Məhkəmə qərarları › İş №e-2(009)-1584/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1584/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1584/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi L.E.Namazovanın iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ‘‘Monetri” BOKT MMC Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli X9 bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 1 ədəd 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı, 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 23 % dərəcəsi ilə 36 ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 51.000 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2024cü ildən xx.xx.2027-ci ilədək hər ayın 03-ü tarixində lizinq verənin bank hesabına 1.974,20 manat məbləğdə lizinq haqqı ödəməli idi. xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ‘‘Monetri” BOKT MMC Cavabdeh1 arasında xx.xx.2024cü il tarixli, 8882 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Lakin lizinq alan Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməmiş, lizinq haqqı ödənişini həyata keçirməmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri almışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş “avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2009-cu il buraxılışı olan 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı, 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 30.000 manat məbləğdə müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixli 01/25 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin nəqliyyat vasitəsi satış qiyməti 40.000 manat məbləğdə razılaşdırılmaqla, İddiaçı BOKT MMC (satıcı) tərəfindən X2 (alıcı) satılmışdır. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 40.000 manat məbləğdə pul vəsaiti Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan borcundan çıxılmışdır. İddiaçı BOKT MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən Cavabdeh2 İddiaçı BOKT MMC-yə olan qalıq borcu cəmi 26.593,36 manat təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehlərə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli X4 3.1.4-cü maddəsinə əsasən, lizinq alan müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün lizinq obyektinin cari dəyərinin 0.3% məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli X6 12.1-ci maddəsinə əsasən, lizinq alan tərəfindən şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda (12.1.1. lizinq alanın lizinq obyektinin istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 12.1.2. Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilirsə; 12.1.3. lizinq alan lizinq ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya üç dəfədən artıq ödənişi gecikdiribsə), lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcala arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ML/8882 saylı lizinq müqaviləsi üzrə BOKT qarşısında öhdəliklərini icra etməsi üçü məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borcalan BOKT-la birgə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 2.4-cü madddəsinə əsasən borcalanın BOKT qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində BOKT-a dəyən bütün zərərlərin (əsas borc, faizlər, cərimə, dəbbə pulu) həcmində, yəni tam öhdəlik üzrə məsuliyy daşıyır. Göstərilənləri nəzərə alaraq İddiaçı BOKT MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli lizinq müqaviləsinə əsasən 26.593,36 manat qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 169,78 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X11 iddia tələblərini tam müdafiə edərək onların təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə “Satıcı” qismində X7 nümayəndəsi X1 ilə “Alıcı” qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ML/8882 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 nümayəndəsi X1 1 ədəd (2017-ci il buraxılışlı “BMW X5 XDRİVE 35İ” minik markalı, 5UXKR2C31H0X06775 ban nömrəli) avtomobili alıcının mülkiyyətinə verir. Alıcı bu avtomobili xüsusi olaraq ML/8882 saylı X8nə əsasən Cavabdeh2 (gələcəkdə “Lizinq alan” adlanacaqdır) avtomobili lizinqə vermək məqsədilə alır (bənd 1.1). Avtomobilin (“BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban) satış qiyməti 68.000 manat məbləğində müəyyən edilmişdir (bənd 3.1). İş üzrə «Lizinq verən» qismində İddiaçı BOKT MMC ilə «Lizinq alan» qismində Cavabdeh2 arasında bağlanmış ML/8882 №-li xx.xx.2024-cü il tarixli X6 surətinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsini (lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür (bənd 1.1). Lizinq obyekti Lizinq verən tərəfindən alqı-satqı müqaviləsi əsasında Lizinq alanın müstəqil olaraq seçdiyi Satıcıdan alınır (bənd 2.1).Lizinq obyektinin satıcısı X12 adından etibarnamə əsasında çıxış edən X1 (bənd 2.2). Alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 68.000 manat təşkil edir (bənd 2.3). Lizinq alanın Lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 71.071,05 manat, 23% dərəcəsi ilə 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 20.071 manat lizinq verənin mükafatını təşkil edir (bənd 8.2). İş üzrə “Lizinq verən” qismində İddiaçı BOKT MMC ilə “Borc alan” qismində Cavabdeh2 və “Zamin” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, 8882 saylı zaminlik müqaviləsinin surətinə əsasən zamin Lizinq verən qarşısında Lizinq alanın xx.xx.2024-cü il tarixli 8882 saylı illik 23% olmaqla, 36 ay müddətinə 51.000 manat məbləğində kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə İddiaçı BOKT MMC ilə lizinq alan Cavabdeh2 və lizinq verən X7 nümayəndəsi X1 arasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 8882 saylı Lizinq Müqaviləsi üzrə qəbul aktının surətindən görünür ki, İddiaçı BOKT MMC-yə məxsus “BMW X5 XDRİVE 35İ” minik markalı, 77YA547 qeydiyyat nişanı olan (BAN: 5UXKR2C31H0X06775, mühərrik: ********) avtomobil Cavabdeh2 tərəfindən qəbul edilmişdir. İş üzrə İddiaçı BOKT MMC-nin sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsi barədə Ekspert rəyinin surətindən görünür ki,2017-ci il buraxılışlı “BMW X5 XDRİVE 35İ” minik markalı (77NQ563 dövlət qeydiyyat nömrəsi) nəqliyyat vasitəsinin bazar dəyəri 30.000 manat məbləğdə müəyyənləşdirilmişdir. İş üzrə İddiaçı BOKT MMC tərəfindən lizinq alan Cavabdeh2 və zamin Cavabdeh1 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “PSG Finans” BOKT (bundan sonra "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli ML/8882 nömrəli X9 bağlanmışdır. Lizinq verən "xxxx" MMC öz mülkiyyətində olan 2017-ci il buraxılışlı olan “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsini (lizinq obyekti) lizinq alan Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bunun müqabilində lizinq verənə hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürüb. Müqavilənin 8.2-ci maddəsinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 71071,05 manat 23% dərəcəsi ilə 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 20071 manat lizinq verənin mükafatını təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq lizinq alan xx.xx.2024-cü ildən xx.xx.2027-ci ilədək hər ayın 03-ü tarixində lizinq verənin bank hesabına 1974,20 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan Cavabdeh2 uzun müddətdir ki, müqavilə üzrə öhdəliyini icra etmir, lizinq haqqı ödənişini həyata keçirmir. xx.xx.2025-ci il tarixinə Cavabdeh2 cari lizinq borcu 56.593,36 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ML/8882 nömrəli X4 təminatı qismində Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli 8882 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan BOKT qarşısında birgə məsuliyyət daşıyır. Göstərilənləri nəzərə alaraq bildirirlər ki, 5 gün müddətində lizinq ödənişlərini həyata keçirmədiyi təqdirdə "xxxx" MMC tərəfindən hüquqi tədbir görülməyə başlanacaqdır. İş üzrə İddiaçı BOKT MMC tərəfindən lizinq alan Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, “PSG Finans” BOKT (bundan sonra "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli ML/8882 nömrəli X9 bağlanmışdır. Lizinq verən "xxxx" MMC öz mülkiyyətində olan 2017-ci il turaxılışlı olan buraxılışlı “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsini (lizinq obyekti) lizinq alan Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə verməyi, lizinq alan isə bunun müqabilində lizinq verənə hər ay razılaşdırılmış lizinq haqqı ödəməyi öhdəsinə götürüb. Müqavilənin 8.2-ci maddəsinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 71071,05 manat 23% dərəcəsi ilə 36 ay müddətinə təşkil edir. Bu məbləğdən 20071 manat lizinq verənin mükafatını təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq lizinq alan xx.xx.2024-cü ildən xx.xx.2027-ci ilədək hər ayın 03-ü tarixində lizinq verənin bank hesabına 1974,20 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin lizinq alan Cavabdeh2 uzun müddətdir ki, müqavilə üzrə öhdəliyini icra etmir, lizinq haqqı ödənişini həyata keçirmir. xx.xx.2025-ci il tarixinə Cavabdeh2 cari lizinq borcu 56.593,36 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq bildirirlər ki, lizinq verən "xxxx" MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ML/8882 nömrəli “X8” lizinq verən tərəfindən xx.xx.2025-ci il tarixdən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilir; bu zaman qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə ləğv olunduğu andan, yəni xx.xx.2025-ci il tarixdən 15 təqvim günü ərzində Cavabdeh2 lizinq obyektinin alınmasında üstünlük hüququ tanınır. Cavabdeh2 bu müddət ərzində lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun satın ala və ya lizinq obyektinin alıcısını göstərə bilər; xx.xx.2024-cü il tarixli, ML/8882 nömrəli X8 ləğv edildikdən, yəni xx.xx.2025-ci il tarixdən 15 təqvim günü Cavabdeh2 lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, lizinq obyekti – 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh2 "xxxx" MMC-yə olan 56.593,36 manat məbləğdə borcundan çıxarılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan Cavabdeh2 tutularaq lizinq verən "xxxx" MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcək. İş üzrə “Satıcı” qismində İddiaçı BOKT MMC ilə “Alıcı” qismində X3 arasında bağlanılmış xx.xx.2025-ci il tarixli 01/25 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı 1 ədəd 2017ci il buraxılışlı “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli, **-YA-*** qeydiyyat nişanlı avtomobili alıcının mülkiyyətinə verir (bənd 1.1). Avtomobilin (“BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli, **-YA-*** qeydiyyat nişanlı) satış qiyməti 30.000 manat məbləğində müəyyən edilmişdir. İş üzrə «Lizinq verən» qismində İddiaçı BOKT MMC ilə «Lizinq alan» qismində X3 arasında bağlanmış MT/811/LZ/36/042501147 saylı, xx.xx.2025-ci il tarixli X6 surətinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsini (lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür (bənd 1.1). Müqavilə üzrə əldə edilən lizinq obyektinin qiyməti 30.000 manat təşkil edir (bənd 2.3). İş üzrə İddiaçı BOKT MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli 8882 saylı lizinq müqaviləsi üzrə son ödənilmiş borc məbləği (son ödəniş tarixi xx.xx.2025-ci il) 29946,06 manat (o cümlədən son ödənilmiş vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği – 17015,50 manat, son ödənilmiş gecikdirilmiş əsas borcun məbləği – 7391,14 manat, son ödənilmiş gecikdirilmiş faiz borcunun məbləği – 5539,36 manat), lizinq borcu üzrə indiyədək ödənilmiş ümumi məbləğ – 29946,06 manat, lizinq borcu üzrə hal-hazırda mövcud olan ümumi borcun məbləği – 26593,36 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə satıcı X12 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı A.Xəlilov 2017-ci il buraxılışı olan “BMW X5 XDRİVE 35İ” minik markalı 5UXKR2C31H0X06775 ban nömrəli nəqliyyat vasitəsi iddiaçıya 68.000 manata satmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə lizinq alan Cavabdeh2 arasında “BMW X5 XDRİVE 35İ” minik markalı avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə xx.xx.2024-cü il tarixdə ML/8882 saylı X9 bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 23% hesablanmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür və həmin X6 təminatı kimi digər Cavabdeh1 iddiaçı qarşısında zamin kimi çıxış etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bununla da onun 56.593,36 manat borcu yaranmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə iddiaçı avtomobili cavabdehdən geri almış, satışa çıxarılmış və xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satış qiyməti 30.000 manat məbləğdə razılaşdırılmaqla iddiaçı tərəfindən “BMW X5 XDRİVE 35İ” minik markalı avtomaşını T.Pacalova satılmışdır. Avtomaşının satışından əldə edilən 30.000 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçıya olan 56.593,36 manat məbləğində borcundan çıxılmışdır. Hazırda Cavabdeh2 iddiaçıya olan qalıq borcu 26.593,36 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş və onun tərəfindən müqavilə üzrə ödənilməli olan lizinq ödənişləri həyata keçirilmədiyindən, Lizinq verən öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəsillənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin mübahisəsiz geri almaq hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Qeyd edilən Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirilməməsi onu lizinq ödənişlərinin həyata keçirməkdən azad etmədiyindən, iddia tələbi 26.593,36 manat əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə lizinq müqaviləsi üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar(maddə 472.3). Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh2 X9 üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən və digər Cavabdeh1 onun öhdəliklərinin yerinə yetirilməsinə zamin durduğundan, iddia tələbi həmin hissədə də təmin edilməli və yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 169,78 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli ML/8882 saylı X9 üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar 26.593,36 manat əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 169,78 manat, cəmi 26.763,14 (iyirmi altı min yeddi yüz altmış üç manat, on dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar