Məhkəmə qərarları › İş №e-2(009)-1622/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1622/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1622/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “ABC Telecom" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********95907 iPhone 11 Pro Max markalı telefon, İmei kodu **********22929 X1 8 markalı telefon, 2 ədəd Trimmer Philips almış və nəticədə 1444 (bir min dörd yüz qırx dörd)manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3420 (üç min dörd yüz iyirmi) manat (18 ay x 190 manal + 0 manal ilkin ödəniş) İmei kodu **********95907 iPhone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 1254 (bir min iki yüz. əlli dörd) manat olmaqla ondan. 1140 (bir min yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 114 (yüz. on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (18 ay x 32 manat + 0 manat ilkin ödnnis) İmei kodu **********22929 X1 8 markalı telefon üçün ümumilikdə, 140 (yüz qırx) manat olmaqla ondan, 128 (yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 (on iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 273.6 (iki yüz. yetmiş üç, altmış qəp) manat (12 ay x 22.8 manat + 0 manal ilkin ödəniş) 2 ədəd Trimmer Philips üçün ümumilikdə, 50 (əlli) manat olmaqla ondan. 45.6 (qırx beş, altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.4 (dörd, qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2956 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsi, olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilı ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli müqav iləsinə əsasən. İmei kodu **********95907 iPhone Pro Max markalı telefon üçün 1140 (bir min yüz qır.y) manat ödənilməmiş hissə, 114 (yüz on dörd; manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********22929 X1 8 markalı telefon üçün,128 (yüz iyirmi səkkiz; manat ödənilməmiş hissə, 11 (on iki manat cərimə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd Trimmer Philips üçün 45.6 (qırx beş, altmış qəp, manat ödənilməmiş hissə, 4.4 (dörd manat qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. Ümumilikdə 1444 manat borc. 34.44 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" M.M.C-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il, tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kodu **********95907 iPhone 11 Pro Max markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 190 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 3420 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kodu **********22929 X1 8 markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 32 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 576 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh 2 ədəd Trimmer Philips 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 22,8 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 273.6 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1140 əsas, 114 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 128 manat əsas, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 45.6 manat əsas, 4.4 manat cərimə, cəmi 1444 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqısatqı qiyməti 3420 manat olan İmei kodu **********95907 iPhone 11 Pro Max markalı telefon, alqısatqı qiyməti 576 manat olan İmei kodu **********22929 X1 8 markalı telefon və alqı-satqı qiyməti 273,6 manat olan Ələkbərova 2 ədəd Trimmer Philips pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni İmei kodu **********95907 iPhone 11 Pro Max markalı İmei kodu **********22929 X1 8 telefon və 2 ədəd Trimmer Philips Cavabdeh verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2020ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1140 əsas borc, 114 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 128 manat əsas borc, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 45.6 manat əsas borc, 4,4 manat cərimə, cəmi 1444 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 20207142 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 1140 borc, 114 manat cərimə, xx.xx.2020-ci il tarixli 20040667 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 128 manat borc, 12 manat cərimə, xx.xx.2020-ci il tarixli 20343866 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 45,6 manat borc, 4,4 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34,44 manat, cəmi 1478,44 (bir min dörd yüz yetmiş səkkiz manat, qırx dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar