Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1818/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 147.50 manat, Cavabdeh2 118 manat, Cavabdeh3 144 manat və ödənilmiş 30.40 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh3 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli, MAS-368 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə “Khazar” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə lizinq alan tərəfindən əməl edilməmiş, lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 28 yanvar 2022-ci il tarixli 2(062)-223/2023 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) İddiaçı MMCnin iddası qismən təmin edilmişdir. Cavabdehlər lizinq obyekti olan “Khazar” markalı, **- PS-***dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus “Khazar” markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Cavabdeh1 idarə edərkən EQ 10675192 saylı protokola görə 67.50 manat, EQ ******* saylı protokola görə 80 manat, cəmi 147.50 manat, Cavabdeh2 idarə edərkən İXP ******* saylı protokola görə 100 manat, BNA ******* saylı protokola görə 18 manat, cəmi 118 manat, Cavabdeh3 idarə edərkən EQ ******* saylı protokola görə 80 manat, BNA ******* saylı protokola görə 32 manat, BNA ******* saylı protokola görə 32 manat cəmi 144 manat məbləğində cərimə ödənişləri icra edilmişdir. 16 oktyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi dəqiqləşmə ərizəsi verərək Cavabdeh2 118 manat, Cavabdeh3 144 manat və ödənilmiş 30.40 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Məhdut Məsuliyyətli Cəmiyyəti elektron ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh3 İlham oğlu arasında bağlanmış 25 iyun 2018-ci il tarixli MAS-368 saylı “Daxili Lizinq”, müqaviləsinə əsasən lizing obyekti olan “Khazar” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında təqdim olunmuş Azərbaycan Respublikasının AD № 251507 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadatnaməsinən görünür ki, “Khazar” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçınə məxsusdur. İş materiallarında olan qəbzlərdən görünür ki, ********* saylı qəbz -100 manat (Cavabdeh2), ********* saylı qəbz -80 manat (Cavabdeh1), ********* saylı qəbz-80 manat (Cavabdeh3), ********* saylı qəbz-18 manat (Cavabdeh2), ********* saylı qəbz-32 manat (Cavabdeh3), ********* saylı qəbz-32 manat (Cavabdeh3), ********* saylı qəbz 67.50 manat (Cavabdeh1) İddiaçı tərəfindən cərimələr ödənilmişdir. İş materiallarında təqdim olunmuş Tovuz Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(062)-223/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış “Khazar” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 25 iyun 2018-ci il tarixdə MAS-368 saylı “Daxili lizing” müqaviləsi ləğv edilmiş, Cavabdeh3 2741.3 manat əsas borc, 353.68 manat gecikdirilmiş mükafat, 90 manat cərimə borcu 3805 manat avtomaşına dəymiş maddi zərər olmaqla cəmi 6989.98 manat pul və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 85.05 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, yol hərəkəti qaydalarını pozduğuna görə Cavabdeh2 tətbiq edilmiş 118 manat və Cavabdeh3 tətbiq edilmiş 144 manat cərimələr İddiaçı tərəfindən ödənilmiş, lakin cavabdehlər tərəfindən bu məbləğ geri qaytarılmamışdır. Tərəflər arasında imzalanmış 25 iyun 2018-ci il tarixli müqavilənin 5.2-ci maddəsinə əsasən “avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyanla bağlı lizinq alan tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh2 118 manat, Cavabdeh3 144 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 manat dövlət rüsumunun 15.20 manatı Cavabdeh2, 15.20 manatı Cavabdeh3 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 118 (bir yüz on səkkiz) manat, Cavabdeh3 144 (bir yüz qırx dörd) manat tutularaq İddiaçınə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun 15.20 (on beş manat, iyirmi qəpik) manatı Cavabdeh2, 15.20 (on beş manat, iyirmi qəpik) manatı Cavabdeh3 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-1818/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1818/2023
14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver