Məhkəmə qərarları › İş №e-2(009)-1619/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1619/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1619/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS TUF GAMİNG kompüter üçün 1499.76 (min dörd yüz doxsan doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, 149.98 (yüz qırx doqquz manat,98 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 X1AOMİ REDMİ 12 markalı telefon, üçün, 451.77 (dörd yüz əlli bir manat, 77 qəpik) manat ödənilməmiş hissə, 45.18 (qırx beş manat, 18 qəpik) manat cərimə; xx.xx.2023-cü İl tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış üçün 279.39 (iki yüz yetmiş doqquz manat, 39 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 27.94 (iyirmi yeddi manat, 94 qəpik) manat cərimə, ümumilikdə 2477.61 manat borc və 44.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən. ASUS TUF GAMİNG kompüter, ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 XİAOMİREDMİ12 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış və nəticədə 2477.61 (İki min dörd yüz yetmiş yeddi manat, 61 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3000.60 (üç min manat,60 qəpik) manat (18 ay x 166.70 manat + 0 manat ilkin ödəniş) olan ASUS TUF G AMİNG kompüter üçün ümumilikdə, 1649.74 (min altı yüz qırx doqquz manat, 74 qəpik) manat olmaqla ondan, 1499.76 (min dörd yüz doxsan doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 149.98 (yüz qırx doqquz manat,98 qəpik) manat cərimə. xx.xx.2024-cii il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 905.40 (doqquz yüz beş manat,40 qəpik) manat (18 ay x 50.30 manat + 0 manat ilkin ödəniş) olan ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 XİAOMİ REDMİ 12 markalı telefon, üçün ümumilikdə, 496.95 (dörd yüz doxsan altı manat, 95 qəpik) manat olmaqla ondan, 451.77 (dörd yüz əlli bir manat, 77 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.18 (qırx beş manat, 18 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1627.92 (min altı yüz iyirmi yeddi manat, 92 qəpik) manat (18 ay x 90.44 mana/ + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış üçün ümumilikdə, 330.93 (üç yüz otuz manat, 93 qəpik) manat olmaqla ondan. 279.39 (iki yüz yetmiş doqquz manat, 39 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 27.94 (iyirmi eyddi manat, 94 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 475 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 873.53 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 475 manat, ümumilikdə 1348.53 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1954.47 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ərizəyə əlavə olunan tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024- cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən. ASUS TUF GAMİNG kompüter, ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 XİAOMİREDMİ12 markalı telefon , QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış və nəticədə 2477.61 (İki min dörd yüz yetmiş yeddi manat, 61 qəpik) manat borc yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il il tarixli müqavilələrə əsasən müvafiq olaraq 1499.76 manat, 451.77 manat, 279.39 manat ödənilməmiş hissənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 149.98 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 45.18 manat cərimə; xx.xx.2023-cü İl tarixli müqaviləyə əsasən 27.94 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2024-cü il il tarixli müqaviləyə əsasən 1499.76 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 149.98 manat dəbbə pulunun azaldılaraq 40 (qırx) manat məbləğində müəyyən edilməsinin, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 451.77 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, 45.18 manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 279.39 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, 27.94 (iyirmi yeddi manat doxsan dörd qəpik) manat dəbbə pulunun azaldılaraq 10 (on) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS TUF GAMİNG kompüter üçün 1499.76 (bir min dörd yüz doxsan doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 X1AOMİ REDMİ 12 markalı telefon üçün 451.77 (dörd yüz əlli bir manat, 77 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2023-cü İl tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış üçün 279.39 (iki yüz yetmiş doqquz manat, 39 qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat borc olmaqla, cəmi 2324,52 (iki min üç yüz iyirmi dörd manat 52 qəpik) və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ASUS TUF GAMİNG kompüter üçün 1499.76 (bir min dörd yüz doxsan doqquz manat, 76 qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən ÜTÜ TEFAL TURBO PRO, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********88321 X1AOMİ REDMİ 12 markalı telefon üçün 451.77 (dörd yüz əlli bir manat, 77 qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə; xx.xx.2023-cü İl tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, PAKET APPLE XİDMƏTİ, İMEİ KODU **********94660 İPHONE 13 markalı telefon almış üçün 279.39 (iki yüz yetmiş doqquz manat, 39 qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat borc olmaqla, cəmi 2324,52 (iki min üç yüz iyirmi dörd manat 52 qəpik) və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar