Məhkəmə qərarları › İş №e-2(009)-1801/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1801/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1801/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair ərizə ilə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 780.4 (yeddi yüz səksən manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, "xxxx" ASC (bundan sonra ASC) tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi “BMW 328İ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində, saat 19:00 radələrində Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində (“Kuba X Box 49 kub/ Moped021” markalı) dövlət qeydiyyat nişanı olunmayan “Kuba X Box 49 Kub” markalı moped ilə toqquşmuş və X2 bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı ASC tərəfindən müvafiq araşdırma aparıldığı zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli hadisə ilə bağlı Abşeron DYP tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.1, 327.6 və 327.8-ci maddələrinə əsasən barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. X1 dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, “BMW 328İ” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 24 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və hadisə ilə bağlı Abşeron rayon DYPŞ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” lardan (Forma4) müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023cü il tarixli hadisə zamanı səlahiyyətli dövlət orqanlarına məlumat vermədən hadisə yerini tərk etmiş və İXM-nin 327.1, 327.6 və 327.8-cimaddələrinə əsasən barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 1377 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 yüngül zərər vurulmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində X1 vurulmuş zərərə görə ASC tərəfindən 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2023-cü il tarixli, BS-S-23/1867 saylı Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 24 iyul 2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma nəticəsində 04 iyul 2023-cü il tarixdə, saat 19 radələrində Cavabdeh1 Cavabdeh2 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “BMW 328 İ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan yəhəri, M.Ə. Rəsulzadə küçəsi ilə üzü H. Əliyev prospekti istiqamətində hərəkətdə olarkən Abşeron rayon İcra Hakimiyyətinin yaxınlığında olan yolayrıcında manevr etmə qaydalarını pozaraq geriyə dönmə əməliyyatı həyata keçirtdiyi zaman M.Ə. Rəsulzadə küçəsi ilə üzü Masazır dairəsi istiqamətində hərəkət edən X2 idarə eldiyi “Kuba"' markalı mopedin dayanmış vəziyyətdə olan “BMW 328 İ” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılması nəticəsində ehtiyatsızlıqdan Əlsəfa Allahverdiyevin sağ ayaqüstü nahiyənin şişkinlik halında hərəkət məhdudluğu ilə rnüşaiyət olunan əzilmiş-cırılmış yarası, sağ diz nahiyəsinin sıyrığı kimi sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən yayınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, “BMW 328 İ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” Publik Hüquqi 1377 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Əlsəfa Allahverdiyev sağ ayaqüstü nahiyənin şişkinlik halında hərəkət məhdudluğu ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, sağ diz nahiyəsinin sıyrığı kimi sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. İş üzrə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 PBA84823 saylı sığorta aktına əsasən 750 manat sığorta ödənişi ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “BMW 328 İ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq “Kuba X Box 49 Kub” markalı moped ilə toqquşmuş, nəticədə X1 yüngül zərər vurulmuşdur. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən X1 dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə ödədiyi pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, ödənilmiş pul vəsaiti subroqasiya qaydasında cavabdehlərdən müştərək qaydada tutula bilməz. Belə ki, Mülki qanunvericiliyin tələblərinə əsasən yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə cavabdehliyi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Lakin eyni zamanda qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Bu halda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Əks halda vurulmuş ziyana görə məsuliyyəti həm mənbə sahibi, həm də ona hüquqa zidd yiyənlənmiş şəxs birgə daşıyır. Məhkəmə qeyd edir ki, yüksək təhlükə mənbəyi olan “BMW 328 İ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçi Cavabdeh2 yol-nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh1 avtomaşına hüquqi zidd yiyələnməsi və Cavabdeh2 təqsiri müəyyən edilmədiyi üçün, o hazırki tələb üzrə cavabdehlik daşıya bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə növndə inzibati tənbeh nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin Azərbaycan Respublikası İXM-nın 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri müəyyən olunduğundan, iddiaçının baş vermiş yol-nəqilyyat hadisəsi nəticəsində təqsirli hesab olunmuş şəxsə (cavabdehə) qarşı ödənilmiş ziyan həddində subroqasiya hüququ yaranmışdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanununu 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil Cavabdeh1 istifadəsində olduğundan, həmçinin, onun Bakı şəhər DYPİ inzibati tənbeh vermə haqqında qərarına əsasən təqsirli olması sübuta yetirildiyindən, həmin mənbənin vurduğu zərərə görə Cavabdeh1 məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 subroqasiya hüququ əsasında 750 (yeddi yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC -yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.4 manat dövlət rüsumunun 25 manatı cavabdehə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 750 (yeddi yüz əlli) manat pul və 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-nin hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) ) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar