Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1674/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin» Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin» Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixində, saat 17:00-da Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, "xxxx" MMCyə məxsus və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia R3 MİNİK' markalı, **-PK-*** dövlət qeydiyyatlı avtomobillə X4 tərəfindən idarə olunan “X9” markalı, dövlət qeydiyyatlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Ravon Nexia R3 Minik” markalı, **-PK-*** dövlət qeydiyyatlı avtomobil xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci ilədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) sığortalanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Xətai rayon DYPŞ tərəfindən qəbul olunmuş İnzibati tənbeh vermə haqqında TP4210250 nömrəli Qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar “Ravon Nexia R3 Minik” markalı, **-PK-*** dövlət qeydiyyatlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, “X9” markalı, **- FY-*** dövlət qeydiyyatlı avtomobilə 185 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə 2041 nömrəli sığorta aktı tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən zərərçəkən X2 185 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 185 (bir yüz səksən beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat, 40 qəpik) manat dövlət rüsumunun, ümumilikdə 215,40 (iki yüz on beş manat, 40 qəpik) manat vəsaitin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə PDS********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən "xxxx" MMC-yə məxsus «Ravon Nexia» markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-cu il tarixdən xx.xx.2021-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Ravon Nexia” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nın 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. İş üzrə Azərsığorta tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, «Nissan Sentra» markalı **-FY-*** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 185 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2041 saylı sığorta aktına əsasən xx.xx.2020-ci il tarixdə sığortalanmış “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə “Nissan Sentra” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində 185 manat “ziyan dəymiş və bununla bağlı 185 manat sığorta ödənişi X3 ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılış “Nissan Sentra” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 qadına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılış “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ”AZƏRMARŞ ALYANS” MMC-nin qeydiyyatına alınmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli MPOA********** saylı etibarnamədən görünür ki,”AZƏRMARŞ ALYANS” MMC tərəfindən “Ravon R3” markalı **-PK-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh idarə edilməsi üçün verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən edilmişdir ki, Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Nissan Sentra” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə nəticəsində “«Nissan Sentra» markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “«Nissan Sentra» markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 185 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.. İş materiallarında müəyyən edilmişdir ki, baş verən yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati xəta törətmisən dair Səbail rayon DYPŞ tərəfindən inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək müvafiq qərara qəbul edilmiş və onun barəsində 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Nissan Sentra” markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 185 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı hadisə yerindən yayınmışdır. “İcbari Sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüquqi yaranır. İş materiallarında olan Səbail rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və yol nəqliyyat hadisəsi yerindən yayınması tam təsdiq olunmuşdur. Qanunvericliyinin yuxarıda göstərilən tələbləri baxımından sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınıdqı üçün iddiaçının sığorta ödənişi məbləğində sürücüyə qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 185 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh yol-nəqliyyat hadisəsi törədərdikdən sonar yol nəqliyyat hadisəsi yerindən yayınması iddiaçının cavabdehə qarşı ödənilmiş ziyanın geri alınması (subroqasiya) hüququ yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi ödənilmiş 185 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə verilmiş sığorta ödənişinin əvəzi kimi 185 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat, cəmi 215.40 (iki yüz on beş manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1674/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1674/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver