Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1590/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İddiaçı Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evi və çardaq tikilisi faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş- 300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, həmin ev köhnə tikilidir, 2021-ci ildə Gülnarə Rüstəmova adlı şəxs tərəfindən tikilmişdir. 2025-ci ilin mart ayında isə həmin ev onun tərəfindən əvvəlki sahibindən alınmışdır. Evi alarkən onun qarşı hissəsi uzun müddət təmir olunmadığı üçün yararsız vəziyyətə düşdüyünə görə təmir işləri aparmışdır. Doğrudur, istifadəsində olan tikili neft kəmərindən 20-25 m aralı məsafədə yerləşir, lakin həmin tikili uzun müddətdir inşa edilmişdir və yaxınlıqda çoxsaylı yaşayış evləri vardır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X3, mühafizəçi X1 və NKİ QİB NBKXS-nin mühəndisi X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə 4 saylı qarovulun 2-ci iş növbəsində saat 23:40-da 11 saylı postun (NKl-nin Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft boru kəmərinin mühafizəsi üzrə avtomobildə səyyar) ərazisində Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında, Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft boru kəmərinin 0,9-cu km-də 3 kəmərə paralel 1-ci sırada təxminən kəmərdən 20 metr məsafədə vətəndaş Cavabdeh məxsus yaşayış olan ev qarşısında olan dam örtüyünün çardaq hissəsinin altında 2 metr enində, 3 metr uzunluğunda 5 mişar daş hündürlüyündə yeni hörgü işinin aparılması və qapı qoyulması tərəfindən aşkarlanmışdır. Ev sahibi Cavabdeh istismarçı təşkilat ilə razılaşdırmadan tikinti işlərinin aparılmasının qanunazidd olduğu izah edildi, yazılı xəbərdarlıq götürməkdən imtina etdiyi üçün şifahi xəbərdarlıq edilərək işlərin dayandırılması tələb edildi. Lakin sözügedən evin sahibi evin sanitar qovşağının həmin hissədə olduğunu və evində əlil övladı olduğu üçün təhlükə yaratdığından həmin hissəni tikəcəyini bildirdi. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin yaxınlığında neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən özbaşına tikinti işləri aparılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik magistral neft kəmərinin mühafizə ərazisində yerləşir. Bu səbəbdən iddiaçı həmin tikintinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən onun evinin neft kəmərlərindən 20-25 metr aralı məsafədə yerləşməsi etiraf olunduğundan, bununla da cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Göstərilən Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmçinin həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 20-25 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 2 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20-25 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və çardağı Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı xeyrinə (SOCAR-ın İddiaçı bank hesabı: (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1590/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1590/2025
13.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver