Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1531/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və lizinq müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 may 2025-ci il tarixə 1585.39 manat gecikdirilmiş əsas, 157.14 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 525.56 manat dəbbə pulu, cəmi 2268.09 manat borc və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3899 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 29 may 2025-ci il tarixə ümumilikdə 2268.09 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılıb iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2021ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsindən görünür ki, “Khazar SD” minik markalı əmlakın ümumi dəyəri 16.800 manat təşkil edir. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan 3 saylı əlavəsindən görünür ki, lizinq alan illik 23 % hesablanmaqla 48 ay müddətinə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24.016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin İddiaçı MMC ilə Cavabdeh arasında təhvil təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh ilə “Azərmaş" MMC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı "Daxili lizinq" müqaviləsinə əsasən "Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil sizin müvəqqəti istifadənizə verilmişdir. Cavabdeh "Daxili lizinq" müqaviləsi üzrə öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün 29 aprel 2025-ci il tarixə "xxxx" ММС-yǝ МAS-3899 saylı "Daxili Lizinq" müqaviləsinə əsasən ümumilkdə 1676.58 manat məbləğində gecikmə borcu yaranmışdır. Hal-hazırda daxili lizinq müqaviləsinə əsasən üzərinizə götürdüyünüz öhdəlikləri vaxtında yerinə yetirmədiyinizə görə hər gecikdirilmiş gün üçün ümumi lizinq məbləğinin 0.3 %-i miqdarinda dəbbə pulu hesablanacaqdır. Həmçinin "xxxx" MMC-nin mülkiyyətində olan "Khazar SD" markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Sizə verilmiş etibarnamənin müddəti bitmişdir. Nəzərinizə çatdırırıq ki, "Daxili Lizing" müqaviləsinin 5.2-ci bəndinə əsasən lizinq obyektindən heç bir hüquqi əsaslar olmadan istifadə etdiyiniz müddət ərzində, lizinq obyektindən istifadə nəticəsində üçüncü şəxlərə dəymiş zərərə görə məsuliyyəti siz daşıyırsınız. Yuxarıda göstərilənləri rəhbər tutaraq yaranmış borcu dərhal ödəməyinizi və lizinq obyektinə istifadə hüququ verən sənədin alınmasını Sizdən tələb edirik. Əks təqdirdə "Daxili Lizinq" müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcək, yaranmış borc və lizinq obyektinin qaytarılması Sizdən məhkəmə qaydasında tələb ediləcəkdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq’' müqaviləsi üzrə 29 may 2025-ci il tarixə gecikdirilmiş əsas borc 1585.39 manat, gecikdirilmiş mükafat borcu 157.14 manat və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 525.56 manat olmaqla, cəmi məbləğ 2268.09 manat təşki edir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyun 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429.49 manat, ümumilikdə isə 24016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24016 manatın 16800 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3899 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 29 may 2025-ci il tarixə ümumilikdə 2268.09 manat gecikmə borcu yaranmışdır. Müqavilə müddəti bitdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. (MM 748-1.8) Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. (MM 748-1.9) Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış “Daxili lizinq” müqaviləsinin 1.1ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə və məhkəmədə araşdırılmış sübutlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan müqavilə üzrə “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə müvəqqəti sahiblik və istifadə haqqını hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur, lakin o, müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia ərizəsinin “525,56 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, lizinq müqaviləsindən irəli gələn 1585,39 manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 525,56 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılmalı, avtomobil olmadığı halda, onun dəyəri olan 16800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, Cavabdeh 09 iyul 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 may 2025-ci il tarixə 1585,39 manat gecikdirilmiş əsas borc, 157,14 manat gecikdirilmiş mükafat borcu və 100 manat gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla cəmi məbləğ 1842,53 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Avtomobil olmadığı halda, onun dəyəri olan 16800 (on altı min səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 09 iyul 2021-ci il tarixli MAS-3899 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29 may 2025-ci il tarixə 1585,39 (bir min beş yüz səksən beş manat otuz doqquz qəpik) manat gecikdirilmiş əsas borc, 157,14 (bir yüz əlli yeddi manat on dörd qəpik) manat gecikdirilmiş mükafat borcu və 100 (bir yüz) manat gecikdirməyə görə hesablanmış dəbbə pulu olmaqla cəmi məbləğ 1842,53 (bir min səkkiz yüz qırx iki manat əlli üç qəpik) manat borc və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1531/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1531/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver