Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1663/2025 18.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızına qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızına qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı İddiaçı MMC ilə müddəti 10 ay olmaqla xx.xx.2018-ci il tarixli, EHK5708465 saylı və 12 ay olmaqla xx.xx.2018-ci il tarixli, EHK547169 saylı borc müqavilələri bağlamışdır. xx.xx.2018-ci il tarixli, EHK5708465 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 819 manat olan məişət avadanlığı əldə edib. xx.xx.2018-ci il tarixli, EHK547169 saylı müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1824 manat olan məişət avadanlığı əldə etmişdir.Cavabdehin müqavilələr üzrə iddiaçıya 2245 manat əsas borcu qalıb. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızından xx.xx.2018-ci il tarixli, EHK5708465 saylı borc müqaviləsinə əsasən 619 manat əsas borc, xx.xx.2018-ci il tarixli, EHK547169 saylı borc müqaviləsinə əsasən 1626 manat əsas borc və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2408 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı MMC ilə Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən ilkin ödəniş 69 manat olmaqla, 819 manat dəyərində olan məişət avadanlığının alınması məqsədilə 750 manat məbləğində borc verilmiş, həmin müqavilə şərtinə uyğun borcun ayda 75 manat olmaqla 10 ay müddətində ödənilməsinə dair Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı tərəfindən öhdəlik götürülmüşdür. İş üzrə İddiaçı MMC ilə Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, borc müqaviləsinə əsasən ilkin ödəniş 0 manat olmaqla, 1824 manat dəyərində olan məişət avadanlığının alınması məqsədilə 1824 manat məbləğində borc verilmiş, həmin müqavilə şərtinə uyğun borcun ayda 152 manat olmaqla 12 ay müddətində ödənilməsinə dair Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı tərəfindən öhdəlik götürülmüşdür. İş üzrə İddiaçı MMC tərəfindən verilmiş - maliyyə arayışına əsasən (Nəbiyeva) Cavabdeh Firuddin qızının xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən 619 manat əsas borc, xx.xx.2018ci il tarixli borc müqaviləsinə əsasən 1626 manat əsas ümimilikdə müqavilələr üzrə 2245 manat əsas borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh (Nəbiyeva) Cavabdeh Firuddin qızı arasında xx.xx.2018-ci il tarixli, EHK5708465 saylı müqaviləyə əsasən məişət avadanlığının alınması məqsədilə borc müqavilələri bağlanılmış, həmin müqavilə şərtinə əsasən cavabdehə 619 manat məbləğində pul verilmiş, cavabdeh 10 ay müddətində borcun ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızı arasında xx.xx.2018-ci il tarixli, EHK547169 saylı müqaviləyə əsasən məişət avadanlığının alınması məqsədilə borc müqavilələri bağlanılmış, həmin müqavilə şərtinə əsasən cavabdehə 1824 manat məbləğində pul verilmiş, cavabdeh 12 ay müddətində borcun ödəyəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilsə də, yəni məişət avadanlıqlarının alınması məqsədilə cavabdeh Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızına pul vəsaiti verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2018ci il tarixli, EHK5708465 saylı borc müqaviləsinə əsasən 619 manat əsas, xx.xx.2018-ci il tarixli, EHK547169 saylı müqaviləyə əsasən 1626 manat əsas borcu və ödənilmiş 43 manat dövlət rüsumu olmaqla, cəmi 1718 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Nurəliyeva (Nəbiyeva) Nuranə Firuddin qızından İddiaçı MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, EHK5708465 saylı borc müqaviləsinə əsasən 619 manat əsas borc, xx.xx.2018-ci il tarixli, EHK547169 saylı müqaviləyə əsasən 1626 manat əsas borc olmaqla, ümumilikdə 2245 manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43 manat, cəmi 2288 (iki min iki yüz səksən səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1663/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1663/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver