Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1784/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X13 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar X8 və İddiaçı2 – cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” barədə iddia ərizəsi üzrə mülki işə 25 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X8 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, Bakı şəhəri, Səbail rayonu, 8-ci X16 küçəsində yerləşən 20 nömrəli mənzil barədə 26 sentyabr 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V- 79 nömrə ilə qeydə alınmış Cavabdeh2 adına olan “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 (bir yüz manat) məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 330 (üç yüz otuz) manatın alınaraq iddiaçılara ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, X8 və İddiaçı2 Cavabdeh2 ilə doğma bacıqardaşdırlar. İddiaçıların atası 07 avqust 2014-cü il tarixdə X9 vəfat etmiş, vəfat etməzdən əvvəl mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, 8-ci X16 küçəsində yerləşən 20 nömrəli mənzil olmuşdur. X1 vəfat etdikdən sonra həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmasına baxmayaraq, cavabdeh qəsdən iddiaçılara xəbər vermədən notariat orqanına vərəsəlik işinin açılmasına nail olmuş və bu zaman X1nun digər vərəsələri barədə notariat orqanına məlumat verilmədiyindən, iddiaçılar atasından onlara çatmalı olan əmlak payını almaqdan məhrum olmuşlar. İlk olaraq qeyd olunur ki, miras qoyanın ölümündən 10 (on) il sonra cavabdeh notariat orqanına müraciət etmişlər. Baxmayaraq ki, həmin müraciəti notarius qəbul edə bilməzdi və miras əmlakın qəbulu faktının tanınması məhkəmə qaydasında həyata keçirilməli idi. Belə ki, mərhum 07 avqust 2014-cü il tarixdə vəfat etdiyinə görə, onun ölümündən 6 ayın keçməsi 07 yanvar 2015-ci il tarixdə tamam olmuşdur. Notariat işinin də məğzindən müəyyən olunur ki, mirasın qəbulu ilə bağlı xx.xx.2023-cü il tarixdə notariat orqanına müraciət olunmuşdur. Deməli, mirasın qəbulu faktı məhz buna görə də notarius vasitəsi ilə həyata keçirilə bilməzdi. İkinci növbədə o qeyd olunur ki, mərhumun ölümündən sonra iddiaçılar həmişə evə gedib-gəlmişlər və bu haqda heç vaxt söz-söhbət olmamışdır. Eyni zamanda, iddiaçılar X8 və İddiaçı2 anası X7 2019-cu ildə vəfat edənədək bu məsələ müzakirə olunmamışdır. İddiaçılar mərhum anasının ölümündən, yəni qırx mərasimi veriləndən sonra evdən qovulmuş, evin açarı isə cavabdeh tərəfindən dəyişdirilmişdir. Buna görə də ancaq Cavabdeh2 iddiaçıları evə buraxmamışdır. Məhz bundan istifadə edən cavabdeh notarial qaydada belə bir əməliyyat aparmış, digər vərəsələrin paylarını da öz adına rəsmiləşdirilmiş, hazırda da həmin ev onun mülkiyyətindədir. Beləliklə, artıq 2024-cü ilin iyul ayında iddiaçılara məlum olmuşdur ki, cavabdeh onlara bildirmədən gizlin formada notariat orqanında vərəsəlik işinin açılmasına nail olmuş və qəsdən notariat ofisində mərhumun digər vərəsələrini gizlətmişlər. şin faktiki halları ilə bir daha təsdiq olunur ki, mirasın açıldığı zaman - 07 avqust 2014-cü il tarixdə miras qoyan X9 övladları X8 və İddiaçı2 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsə bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia ərizəsini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdeh evi faktiki qəbul etmiş və evdə xeyli yaxşılaşdırma işləri aparmışdır. Hazırda evin 2-ci mərtəbəsi tikilir. İddiaçılar evdə aparılan bu işləri gördükdən sonra evə dair iddiaları yaranmışdır. Digər cavabdeh məhkəmə iclasının yeri və tarixi barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ № 679161 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 avqust 2014-cü il tarixdə vəfat etmişdir. AZ-T № 266535 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 atası X9, anası X4r. Vİİİ-ЖГ № 352828 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 atası X9, anası X4r Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli ərizədə miras əmlakın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olduğu və Cavabdeh2 başqa vərəsələrin olmadığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 miras əmlak kimi qəbul etmişdir. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər bacı-qardaşdırlar. Tərəflərin atası X9 07 avqust 2014-cü il tarixdə vəfat etmişdir. 2023-cü il tarixdə cavabdeh miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. O, müraciəti zamanı notariat ofisini yalnış məlumatlandırmaqla özündən başqa heç bir vərəsənin olmadığını bildirmişdir. Bundan sonra isə miras əmlaka tam hissədə irs almışdır. Halbuki cavabdeh notariat ofisinə müraciət edərkən, özündən başqa daha 2 vərəsənin olduğunu bildiyi halda, bunu gizlətmişdir. Notariat ofisi isə öz növbəsində miras əmlakdan pay alacaq vərəsələrin dairəsini müəyyən etməli olduğu halda, bunu etməmiş və yalnız cavabdehin ərizəsində qeyd etdiyi hala əsasən cavabdehdən başqa vərəsənin olmadığını qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsiə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) “Notariat haqqında” Qanunun 60-cı maddəsinə əsasən Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Beləliklə məhkəmə hesab edir ki, vərəsəlik şəhadətnaməsi verilərkən və mirasda məcburi pay müəyyən edilərkən notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmamış və şəhadətnamə qanunvericiliyin tələbi pozulmaqla verilmişdir. Belə olan halda, cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə 330 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməməlidir. AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçılar hüquqi yardıma görə 330 manat ödəniş etdiyini təsdiq edə biləcək sübutu (qəbz, müqavilə və s.) məhkəməyə təqdim etməmişdirlər. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki işdə iddia tələbi qismən təmin olunduğundan 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 8-ci X16 küçəsində yerləşən 20 nömrəli mənzilə miras pay kimi Cavabdeh2 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2023-cü il tarixli 2V-79 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin. İddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən alınaraq iddiaçılara verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1784/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1784/2024
25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver