Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-156/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli olan miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası xx.xx.1963-cü il təvəllüdlü X16, anası xx.xx.1961-ci il təvəllüdlü X17 olmuşdur. O, anadan olandan X5 X6 rəsmi nikahda olmadıqları üçün onun doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adı qeydiyyata alınmamışdır. xx.xx.2004-cü il Bakı şəhər Nəsimi rayon VVADQ şöbəsinin 46 nömrəli aktı ilə atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən atasının adı X7 qeyd olunmuşdur. Onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnaməsində atasının adı X7 qeyd olunmuşdur. X5 xx.xx.2016-cı ildə “sağ ağ ciyəri xərcəngi” ilə əlaqədar vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydləri kitabında xx.xx.2016-cı il 24 nömrəli aktda qeyd edilmişdir. Səbail rayonu, Nizami küçəsi, ev 32, mənzil 12 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2000-ci il tarixdən mərhum X2 xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Atası vəfat edənə kimi və vəfat etdikdən sonra o, X6 ilə atasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşayırlar. Bu barədə Bakı şəhəri, Səbail rayonu, MTKB-nin 9 saylı MKİS-dən verilmiş xx.xx.2022-ci il tarixli, 93 saylı arayışında qeyd edilmişdir. Arayış Səbail rayon Məhkəməsinə təqdim etmək üçün verilmişdir. Hal-hazırda o, və X6 həmin mənzildə yaşayırlar və bütün kommunal xidmətləri özləri ödəyirlər. X6 birinci qrup uşaqlıqdan əlildir. Bununla bağlı xx.xx.2006-cı il tarixdə Nəsimi ƏSMM təşkilatı tərəfindən anasına vəsiqə verilmişdir. Atalığın tanınması haqqında şəhadətnaməsi olmasına baxmayaraq atasından miras qalmış evi rəsmiləşdirə bilmir. Belə ki, anası atası ilə rəsmi nikahda olmadıqları üçün anası vərəsəliyi qəbul edə bilməmişdir. Onun isə 18 yaşı 2022-ci ilin yanvar ayında tamam olmuşdur. Mirası isə atası öləndən faktiki olaraq qəbul edərək o, idarə edir. X2 dəfnini özü və anası etmişlər. O, da 46 saylı notariat ofisinə müraciət edərək atasından ona miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 46 saylı notariat ofisi xx.xx.2022-ci il tarixdə X/1293 saylı məktub ilə atası X9 ona miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair adına vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi müddətin buraxılması qeyd edilmişdir. O, atasından qalan miras əmlakı olan həmin mənzildə doğulmuşdur və bu günə kimi həmin mənzildə yaşayır. Atası vəfat etdikdən sonra onun dəfnini özü təşkil etməklə bərabər həmin miras əmlakın özü faktiki idarə edir. Ona görə də hesab edir ki, mərhum atası xx.xx.1963-cü il təvəllüdlü X10 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakının tərəfindən faktiki qəbul edilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq ərizəçi vəfat etmiş atası xx.xx.1963-cü il təvəllüdlü X10 ona miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakının onun tərəfindən faktiki olaraq qəbul edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçi İddiaçı ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin izahatında göstərmişdir ki, o, xx.xx.2004cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, hələ kiçik yaşlarında olanda X5 rəhmətə getmişdir. Səbail rayonu, Nizami küçəsi, ev 32, mənzil 12 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2000-ci ildən məhrum X2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Atası vəfat edənə kimi və indiyə kimi o, anası, X17 ilə atasından miras qalmış ünvan 1-ə yerləşən mənzildə qeydiyyatsız yaşayırlar. Mənzilin bu günə qədər kommunal xərclərini də özləri ödəyirlər. O, miras üçün notariat ofisinə müraciət etmiş, lakin onlar müddət keçdiyi üçün ona imtina etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 46 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusudur. 2003-cü ildən Afət o mənzildə yaşayır. X23 rəhmətə gedib. Afət və Yusif bu günə qədər Nizami küçəsi, ev 32, mənzil 12-də yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin 64 saylı mənzilində 1992-ci ildən yaşayır. Ərizəçi onun qonşusudur. Onlar 2003-cü ildən orada yaşayırlar, Yusifin atası Tofiq Əliyev rəhmətə gedib. Yusif və anası həmin mənzildə tək qalırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin, 48/50 mənzilində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. Onlar 2003-cü ildən orada yaşayırlar, Yusifin atası Tofiq Əliyev rəhmətə gedib. Yusif və anası həmin mənzildə tək qalırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Yusifin atası Tofiq Əliyev onun nənəsinin doğma qardaşıdır, yəni o, Tofiq Əliyevin bacısı nəvəsidir. Miras əmlakda qeydiyyatı vardır, Yusif anadan olandan anası və atası Tofiqlə Bakı şəhəri, Nizami küçəsi, ev 32, mənzil 12-də yaşamışlar və dayısı Tofiq rəhmətə getdikdən sonra da bu günədək həmin evdə yaşayırlar. İş üzrə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2004-cü ildə X17 doğulmuş X18 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixlə 46 No ilə qeyd edilmişdir. İş üzrə Nəsimi rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X16, ana qrafasında X17 göstərilmişdir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriya 046358 nömrəli, xx.xx.2000-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 32 saylı evin 12 saylı mənzili tam mülkiyyət hüququ üzrə X13 mülkiyyətindədir. İş üzrə Nəsimi ƏSMM tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 110665 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 uşaqlıqdan 1-ci qrup (ömürlük) əlildir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 214 No ilə qeyd edilmişdir. Ölümün səbəbi: sağ ağ ciyərin xərcəngidir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, X/1293 nömrəli məktubundan görünür ki, mərhum X10 qalmış miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də qonşuların xx.xx.2022-ci il tarixli aktına əsasən 2003-cü ildən Səbail rayonu, Nizami küçəsi, ev 32, mənzil 12-də X6 ilə birlikdə atasının mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşayırlar. İş üzrə Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1, X12 (dayısının keçmiş həyat yoldaşı) Bakı şəhəri, Nizami küçəsində yerləşən 32 saylı evin, sahəsi 17,0 kv.m. olan 1 otaqlı 12 saylı mənzilində 2001ci ildən qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X21 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 1 saylı mənzil ilkin olaraq xx.xx.1995-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 1 saylı DNK-nın 3M-90 reyestr nömrəli xx.xx.2000-ci il tarixli dəyişmə müqaviləsinə əsasən sözügedən mənzil X13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o hüquqi əhəmiyyətli olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. AR MPM-nin 307.2.9-cu maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd edilən Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən müəyyən olunması xahiş olunan hüquqi əhəmiyyətli faktı daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı olduğundan, hazırki ərizəyə daşınmaz əmlakın yerləşdiyi məhkəmədə baxılması qanunidir və bu səbəbdən ərizəçi düzgün olaraq Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan xx.xx.1963-cü il təvəllüdlü X16 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin 12 saylı mənzilin mülkiyyətçisi olmuş və xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi miras qoyan Tofiq Əliyevin qeyrirəsmi nikahdan olan oğludur və 1-ci növbə vərəsədir. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Mirasın qəbulu eyni zamanda iradəli aktdır ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar və şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçi, anası və atası Tofiq Əliyevlə birlikdə atasının mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşamış və onun ölümündən sonra Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evin 12 saylı mənzilinə faktiki yiyələnməklə mirası qəbul etmişdir. Lakin ərizəçi miras əmlakı faktiki olaraq qəbul etsə də, həmin əmlakı qanunla müəyyən edilmiş müddət ərzində vərəsəlik hüquqlarının rəsmiləşdirməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunun tələblərinə əsasən ərizəçinin miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, notariat kontoru ərizəçiyə miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirməsindən imtina etdiyindən, həmçinin ərizəçi miras qoyanın birinci növbəli vərəsəsi olduğundan, ərizəçi miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, miras qoyan Tofiq Əliyev xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən, ərizəçinin birinci növbəli vərəsə kimi miras əmlaka vərəsəlik hüquqlarının tanınması qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Göstərilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. AR Mülki Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3). Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, miras əmlak ərizəçi tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin miras qalmış əmlakı qəbul etmək niyyəti olmuş və bu hal onun həmin əmlakda yaşamaqla ona faktiki olaraq sahiblik etməsi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlak faktiki olaraq ərizəçi tərəfindən qəbul edildiyindən və bu hal məhkəmə iclasında öz təsdiqini tapdığından, mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilməli və təmin edilməlidir. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. X15 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 32 saylı evin 12 saylı mənzilinə İddiaçı mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 32 saylı evin 12 saylı mənzilinə dair İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-156/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-156/2023
19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver