Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1646/2023 01.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin - Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 753 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon, SAMSUNG LED TV almış və nəticədə 753 (yeddi yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 450.36 (dördyüz əlli manat otuz altı qəpik) manat (12 ay x 37.53 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün ümumilikdə 371 (üç yüz yetmiş bir) manat olmaqla, ondan, 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 825.66 (səkkiz yüz iyirmi beş manat altmış altı qəpik) manat (18 ay x 45.87 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə 382 (üç yüz səksən iki) manat olmaqla, ondan, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində Samsung Led TV və Zəmanətdən imtina etmiş və məhsul 386 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 92 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 386 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 113 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon, SAMSUNG LED TV almış və nəticədə 753 (yeddi yüz əlli üç) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 450.36 (dördyüz əlli manat otuz altı qəpik) manat (12 ay x 37.53 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün ümumilikdə 371 (üç yüz yetmiş bir) manat olmaqla, ondan, 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 825.66 (səkkiz yüz iyirmi beş manat altmış altı qəpik) manat (18 ay x 45.87 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə 382 (üç yüz səksən iki) manat olmaqla, ondan, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021- ci il tarixli müqaviləsinə əsasən İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 753 (yeddi yüz əlli üç) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 753 (yeddi yüz əlli üç) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********02381 SAMSUNG GALAXY A03S markalı telefon üçün 337.36 (üç yüz otuz yeddi manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 33.64 (otuz üç manat altmış dörd qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün, 347.66 (üç yüz qırx yeddi manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 34.34 (otuz dörd manat otuz dörd qəpik) manat cərimə, ümumilikdə 753 (yeddi yüz əlli üç) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1646/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1646/2023
01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver