Məhkəmə qərarları › İş №e-2(009)-1585/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1585/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1585/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixində saat 14:00 radələrində Bakı şəhəri, Q.Qarayev prospekti ərazisində Cavabdeh tərəfindən idarə edilən və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil “Honda Civic” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmişTP5271190 №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Honda Civic” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 180 manat təşkiledir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA120397 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 180 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 180 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən X2 məxsus “Vaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək – 12 ay müddətinə sığorta olunmuşdur. İş üzrə Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş PXA120397 saylı sığorta aktının surətinə əsasən xx.xx.2022-ci il tarixdə sığortalanmış “Vaz” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə «Honda Cıvıc» markalı ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Honda Cıvıc» markalı ** DL *** dövlət nömrə nişanlı avtomaşına 180 manat ziyan dəymişdir. İş üzrə “Auto Box” avtomobil servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3487 saylı qüsur aktına əsasən «Honda Civic» markalı **-DL-*** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 180 manat ziyan dəymişdir. İş üzrə sığorta ödənişinin alınması üçün sığorta aktından və sığorta ödənişindən görünür ki, "xxxx" ASC tərəfindən 180 manat zərərçəkmiş şəxsə X1 ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 14:00 radələrində Bakı şəhəri, Q.Qarayev prospekti ərazisində idarə etdiyiniz və tərəfimizdən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil "Honda Civic" markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə avtomobilə dəymiş zərərə görə tərəfimizdən Azərbaycan 180 (bir Respublikasının yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "İcbari sığortalar haqqında” Qanunun 23.1.6-ci maddəsində sığortaçının hüquqlarından biri kimi sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ qeyd edilir. Odur ki, 180 yuxarıda (bir yüz qeyd olunanları və hadisə zamanı sizin hadisə yerindən yayındığınızı səksən) manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında "xxxx" ASC-nin aşağıda qeyd olunmuş bank hesabına və ya Milli Ön aparatlarından (Xalq Bank/Hüquqi şəxslər/ Müştəri kodu:154830/ VÖEN:**********/ Cari hesaba mədaxil/ Təyinata ad, soyad və PXA********** yazmaqla) məktubu aldıqdan sonra 3 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “Vaz” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Honda Cıvıc” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Honda Cıvıc” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 180 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk edərək getmiş və onun yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli olması və hadisə yerindən yayınma səbəbi ilə AR İXMnın 327.1-ci və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Honda Cıvıc” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 180 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü hadisə zamanı hadisə yerindən yayındığından, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 180 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayındığından iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı, verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göstərilən Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 180 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 180 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 210 (iki yüz on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar