Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1538/2024 02.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON üçün 2769.84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 459.16 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ASUS komputer üçün 3852 manat ödənilməmiş hissə, güzəşt olunaraq 480 manat dəbbə, ümumilikdə, 7561 manat borc, 95.61 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON, ASUS komputer almış və nəticədə 7561 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2769.84 manat (18 ay x 153.88 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********99527 SAMSUNG GALAXYA24 MARKALİ TELEFON, İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON üçün ümumilikdə, 3229 manat olmaqla ondan, 2769.84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 459.16 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3852 manat (24 ay x 160.5 manat + 0 manat ilkin ödəniş) ASUS KOMPUTER üçün ümumilikdə, 4332 manat olmaqla ondan, 3852 manat ödənilməmiş hissə, güzəşt olunaraq 480 manat dəbbə, cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş, o məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03566388 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 24 ay müddətinə ASUS komputeri alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 385.2 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş 03566389 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 18 ay müddətinə İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 MARKALİ TELEFONU və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFONU alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 276.98 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ASUS komputer üçün 3852 manat ödənilməmiş hissə, 480 manat cərimə, ümumilikdə, 4332 manat borcu və xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON üçün 2769,84 manat ödənilməmiş hissə, 459,16 manat cərimə, ümumilikdə, 3229 manat, cəmi 7561 borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 MARKALİ TELEFON, İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON, ASUS komputer almış və nəticədə 7561 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2769.84 manat (18 ay x 153.88 manat + 0 manat ilkin ödəniş) İMEİ KOD **********99527 SAMSUNG GALAXYA24 MARKALİ TELEFON, İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 MARKALİ TELEFON üçün ümumilikdə, 3229 manat olmaqla ondan, 2769.84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 459.16 manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3852 manat (24 ay x 160.5 manat + 0 manat ilkin ödəniş) ASUS KOMPUTER üçün ümumilikdə, 4332 manat olmaqla ondan, 3852 manat ödənilməmiş hissə, güzəşt olunaraq 480 manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilələr üzrə ASUS komputer üçün 3852 manat və İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 markalı telefon və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 markalı telefon üçün 2769.84 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “480 və 459.16 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn ASUS komputer üçün 3852 manat və İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 markalı telefon və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 markalı telefon üçün 2769.84 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 480 manat dəbbə pulunun azaldılaraq 60 manat və 459.16 manat dəbbə pulunun azaldılaraq 50 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 95.61 (doxsan beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 87.32 (səksən yeddi manat otuz iki qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ASUS komputer üçün 3852 (üç min səkkiz yüz əlli iki) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat və İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 markalı telefon və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 markalı telefon üçün 2769.84 (iki min yeddi yüz altmış doqquz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2819.84 (iki min səkkiz yüz on doqquz manat səksən dörd qəpik) manat, cəmi 6731.84 (altı min yeddi yüz otuz bir manat səksən dörd qəpik) və ödənilmiş 95.61 (doxsan beş manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 87.32 (səksən yeddi manat otuz iki qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ASUS komputer üçün 3852 (üç min səkkiz yüz əlli iki) manat ödənilməmiş hissə, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 3912 (üç min doqquz yüz on iki) manat və İMEİ KOD **********99527 SAMSUNG GALAXY A24 markalı telefon və İMEİ KOD **********40305 SAMSUNG GALAXY S22 markalı telefon üçün 2769.84 (iki min yeddi yüz altmış doqquz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə 2819.84 (iki min səkkiz yüz on doqquz manat səksən dörd qəpik) manat, cəmi 6731.84 (altı min yeddi yüz otuz bir manat səksən dörd qəpik) və dövlət rüsumunun 87.32 (səksən yeddi manat otuz iki qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1538/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1538/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver