Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1699/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi Elektron Sistem vasitəsilə məhkəməyə daxil olmuş, iddia ərizəsi nümayəndə qismində Nümayəndə tərəfindən elektron imza ilə imzalanmış, iddia ərizəsinə ərizəçilər tərəfindən imzalanmamış müvəqqəti təminat tədbiri barədə ərizə də əlavə edilmişdir. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, AR MPM-nin 74.2-ci maddəsinə əsaəsn iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı1 və İddiaçı2 tərəfindən Nümayəndə verilmiş etibarnamədə iddia ərizəsinin etibar edilən şəxs tərəfindən imzalanmasına dair səlahiyyətin verilməsi xüsusi göstərilmədiyi halda həmin iddia ərizəsi etibar edilən Nümayəndə tərəfindən imzalanmışdır. Bununla da iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi eyni zamanda AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə də riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). Hakim eyni zamanda qeyd edir ki, iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə olanan müvəqqəti təmini tədbiri barədə ərizə də AR MPM-nin tələblərinə uyğun deyil, ərizəçilər tərəfindən imzalanmamış, rüsum əlavə edilməmişdir. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. Yəni müvəqqəti təminat tədbiri barədə ərizə Elektron Məhkəmə Sistemində həmin kateqoriyaya uyğun şəkildə yerləşdirilməlidir ki, ayrıca kod (16 indeksi ilə açılır) verilərək ayrıca icraatda baxılması üçün qəbul edilməlidir. AR MPM-nin: -159.4.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, -159.4.2-ci maddəsinə əsasən ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə, hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və müvəqqəti təminat tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş müvəqqəti təminat tədbirinə dair ərizə qərardadın əsaslandırıcı hisssəsində göstərilənlərə əsasən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1699/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1699/2023
09.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver