Məhkəmə qərarları › İş №e-2(009)-1661/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1661/2025

09.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1661/2025 09.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Ş.V.Hüseynovun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.4 km-də (39 T 399110, ******* koordinat üzrə) boş ərazidə boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv 7-ci döngə ünvanında Cavabdeh məxsus qeyri-yaşayış (obyekt) faktı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399110 ******* koordinat üzrə) boş ərazidə boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 7-ci döngə ünvanında Cavabdeh məxsus qeyri-yaşayış (obyekt) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan çıxarışdakı torpaq sahəsinin yerləşmə yeri barədə ekspert rəyi mövcud deyil. Digər tərəfdən onlar torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənədlərin etibarsız hesab edilməsi ilə bağlı İnzibati Məhkəməyə müraciət etmişlər. Torpaq sahəsi üzərində olan tikili özbaşınadır, çünki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin həmin tikili mühafizə zonasında yerləşir. Ona görə də tikilinin sökülməsi barədə tələb irəli sürülmüşdür. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüquqları vardır. Tikili qanuni əsaslarla inşa edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasında tikilinin inşası müvafiq icra hakimiyyəti ilə razılaşdırılmış, yalnız texniki məsələ olaraq reyestrdə qeydiyyata alınmalıdır. Başqa sözlə, tikili özbaşına hesab edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfindən iddianın əsaslığı ilə bağlı sübutlar da məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri notarius İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, sahə 1538A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, sahə 1538A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdeh, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2018-ci il tarixli seriya RX ******* No-li Çıxarışa əsasən ünvan 6 ünvanda mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya No İN/L-19/2017, xx.xx.2017-ci il) baxıb onu razılaşdırırlar. Bildirirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Eyni zamanda nəzərinə çatdırırlar ki, Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra Cavabdeh bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verməlidir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2ci yaşayış massivi, sahə 1538A ünvanında yerləşən 0,04 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2.4 km-də (39 T 399110, ******* koordinat üzrə) boş ərazidə boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv 7-ci döngə ünvanında Cavabdeh məxsus qeyri-yaşayış (obyekt) faktı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399110 ******* koordinat üzrə) boş ərazidə boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 7-ci döngə ünvanında Cavabdeh məxsus qeyri-yaşayış (obyekt) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti (qeyri-yaşayış obyekti) neft kəmərinin mühafizə zonasında yerləşsə də, həmin tikintinin qanunsuz əsaslarla aparılması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona ayrılmış torpaq sahəsini zəbt edərək orada özbaşına tikili inşa etməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan tikinti öz mülkiyyətində olan torpaq sahəsi üzərində, qanunvericiliyinin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasına riayət etməklə müvafiq icra qurumu ilə razılaşdırılmaqla aparılmış və tikilinin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdadır. Məhkəmə həmçinin qeyd edir ki, tikinti o vaxtı qanunsuz hesab edilir ki, həmin tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla aparılsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə məhkəmə tərəfindən cavabdeh tərəfindən aparılan tikintinin qanunsuz olması müəyyən olunmamış və bu fakt öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X2 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən mülkiyyətçi öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə və ona dair sərəncam verə bilər. Cavabdeh tərəfindən aparılan tikinti öz mülkiyyətindən istifadə hüquqlarının həyata keçirilməsi ilə bağlıdır və bu hüquqların həyata keçirilməsində cavabdeh sərbəstdir. Lakin iddiaçının tələbi faktiki olaraq cavabdehin qanunla qorunan hüquqlarının həyata keçirilməsinə qadağa qoyulması ilə bağlıdır ki, bu da mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Qeyd edilən Məcəllənin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Həmin Məcəllənin 75.13-cü maddəsinə əsasən tikintiyə icazənin və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının apardığı tikinti neft kəmərinin mühafizə zolağında yerləşsə də, həmin tikili dövlət müdafiəsi altında olan, dövlət qeydiyyatına alınmış və cavabdehin mülkiyyətində olan torpaq sahəsində aparılıb. Sökülməsi tələb edilən daşınmaz əmlak mülkiyyət kimi reyestrdə qeydiyyata alınmasa da, qanunvericiliyin tələblərinə uyğun inşa edilmişdir. Bu səbəbdən iddiaçının cavabdeh tərəfindən aparılan və mülkiyyət kimi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan torpaq sahəsi üzərində tikilinin sökülməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri – 100 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı SOCAR-ın İddiaçı istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 2,4 km-də (39 T 399110 ******* koordinat üzrə) boş ərazidə boru kəmərindən 16 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massiv, 7-ci döngə ünvanında Cavabdeh məxsus qeyri-yaşayış (obyekt) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank, Xətai filialı: VÖEN: **********1, H/h: AZ33AİİB********************, KOD: 200071, M/h: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar