Məhkəmə qərarları › İş №e-2(009)-1551/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1551/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1551/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəp) manat ödənilməmiş hissə, 72.74 (yemiş iki manat yetmiş dörd qəp) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 720 (yeddi üyz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 714 (yeddi üyz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 56.5 (əlli altı manat əlli qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 315.56 (üç yüz on beş manat əlli altı qəp) manat ödənilməmiş hissə, 31.44 (otuz bir manat qırx dörd qəp) manat cərimə ümumilikdə 3337 manat borc və 53.37 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən SOYUDUCU ARDESTO , SOYUDUCU ARDESTO, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, TCL LED TV, İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 3337 (üç min üç yüz otuz yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəp) manat (18 ay x 40.07 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU ARDESTO üçün 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəp) manat ödənilməmiş hissə, 72.74 (yemiş iki manat yetmiş dörd qəp) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi üyz iyirmi) manat (18 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU ARDESTOüçün 792 (yeddi yüz odxsan iki) manat olmaqla ondan, üçün 720 (yeddi üyz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714 (yeddi üyz on dörd) manat (12 ay x 59.5 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 785 (yeddi yüz səksən beş) manat olmaqla ondan 714 (yeddi üyz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat (18 ay x 31.25 manat + 0 manat ilkin ödəniş) TCL LED TV üçün 619 (altı yüz on doqquz) manat olmaqla ondan 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 56.5 (əlli altı manat əlli qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 379.56 (üç yüz yetmiş doqquz manat əlli altı qəpik) manat (12 ay x 31.63 manat + 0 manat ilkin ödəniş) İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 347 (üç yüz qırx yeddi) manat olmaqla ondan 315.56 (üç yüz on beş manat əlli altı qəp) manat ödənilməmiş hissə, 31.44 (otuz bir manat qırx dörd qəp) manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 64 manat təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrə əsasən SOYUDUCU ARDESTO , SOYUDUCU ARDESTO, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, TCL LED TV , İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 3337 (üç min üç yüz otuz yeddi) manat borc yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəp) manat ödənilməmiş hissə, 72.74 (yemiş iki manat yetmiş dörd qəp) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 56.5 (əlli altı manat əlli qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 315.56 (üç yüz on beş manat əlli altı qəp) manat ödənilməmiş hissə, 31.44 (otuz bir manat qırx dörd qəp) manat cərimə, ümumilikdə 3337 manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 72.74 (yemiş iki manat yetmiş dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 56.5 (əlli altı manat əlli qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 315.56 (üç yüz on beş manat əlli altı qəp) manat ödənilməmiş hissə, 31.44 (otuz bir manat qırx dörd qəp) manat cərimə, ümumilikdə 3337 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53.37 (əlli üç manat otuz yeddi qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284- 1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 721.26 (yeddi yüz iyirmi bir manat iyirmi altı qəpik) manat ödənilməmiş hissə, 72.74 (yemiş iki manat yetmiş dörd qəpik) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU ARDESTO üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********74348 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 714 (yeddi yüz on dörd) manat ödənilməmiş hissə, 71 (yetmiş bir) manat cərimə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, TCL LED TV üçün 562.5 (beş yüz altmış iki manat əlli qəpik) manat ödənilməmiş hissə, 56.5 (əlli altı manat əlli qəpik) manat cərimə pulu xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********53740 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 315.56 (üç yüz on beş manat əlli altı qəp) manat ödənilməmiş hissə, 31.44 (otuz bir manat qırx dörd qəp) manat cərimə, ümumilikdə 3337 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 53.37 (əlli üç manat otuz yeddi qəpik) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar