Məhkəmə qərarları › İş №e-2(009)-160/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-160/2025

13.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-160/2025 13.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 1,35-ci km-də,(39T 399497 ******* kordinatında) kəmərə paralel, 1-ci sırada 30 metr aralı neft kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasarın və beton özülün cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 1,35-ci km-də,(39T 399497 ******* kordinatında) kəmərə paralel, 1-ci sırada 30 metr aralı neft kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasar və beton özül faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; AR Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurguların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia ərizəsinə etiraz edir. Torpaq sahəsi cavabdehin mülkiyyətindədir və yaşayış evinin tikintisi üçün yerli icra hakimiyyəti orqanına məlumatlandırma qaydasında müraciət edilmiş və yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinin neft kəmərindən hansı məsafədə yerləşməsi barədə mütəxəssis rəyində məlumat yoxdur. Bildirir ki, yüzlərlə evlər həmin ərazidə tikilib. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi əvəzi X5, mühafizəçi X4 və NKİ QİB NBKXS-nin rəisi X6 bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2024-cü il tarixdə 1 saylı qarovulun 1-ci iş növbəsində saat 11:30-da, 4-5 saylı postların (NKİ Şirvan-Böyükşor neft kəməri 92- 115.2 km və kəmərə birləşən Bibiheybət xətti, avtomobildə səyyar) ərazisində, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında, (39 T 399497 ******* saylı kordinatda) Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistiral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 1,35-ci km-də kəmərdən təxminən 30 metr aralıda, 1-ci sırada, vətəndaş Zaur Fətəliyevə məxsus olduğu bildirilən köhnədən dörd tərəfi uca hasarlı olan boş ərazidə 14 X 17 metrlik katlavan qazılaraq yerə beton verilməsi işləri əməkdaşlarımız tərəfindən aşkarlanaraq dayandırılmışdır. Ərazi sahibi kimi özünü təqdim edən Zaur Fətəliyev sözügedən ərazidə olmadığı üçün onunla telefon (mobil nömrəsi: ***- ***-**-**) əlaqəsi saxlayaraq istismarçı təşkilat ilə razılaşdırılmadan mühafizə zonası daxilində gördüyü işin qanunazidd olduğu izah edilərək xəbərdarlıq edilmişdir. Qeyd edərək bildirmək istəyirik ki, sözügedən şəxs izahedici söhbətdən sonra əraziyə aid bütün sənədlərinin olduğunu iddia edərək lazım olan icazənidə alacağını bildırmişdir. Bu barədə NKİ QİB-ne və Tİ-nin XTŞ-nin növbə rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Cavabdeh adına qeydiyyatdan keçmişdir. - Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron imzalanmış bildirişdən görünür ki, sizin EDO-23298/2024 nömrəli 2024-11-14 tarixli müraciətiniz üzrə Azərbaycan Respublikasının Səhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş qaydada 10 gün tamam olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 19 avqust 2025-ci il tarixli 3-21-3-30/2-37511/2025 saylı mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının nümayəndəsi ilə birgə sözügedən torpaq sahəsinin yerləşdiyi ünvanda olduq giriş darvaza qapısı bağlı olduğundan məlumat üçün sahənin çöl tərəfindən bir ədəd koordinat götürüldü (X-399497; Y-4467360). Sahə üzərində yeni inşa olunan üçmərtəbəliyarımzirzəmili tikili vardır. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla təqdim edilmiş ərazi neft kəmərinin mühafizə zolağında yerləşir. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli hasar və beton özülün yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla Cavabdeh adına xx.xx.2024-cü il tarixdən qeydiyyatdan keçmişdir. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 1,35-ci km-də,(39T 399497 ******* kordinatında) kəmərə paralel, 1-ci sırada 30 metr aralı neft kəmərinin mühafizə zonasında yerləşməsi göstərilməklə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hasarın və beton özülün cavabdehin hesabına sökülərək ərazidən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə predmeti olan sahəyə məhkəmənin, cavabdehin nümayəndəsinin və iddiaçı tərəfindən təmin edilmiş mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmiş və mütəxəssisin xəritə ilə müqayisəli şəkildə izahı ilə də neft kəmərinin cavabdehin torpaq sahəsinin daxilindən deyil, kənardan- hasarın çöl tərəfindən keçməklə sahənin mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsində hazırda cavabdeh tərəfindən (bir neçə mərtəbəli) yaşayış evi inşa edilmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron imzalanmış bildirişdən görünür ki, sizin EDO-23298/2024 nömrəli 2024-11-14 tarixli müraciətiniz üzrə Azərbaycan Respublikasının Səhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş qaydada 10 gün tamam olmuşdur. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd edilənləri, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, yeni qaydalarla: AZ 1004, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin Cavabdeh adına qeydiyyatdan keçməsini və hazırda onun mülkiyyətində olmasını, yerli icra hakimiyyəti orqanına məlumat verilməklə yaşayış evinin inşa edilməsini də nəzərə alaraq hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi əsassızdır. Belə olan halda məhkəmə hasar və beton özülün sökülməsini məqsədə müvafiq hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri, ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar