bərdə rayon polis şöbəsinin istintaq şöbəsi tərəfindən araşdırılmış qərar edilmiş və sığorta şirkəti tərəfindən ödənişin həyata keçirilməsi üçün tələb olunan Forma 4 arayışı icbari sığorta bürosu vasitəçiliyi ilə sığorta şirkətinə təqdim olunmuşdur. Bundan sonra o dəfələrlə "xxxx" ASC ilə istər mobil telefon vasitəsi ilə onların qaynar xətdi ilə, istərsə də, digər əlaqə vasitələri ilə əlaqə saxlasada "xxxx" ASC tərəfindən sığorta hadisəsinə çox səthi yanaşılmışdır. Nəhayət onun rəsmi olaraq müraciətindən sonra 2022-ci mart ayında "xxxx" ASC mənə məxsus avtomobilə dəyən zərərin 1000 AZN qiymətləndirildiyi bildirilmişdir. Bundan sonra o yenidən "xxxx" ASC-yə rəsmi olaraq ərizə ilə müraciət edərək onların avtomobilinə dəymiş ziyana görə 1000 manat məbləğ ilə razılaşmadığını bildirsədə, bü günə kimi mənə heç bir cavab verməmişdilər. İddia ərizəsinə əlavə edilmiş ilkin qiymətləndirmə aktından görünür ki, mənə məxsus Toyota nd-Cruiser-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin qiymətləndirmə aktına əsasən qeyd olunan ehtiyyat hissələri və köməkçi materilları ilə birlikdə 1355 manat məbləğində, ehtiyyat hissələrinin təmirinə 700 manat, rənglənmə materilları ilə birlikdə 400 manat, elektrik işləri 100 manat, xərc olmaqla, cəmi çəkilən xərclər cəmi 2555 manat təşkil etdiyi göstərilir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş 290641 saylı, xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, mənim tərəfimdən avtomobilə texniki baxış zamanı 45 manat ödəniş ödənilmişdir. Həmin qəbz də, iddia materiallarına əlavə edilir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, X15-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə nəqliyyat vasitəsinin bərpa edilməsi üçün tələb olunan ehtiyyat hissələrinin dəyəri 1670 manat məbləğində, nəqliyyat vasitəsinin təmirinə tələb olunan ustaların təmir haqqı 1080 manat məbləğində, cəmi ümumi ümumi dəyən ziyanın məbləği 2750 manat məbləğində təşkil edir.Bundan başqa iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-də rəy alınması üçün 18415 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə üçün mütəxəssis təşkilata onun tərəfindən 50 manat ödəniş ödənilmişdir. Həmin qəbz də, iddia materiallarına əlavə edilir.İddia ərizəsinə əlavə olunmuş "xxxx" ASC-dən alınmış xx.xx.2022-ci il tarixli HD- 274/22 saylı məktubdan görünür ki, onun tələb etdiyi məbləğdən imtina edərək, xx.xx.2021-ci il tarixli akta əsasən ona məxsus X15-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min) manat məbləğində ödəniş ödənilməsi bildirir. İddia ərizəsinə əlavə edilmiş ilkin qiymətləndirmə aktından görünür ki, mənə məxsus Toyota Land-Cruiser-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin qiymətləndirmə aktına əsasən qeyd olunan ehtiyyat hissələri və köməkçi materilları ilə birlikdə 1355 manat məbləğində, ehtiyyat hissələrinin təmirinə 700 manat, rənglənmə materilları ilə birlikdə 400 manat, elektrik işləri 100 manat, xərc olmaqla, cəmi çəkilən xərclər cəmi 2555 manat təşkil etdiyi göstərilir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş 290641 saylı, xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, onun tərəfindən avtomobilə texniki baxış zamanı 45 manat ödəniş ödənilmişdir. Həmin qəbz də, iddia materiallarına əlavə edilir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Toyota Land-Cruiser-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə nəqliyyat vasitəsinin bərpa edilməsi üçün tələb olunan ehtiyyat hissələrinin dəyəri 1670 manat məbləğində, nəqliyyat vasitəsinin təmirinə tələb olunan ustaların təmir haqqı 1080 manat məbləğində, cəmi ümumi dəyən ziyanın məbləği 2750 manat məbləğində təşkil edir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-də rəy alınması üçün 18415 saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə üçün mütəxəssis təşkilata onun tərəfindən 50 manat ödəniş ödənilmişdir. Həmin qəbz də, iddia materiallarına əlavə edilir. İddia ərizəsinə əlavə olunmuş "xxxx" ASC-dən alınmış xx.xx.2022-ci il tarixli HD- 274/22 saylı məktubdan görünür ki, onun tələb etdiyi məbləğdən imtina edərək, xx.xx.2021-ci il tarixli akta əsasən ona məxsus “Toyota Land -Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 (bir min) manat məbləğində ödəniş ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bərdə rayon polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət məsuliyyətindən azad etmə və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 22 noyabr 2021-ci il tarixdə saat 17:30 radələrində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsindən X10 idarə etdiyi “Mercedes Benz C230 minik” markalı ** GZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə Koroğlu küçəsinə hərəkətdə olan zaman işıqforun qırmızı işığında dayanmış X6 idarə etdiyi “Toyota Land - Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Mercedes Benz C230 minik” markalı ** GZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobildə sərnişin olan X3 və “Toyota Land -Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X1 az ağır xəsarət yetirilmişdir. İşin nəticəsində X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin əlamətləri olsada, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilmişdir, lakin barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində inzibati icraat açılması üçün Bərdə rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. Hadisə vaxtı anası az ağır və digər sərnişinin də, az ağır xəsarət alması toqquşma zərbəsinin şiddətindən məlumat verir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin internet portalından Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə portaldan görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı Bakı şəhəri. Nizami rayonu, H.Əliyev prospekti 105-də qeydiyyatdadır. İddia ərizəsinə əlavə olunmuş icbari sığortanın müqaviləsinə dair bildirişdən görünür ki, “Mercedes Benz C230 minik” markalı ** GZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5.000 manat məbləğində sığorta olunmuşdur. Yuxarıda qeyd etdiyi əsaslarla hesab edir ki, "xxxx" ASC- nin mənə məxsus “Toyota Land -Cruiser Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2750 manat məbləğində pulun, ilkin qiymətləndirmə aktına görə 45 manat məbləğində pulun, mütəxəssis rəyinə görə 50 manat məbləğində pulun tutulub ona ödənilməsi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 67 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməlidir. İcbari sığortalar haqqında qanunun 18.1-ci maddəsinə görə qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir Həmin qanunun 18.2-ci maddəsinə əsasən Sığortaçı sığorta ödənisir.: Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəməcikcə. hə: gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Nəzərə alsaq baş vermiş yol nəqliyyat hadisəsi üzrə araşdırma xx.xx.2022-r; tarixdə yekunlaşmışdır və sənədlər sığorta şirkətinə təqdim olunmuşdur. Onun tərəfindən Sığorta məbləğinin tam ödənilməsi tələbi ilə bağlı sığorta şirkəti xx.xx.2022-ci il tarixdə məktub ünvanlanmışdır belə olan təqdirdə xx.xx.2022-ci il tarixdən başlayaraq sığortanın məbləği 2750 manat bəbləğində pulun hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pul- hesablanmaqla mənə ödənilməsini məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İcbari sığortalar haqqında” Qanuna görə, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər - fiziki şəxs öldüyü halda, onun ailə üzvləri - və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adma verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir (maddə 6.2., 6.6., 7., 15.1., 15.3.1., 52.1. və 53.4.). Mülki Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxsləı özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəm? müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalımı müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəy risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğiniı müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfındəı öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır). Həmin məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığort qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığort olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığort müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yarana haldır Həmin məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorl üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir Həmin məcəllənin 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığon hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğu olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Hesab edir ki, Cavabdeh təşkilat "xxxx" ASC-nin mənə məxsus “X15 Prado” markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 2750 manat məbləğində pulun, həmin pulun hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun, ilk qiymətləndirmə aktına görə 45 manat, mütəxəssis rəyinə görə 50 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 67 manat məbləğində dövlət rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi ekspert rəyi ilə qismən razılaşaraq iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirdi. İddiaçı və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçıya məxsus Toyota Land-Cruiser-Prado markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin qiymətləndirmə aktına əsasən cəmi 2555 manat, həmçinin mütəxəssis rəyinə əsasən cəmi ümumi dəyən ziyanın məbləği 2750 manat məbləğində təşkil edir. Ekspertiza rəyi ilə də, tanış olmuş, ekspertiza rəyinin 2350 manat olan hissəsi ilə razıdır. İddia tələbində göstərdiyi dəbbə pulu hissəsinə də, toxunulsun. Çünki "xxxx" ASC-nin ona təklif etdiyi 900 manat gülünc məbləğdi, heç dəymiş ziyana yaxın gəlmir. Artıq hadisədən 1 ilə yaxındır ki, müddət keçir və o, bu müddət onun heç bir günahı olmadan vaxt itirmişdir. Bunun səbəbi "xxxx" ASC-nin həddindən artıq aşağı qiymət təklif etməsi üzərinə düşür. Ona görə də, məhkəmədən xahiş edir ki, xx.xx.2022-ci il tarixdə, saat 10:45- də təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia tələbi təmin edilsin. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş Günay Sığorta ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Günay Sığorta ASC tərəfindən xx.xx.2021-ci il tarixində tərtib edilmiş akta əsasən X15 Prado markalı 99KR107 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 1000 (bir min) manat müəyyən edilmiş və məbləğin ödənilməsi üçün bank hesabının təqdim edilməsi təklif olunmuşdur. İş materiallarında olan 27 yanvar 2021-ci il tarixli cinayət məsuliyyətindən azad etmə və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə barəsində cinayət təqibi başlanması rədd edilmiş və cinayət məsuiyyətindən azad edilmiş, onun əməlində İXM-nin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati icraat açılması üçün qərar Bərdə rayon polis şöbəsinin DYPB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 05 dekabr 2021-ci il tarixli zərər dəymiş avtomobil barədə ilkin qiymətləndirmə aktından görünür ki, X15 Prado markalı 99KR107 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 2555 manat təşkil edir. İşə əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X15 Prado markalı 99KR107 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İşə əlavə edilmiş AECS MMC-nin avtomobilə dəymiş maddi ziyanın qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, X15 Prado markalı 99KR107 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ehtiyat hissələrinin və görülən işlərin ümümi dəyəri ümumilikdə 2750 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının sahibi olduğu və idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən icbari sığorta ilə sığortalanmış avtomobil toqquşmuş, yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsü təqsirli olmuş, "xxxx" ASC tərəfindən İddiaçı dəymiş zərər 1000 manat məbləğində müəyyən olunmuş və zərərin məbləğinin ödənilməsi ona təklif olunmuşdur. İddiaçı isə həmin məbləğlə razılaşmayaraq mütəxəssis rəyi tərəfindən qiymətləndirilmə təşkil edilməsini xahiş etmiş və keçirilən ekspertiza nəticəsində dəymiş zərər 2750 manat təşkil etmiş və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır və buna görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. (MM 925.3.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərdən, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclərdən; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclərdən; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. (Qanun 15.3) Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunvericilikdə sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi avtomobillə cavabdeh təşkilat tərəfindən sığortalanmış avtomobilin toqquşması, yol-nəqliyyat hadisəsində "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün təqsirli bilinməsi işin mübahisəsiz halıdır. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin izahatından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında dəymiş zərərin miqdarı barədə razılaşma əldə edilməmişdir. Göründüyü kimi iddiaçının ərizəsi əsasında mütəxəssis rəyi qiymətləndirmə təyin edilmiş və həmin qiymətləndirmə üzrə zərər 2750 manat müəyyən edilmişdir. Cavabdeh "xxxx" ASC qeyd olunan məbləğlə razı olmadığından məhkəmə iclasında vəsatət verərək mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1498/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5437 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan AECS MMC-nin xx.xx.2022-ci il tarixli aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı, “Toyota Land-Cruiser Prado” markalı **-KR-*** qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2350 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1723 manat müəyyən olunmuşdur. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5437 saylı, xx.xx.2022-ci il tarixli rəyinin 2350 manat hissəsi ilə razılaşmış, cavabdeh tərəf isə 1723 manat hissəsinə etiraz etməmişdir. Məhkəmə ekspert rəyini, o cümlədən aşınma tətbiq edilməklə dəymiş zərərin 1723 manat həcmində müəyyən olunmasını mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 1723 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulu ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə iddiaçının ona məxsus avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün avtomobilin ilkin qiymətləndirilməsinə görə və AECS MMC–yə könüllü olaraq, öz təşəbbüsü ilə müraciət etməsini nəzərə alaraq, ilkin qiymətləndirmə aktına görə 45 manat, mütəxəssis rəyinə görə 50 manatı cavabdehdən tələb etməsini də əsassız hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 67 (altmış yeddi) AZN dövlət rüsumundan və iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67 (altmı yeddi) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 17 (on yeddi) manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişinin əvəzi olaraq 1723 (bir min yeddi yüz iyirmi üç) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi, ümumilikdə 1773 (bir min yeddi yüz yetmiş üç) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun 17 (on yeddi) manat hissəsi iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sığorta ödənişinin əvəzi olaraq 1723 (bir min yeddi yüz iyirmi üç) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi, ümumilikdə 1773 (bir min yeddi yüz yetmiş üç) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi cavabdehdən, 40 (qırx) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X2 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar