Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1749/2022 15.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “Abc Telecom" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, LG Soyuducu, Nitron Kombi, Mirado Seksiya, Kornbi Stabilizator, Eurogas Qaz requlyatoru, Braun Şirə çəkən, İMEİ kodu **********93319 Huawei Y5, İMEİ kodu **********10416 Samsung galaxy A10s markalı telefonlar, 02151 kodlu mətbəx mebeli, İMEİ kodu **********31368 Xiaomi redmi 9, İMEİ kodu **********26648 BQ-5016G markalı telefonlar almış və nəticədə 2142 (iki min yüz qırx iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1071 (min yetmiş bir) manat (18 ay x 59.5 manat + 0 manat ilkin ödəniş) LG Soyuducu üçün ümumilikdə, 850 (səkkiz yüz əlli) manat olmaqla ondan, 772.3 (yeddi yüz yetmiş iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77.7 (yetmiş yeddi manat, yetmiş qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2401.2 (iki min dörd yüz bir imanat, iyirmi qəpik) manat (18 ay x 133.4 manat + 0 manat ilkin ödəniş) Nitron Kombi, Mirado Seksiya, Kombi Stabilizator, Eurogas Qaz requlyatoru üçün ümumilikdə, 794 (yeddi yüz doxsan dörd) manat olmaqla ondan, 721.8 (yeddi yüz iyirmi bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72.2 (yetmiş iki manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 666 (altı yüz altmış altı) manat (18 ay x 37 manat + 0 manat ilkin ödəniş) Braun Şirə çəkən, İMEİ kodu **********93319 Huawei Y5 markalı telefon üçün ümumilikdə, 162 (yüz altmış iki) manat olmaqla ondan, 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə, xx.xx.2021- ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 388.8 (üç yüz səksən səkkiz manat, səksən qəpik) manat (12 ay x 32.4 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********10416 Samsung galaxy A10s markalı telefon üçün ümumilikdə, 156 (yüz əlli altı) manat olmaqla ondan. 141.4 (yüz qırx bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.6 (on dörd manat, altmış qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1156 (min yüz əlli altı) manat (24 ay x 48 manat + 4 manat ilkin ödəniş) 02151 kodlu mətbəx mebeli üçün ümumilikdə, 105 (yüz beş) manat olmaqla ondan. 96 (doxsan altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 (doqquz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) İMEİ kodıı **********31368 X1AOMİ REDMİ 9, İMEİ kodu **********26648 BQ- 5016G markalı telefonlar üçün ümumilikdə, 75 (yetmiş beş) manat olmaqla ondan, 68.8 (altmış səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.2 (altı manat, iyirmi qəpikj manat cərimə; Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində İMEİ kodu **********31368 XİAOMİ REDMİ 9 markalı telefon və yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 615.2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 144.8 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 470.4 manat, ümumilikdə, 615.2 manat təşkil edir. Digər 3 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 3803.5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2019-cu ii, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən. LG Soyuducu üçün 772.3 (yeddiyüz yetmiş iki manat, otuz qəpik) manat ödənilməmiş hissə, 77.7 (yetmiş yeddi manat, yetmiş qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Nitron Komhi, Mirado Seksiya, Kombi Stabilizator, Eurogas Qaz requlyatoru üçün 721.8 (yeddi yüz iyirmi bir manat, səksən qəpik) manat ödənilməmiş hissə, 72.2 (yetmiş iki manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Braun Şirə çəkən, İMEİ kodu **********93319 Huawei Y5 markalı telefon üçün 148 (yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə; xx.xx.2021 -ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********10416 Samsung galaxy A10s markalı telefon üçün 141.4 (yüz qırx bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 14.6 (on dörd manat, altmış qəpik) manat cərimə hesablanmışdır. xx.xx.2019cu il tarixli müqaviləsinə əsasən, 02151 kodlu mətbəx mebeli üçün 96 (doxsan altı) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********31368 XİAOMİ REDMİ 9, İMEİ kodu **********26648 BQ-5016C markalı telefonlar üçün 68.8 (altmış səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 6.2 (altı manat, iyirmi qəpik) manat cərimə; Ümumilikdə, 2142 manat borc və 41.42 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 02 aprel 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh LG Soyuducu 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 59.5 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1071 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC A.X1, Mirado Seksiya, Kombi Stabilizator, Eurogas Qaz requlyatoru 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 133.4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2401.2 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC A.X2 çəkən, İMEİ kodu **********93319 Huawei Y5 markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 37 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 666 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh olan İMEİ kodu **********10416 Samsung galaxy A10s markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 32.4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 388.8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon və qulaqlıq 20 ay müddətinə ödənilmək şərti ilə (ayda 21 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 424 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodıı **********31368 Xiaomı Redmi 9, İMEİ kodu **********26648 BQ-5016G markalı telefonlar 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 57 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 684 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 772.3 manat əsas borc, 77.7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 721,8 manat əsas borc, 72.2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 148 manat əsas borc, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 141.4 manat əsas borc, 14,6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 96 manat əsas borc, 9 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68.8 manat əsas borc, 6.2 manat cərimə, cəmi 2142 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1071 manat olan LG Soyuducu, alqı-satqı qiyməti 2401.2 olan Nitron Kombi, Mirado Seksiya, Kombi Stabilizator, Eurogas Qaz requlyatoru üçün ümumilikdə, alqı-satqı qiyməti 666 manat olan Braun Şirə çəkən, İMEİ kodu **********93319 Huawei Y5 markalı telefon, alqı-satqı qiyməti 388.8 olan İMEİ kodu **********10416 Samsung galaxy A10s markalı telefon, alqı-satqı qiyməti 424 manat olan İMEİ kodu **********28604 olan Samsung galaxy A10 markalı telefon, alqı-satqı qiyməti 684 manat olan İMEİ kodıı **********31368 Xiaomı Redmi 9, İMEİ kodu **********26648 BQ-5016G markalı telefonların pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, komputer və.s əmlakalr cavabdehə təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuş və cavabdehin həmin müqavilələr üzrə ödənilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2021-c il tarixli müqavilə üzrə 772,3 manat əsas borc, 77.7 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 721,8 manat əsas borc, 72.2 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 148 manat əsas borc, 14 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 141,4 manat əsas borc, 14,6 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 96 manat əsas borc, 9 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68.8 manat əsas borc,6.2 manat cərimə, cəmi 2142 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 01115097 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 96 manat əsas borc, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22276292 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 141,4 manat əsas borc, 14,6 manat cərimə, xx.xx.2021-ci il tarixli, 22257482 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 68,8 manat əsas borc, 6.2 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21086773 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 148 manat əsas borc, 14 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21086254 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 721,8 manat əsas borc, 72,2 manat cərimə və xx.xx.2021-ci il tarixli, 22439065 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 772,3 manat əsas borc, 77,7 manat cərimə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,42 manat, cəmi 2183,42 (iki min yüz səksən üç manat qırx iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1749/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1749/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver