Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1807/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X15 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi-vəkili Vəkil2 və 3-cü şəxslər X3 və X4 nümayəndəsi-vəkili Vəkil3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi üzrə mülki işə 21 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mərhum X5 miras əmlak kimi qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 4193 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və 82,18 kv.mdən ibarət bağ evinə, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva prospekti 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və xx.xx.2004-cü ildə təsis edilmiş "xxxx" MMC-yə dair mirasın qanunla müəyyən edilmiş qəbulu müddətinin üzrlü səbəbdən ötürməsini nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 mərhum X6 övladları olmaqla qanun üzrə vərəsəsidir. İddiaçıların atası X8 ilə anaları X10 arasında 14 mart 1982-ci il tarixdə 986 nömrəli aktla qeyd olunmuş nikah bağlanmışdır. Lakin xx.xx.2004-cü il tarixdə anaları X10 vəfat etmişdir. X1 ölümü Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə 726 nömrəsi ilə qeydə alınmışdır. X2 ataları X8 ilə birgəh nigah dövründə əldə olunan daşınmaz əmlakları var idi. Belə ki, 1994-cüil tarixdə birgə nigah dövründə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2 -dən ibarət fərdi yaşayış evi alınmışdır. Sonradan isə həmin daşınmaz əmlak üzrə 13 mart 2007-ci il tarixdə Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi ilə 27361 saylı müqavilə bağlanmışdır. Bundan başqa, valideynləri birgə nigah dövründə 11 dekabr 2001-ci il tarixdə "xxxx" MMC ilə ataları X8 arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 4 ünvanda yerləşən və ümumi sahəsi 250,59 m2 -dən ibarət qeyri-yaşayış sahəsinin sahibi X8 olmuşdur. Bundan başqa, valideynləri birgə nigah dövründə, cavabdeh olan ataları X3 adından 16 aprel 2004-cü il tarixdə "xxxx" MMC (VÖEN: **********) açılmışdır. Həmin MMC hal-hazıradək fəaliyyə göstərir. Anaları dünyasını dəyişdikdən sonra onlar Türkiyə Respublikasında təhsillərini davam etdirmək üçün Azərbaycan Respublikasını tərk etmişlər. Lakin Azərbaycan Respublikasını tərk edən dövrə kimi onlar miras əmlak siyahısına daxil olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 4913 ünvanda yerləşən, xüsusi mülkiyyət növü olan, 0,12 ha torpaq sahəsi ilə birlikdə 82,18 m2 -dən ibarət fərdi yaşayış evində yaşamışlar və miras əmlakı faktiki olaraq qəbul etmişlər. Bundan başqa hazırda stomatoloji klinika kimi fəaliyyət göstərən "xxxx" MMC-də əmək müqaviləsi üzrə çalışmışlar. Oranın təmir işləri ilə yaxından maraqlanmışlar. Atalarına etibar etdiklərindən və miras əmlakı faktiki olaraq qəbul etdiklərindən onlar notariat ofisinə yaxınlaşaraq mirası qəbul etmək üçün ərizə təqdim etmək zərurəti duymamışlar. Qısa müddət öncə iddiaçılara məlum olmuşdur ki, ataları X8 həmin miras əmlakları ikinci dəfə ailə həyatından dünyaya gələn övladlarına bağışlama müqaviləsi əsasında bağışlamışdır. Bundan sonra onlar məhkəmədə həmin müqavilələlərin etibarsız hesab edilməsi və miras əmlaka pay hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişlər, işə baxmış birinci instansiya məhkəməsi hazırkı iddiaçıların iddia tələbini təmin etməmişdir ondan ötrü ki, iddiaçılar mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşlər. Lakin nəzərə alınmamışdır ki, bu müddət üzrlü səbəbdən ötürülmüşdür. İddiaçılar Türkiyə Respublikasında təhsil almaları və həmin "xxxx" ММС-də həkim stomatoloq kimi çalışmaları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-375/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə öz təsdiqini tapır. Hazırda həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı şəhəri 46 saylı Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı iddiaçılar tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bakı şəhəri 46 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2022-ci il tarixli X/975 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, AR Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərdə tutulmuş 6 ay müddəti keçdiyinə görə mirasın qəbulu gecikdirilmişdir və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, miras qoyanın vəfatı zamanı hər iki iddiaçı tələb kimi Türkiyə Respublikasında təhsil aldıqlarından ölkədən kənarda olmuşdurlar və bu səbəbdən qanunla müəyyən edilmiş müddət çərçivəsində notariat orqanına müraciət edə bilməmişdirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı2 nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxslərin nümayəndəsi-vəkili iddia ərizəsinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçıların mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməyə kifayət qədər vaxtları olmuş, lakin həmin müddət ərzində müraciət etməmişdirlər. Eyni zamanda miras qoyanın vəfatından artıq uzun müddət keçdikdən sonra iddiaçıların hazırki tələblə məhkəməyə müraciət etmələri əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ № 242848 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 26 avqust 2004-cü il tarixdə vəfat etmişdir. AZ-İİİ 377492 və AZ-İİ 474500 doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, İddiaçı1 qızının və İddiaçı2 anası X9r. Məhkəmə, iddiaçılar tərəfindən onun mərhum anası X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan AR Dövlət Sərhad Xidmətinin iddiaçıların 2003-2010-cu illər ərzində dövlət sərhədindən hərəkətləri barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən çıxarışından görünür ki,İddiaçı1 mərhum anasının vəfatından sonra xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2004-cü il tarixdə ölkəyə giriş etmiş və yenidən xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmişdir. Daha sonra o, xx.xx.2005-ci il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2005-ci il tarixdə ölkəyə giriş etmişdir. Çıxarışdan eyni zamanda görünür ki, digər İddiaçı2 xx.xx.2004-cü il tarixdə ölkədən çıxış etmiş, xx.xx.2004-cü il tarixdə ölkəyə giriş etmişdir. Daha sonra o, digər iddiaçı kimi xx.xx.2005-ci il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2005-ci il tarixdə ölkəyə giriş etmişdir Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçıların anasının ölümündən sonra mirası qəbul etməsi üçün qanunla müəyyənləşdirilən müddəti ötürməsi həqiqətən də üzrlü səbəblərdən baş vermişdir. Belə ki, işdə olan sübutlardan da görünür ki, iddiaçılar analarının vəfatından sonra uzunmüddətli olmaqla bir neçə dəfə ölkəni tərk etmiş və ölkədən kənarda olmuşlar. Həmin müddət ərzində isə mirasın qəbulu üçün notariat orqanına müraciət edə bilməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin müddətin iddiaçılar tərəfindən ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı1 və İddiaçı2 tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1807/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1807/2022
21.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver