Məhkəmə qərarları › İş №e-2(009)-1588/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1588/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1588/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, Panasonic Ətçəkən, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse, qulaqlıq, İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon, Bike Saft, TWS qulaqlıq, GORENJE Çaynik, ütü üçün 2966 (iki min doqquz yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1857.6 (min səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat (24 ay x 77.4 manat + 0 manat ilkin ödəniş) olan Panasonic Ətçəkən, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse, qulaqlıq üçün ümumilikdə. 1784.6 (min yeddi yüz səksən dörd manat altmış qəpik) manat olmaqla ondan, 1622.6 (min altı yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 162 (yüz altmış iki) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 878.4 (səkkiz yüz yetmiş səkkiz manat qırx qəpik) manat (18 ay x 48.8 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon üçün ümumilikdə, 160.4 (yüz altmış manat qırx qəpik) manat olmaqla ondan, 146.4 (yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 928.8 (doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat (24 ay x 38.7 manat + 0 manat ilkin ödəniş) olan Bike Saft, TWS qulaqlıq, GORENJE Çaynik, ütü üçün ümumilikdə, 1021 (min iyirmi bir) manat olmaqla ondan, 928.8 (doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92.2 (doxsan iki manat iyirmi qəpik) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 967 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci xx.xx.2021-ci və xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Panasonic Ətçəkən, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse, qulaqlıq üçün 1622.6 (min altı yüz iyirmi iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 162 (yüz altmış iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon üçün 146.4 (yüz qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Bike Saft, TWS qulaqlıq, GORENJE Çaynik, ütü üçün 928.8 (doqquz yüz iyirmi səkkiz manat səksən qəpik) manat ödənilməmiş hissə, 92.2 (doxsan iki manat iyirmi qəpik) manat cərimə ümumilikdə 2966 manat borc, 49.66 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il, tarixli müqaviləyə əsasən "xxxx" MMC R.X1, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse və qulaqlıq 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 77.40 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1857.6 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 48,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 878.4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC R.X2, TWS qulaqlıq, Gorenje çaynik və ütü 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 38,7 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 928,8 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1622 əsas, 162 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1146,6 manat əsas, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 928.8 manat əsas, 92.2 manat cərimə, cəmi 2966 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1857,6 manat olan Panasonic Ətçəkən, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse və qulaqlıq, alqı-satqı qiyməti 878.4 manat olan İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon və alqı-satqı qiyməti 928.8 manat olan Bike Saft, TWS qulaqlıq, Gorenje çaynik və ütü pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni Panasonic Ətçəkən, Samsung Mikrodalğalı soba, Braun Toster, Gaming çantası, Mouse və qulaqlıq İMEİ kodu **********93146 olan X3 9 Pro markalı telefon Bike Saft, TWS qulaqlıq, Gorenje çaynik və ütü Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2021ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1622,6 əsas borc, 162 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 146,4 manat əsas borc, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 928,8 manat əsas borc, 92,2 manat cərimə, cəmi 2966 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-cu il tarixli 22303100 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1622,6 borc, 162 manat cərimə, xx.xx.2021-ci il tarixli 22303137 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 146,4 manat borc, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli 23143894 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 928,8 manat borc, 92,2 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49,66 manat, cəmi 3015,66 (üç min on beş manat, altımış altı qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar