Məhkəmə qərarları › İş №e-2(009)-153/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-153/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-153/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5980 manat məbləğində sığorta ödənişi, 79,80 manat dövlət rüsumu, 0,4 manat xidmət haqqının, cəmi 6060,20 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonunda "xxxx" ASC-də xx.xx.2023-cu il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yolnəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Kia Rio” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər, piyadalar X7 və X1 zərər vurmaya aid xəsarət almışlar. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobilə dəymiş zərərə görə 4480 manat, X4 və X1 yüngül zərər vurmaya görə hər birinə 750 manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 5980 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Chevrolet Cruze” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cu maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli yekun aktında, yol- nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 4480 manat təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 365 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X5 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 340 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, yolnəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1828/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobilə dəymiş zərərə, X4 və X1 yüngül zərər vurmaya görə ümumillikdə ödənilmiş 5980 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, o bu günə qədər ödənişi həyata keçirməmişdir. Cavabdeh 5980 manat məbləğində sığorta ödənişi, 79,80 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının, cəmi 6060,20 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş «A-Qroup SŞ” ASC-nin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Kia Rio” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 4480 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 006X0H********** nömrəli ödəniş tapşırığından görünür ki, A-Group Sığorta Şirkəti X8 hesabına 4 4800 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 006X0H********** nömrəli ödəniş tapşırığından görünür ki, A-Group Sığorta Şirkəti X3 hesabına 750 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 006X0H********** nömrəli ödəniş tapşırığından görünür ki, A-Group Sığorta Şirkəti X4 hesabına 750 manat ödəmişdir. İş materiallarında olan 27 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Chevrolet Cruze” markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cu maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 365 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X5 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 340 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 340 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində X2 yüngül zərər vurmaya aid olması təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1828/23 nömrəli geriyə tələb məktubundan görünür ki, sığorta hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobilə dəymiş zərərə, X4 və X1 yüngül zərər vurmaya görə ümumillikdə ödənilmiş 5980 (beş min doqquz yüz səksən) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilsə də, o bu günə qədər ödənişi həyata keçirməmişdir. İş üzrə təyin olunmuş qiymətləndirmə ekspertizası üzrı “X6” MMC-nin 04 mart 2025-ci il tarixli, 32 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı X11 məxsus “Kia Rio” markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair aktda göstərilən zədələnmiş ehtiyyat hissələrinin və görülmüş işlərin dəyərinin (4480,00 manat) real bazar qiymətlərinə uyğun olduğu müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Nizami rayonunda "xxxx" ASC-də xx.xx.2023-cu il tarixli, PAG********** şəhadətnamə nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Chevrolet Cruze” markalı, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində “Kia Rio” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər, piyadalar X7 və X1 zərər vurmaya aid xəsarət almışlar. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı avtomobilə dəymiş zərərə görə 4480 manat, X4 və X1 yüngül zərər vurmaya görə hər birinə 750 manat olmaqla, Cəmiyyət tərəfindən ümumillikdə 5980 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə cavabdeh məsuliyyət daşıdığından, iddiaçı "xxxx" ASC ümumilikdə ödənilmiş 5980 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5980 (beş min doqquz yüz səksən) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 79,80 (yetmiş doqquz manat səksən qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 6060,20 (altı min altmış manat 20 qəpik) manat tutulsun. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat Cavabdeh tutularaq “X6” MMC-nin aşağıdakı hesabına köçürülsün: VÖEN:**********, İBAN: AZ94BRES********************, Bank Respublika ASC-nin Nərimanov filialı, Kod: 513489, M/h AZ80NABZ********************, SWİFT: BRESAZ22. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar