Məhkəmə qərarları › İş №e-2(009)-167/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-167/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-167/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı – Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 15.000 (on beş min) ABŞ dolları pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişinə əsasən: 1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür. 2. İddiaçı 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və e-2(009)-167/2023 saylı mülki iş üzrə 15000 (on beş min) ABŞ dolları ödənilməsi tələbindən imtina edir. 3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. 4. Bu Saziş Azərbaycan dilində, 1(bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi, andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə məhkəmənin iş materiallarında saxlanılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5 maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş uzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: I. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:

1. Cavabdeh sığorta ödənişi olaraq 7 iş günü ərzində iddiaçıya 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürür.

2. İddiaçı 6400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitinin ona ödənilməsinə öz razılığını bildirir və e-2(009)-167/2023 saylı mülki iş üzrə 15000 (on beş min) ABŞ dolları ödənilməsi tələbindən imtina edir.

3. İddiaçı və cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.

4. Bu Saziş Azərbaycan dilində, 1(bir) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi, andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə məhkəmənin iş materiallarında saxlanılır.

İİ. İddiaçı – Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair 2(009)-276/2022 saylı mülki işin icraatına xitam verilsin.

İİİ. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar