Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1673/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki o, Cavabdeh ilə 17 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə O, dəyəri 1499 manat olan “İnline” modelli su təmizləmə sisitemə və onun ayrılmaz tərkib hissəsi olan aksessuarları cavadehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayaraq satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirilir, qalan 1449 manat isə hər ay 60 manat olmaqla 24 ay müddətinə ödəməli idi. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2020ci il tarixində 60 manat olmuşdur. Cavabdeh müqavilənin şərtini pozaraq 579 manat məbləğində su təmizləmə sisteminin dair borcunu ödəməkdən imtina etmişdir. Satıcı tərəfindən alıcı ilə mübahisəsinin məhkəməyə qədər (xəbərdarlıq) qaydadad nizama salınmasına riayət edilərək borcluya müvafiq borcun ödənilməsi üçün dəfələrlə xəbərdarlıq olunsa da borclu öhdəliklərini icra etmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 579 manat əsas borc pulun və dövlət rüsumu olaraq ödənilmiş 31 AZN məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh dəyəri 1499 manat olan “İnline” modelli su təmizləmə sistemi hər ay 60 manat olmaqla, 24 ay müddətinə onun sahibliyinə verilmişdir. Əşyanın alqı-satqı qiyməti 1499 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh dəyəri 1499 manat olan “İnline” modelli su təmizləmə sisitemə və onun ayrılmaz tərkib hissəsi olan aksessuarları satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya onun 579 manat məbləğində əsas borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı ödənilməmiş pulun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 579 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən 31 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-ci il tarixli, 20709sBKX/19 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 579 manat əsas borc, və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 31 manat, cəmi 610 (altı yüz on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1673/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1673/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver