Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1583/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 51,00 (əlli bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Ə.Yaqubov küçəsində tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X1 1844 LS yük’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Changan minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(009)-100/2023 saylı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 510,00 (beş yüz on) manat, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobılə 200,00(iki yüz) manat, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1860,00 (bir min səkkiz yüz altmış) manat, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 330,00 (üç yüz otuz) manat, “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 380,00 ( üç yüz səksən) manat maddi zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə” də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000,00 (beş min) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA124587/23saylı sığorta aktı tərtib edilməklə proporsionallıq nəzərə alınmaqla “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 473,61 (dörd yüz yetmiş üc manat, altmış bir qəpik) manat, PXA124588/23 saylı sığorta aktı tərtib edilməklə “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 185,73(bir vüz səksən bes manat, yetmiş üç qəpik) manat, PXA124589/23 saylı sığorta aktı tərtib edilməklə “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1727,27 (bir min yeddi vüz iyirmi yeddi manat, iyirmi yeddi qəpik) manat, PXA124590/23 saylı sığorta aktı tərtib edilməklə “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 306,45 (üç yüz altı manat, qırx bes qəpik) manat, PXA124591/23 saylı sığorta aktı tərtib edilməklə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 352,89 (üç yüz əlli iki manat, səksən doqquz qəpik) manat sığorta ödənişi ödənilmişdir. (Ümumilikdə 3045,95 (üç min qırx beş manat, doxsan beş qəpik) manat. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Ə.Yaqubov küçəsində tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X1 1844 LS yük’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Changan minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(009)-100/2023 saylı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. İddiaçı tərəfindən zərəçəkmiş şəxslərə ümumilikdə 3045,95 (üç min qırx beş manat, doxsan beş qəpik) zərərin əvəzi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ - 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması hallarında yaranır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş İş № 1(009)-100/2023 saylı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə yuxarıda qeyd olunan Qanunun tələbini və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş şəxs xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Ə.Yaqubov küçəsində PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “X1 1844 LS yük’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Hyundai Elantra minik” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E220 CDİ minik” markalı **-LA- *** dövlət qeydiyyat nişanlı, “Hyundai minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, “Nissan Micra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və “Changan minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə maddi zərər dəymiş, onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslər “Mercedes Benz E220 CDİ minik” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə dəymiş zərərə görə ümumilikdə 3045,95 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat sığorta ödənişi məbləği və 51,00 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3045,95 (üç min qırx beş manat doxsan beş qəpik) manat sığorta ödənişi məbləği və 51,00 (əlli bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1583/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1583/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver