Məhkəmə qərarları › İş №e-2(009)-1820/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1820/2023

29.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1820/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Namiq Nəsrulla oğlundan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ sahəsində 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evinin və "xxxx" KB ASC-də olan bank hesabında saxlanılan 5000 manatın yarısının İddiaçı tərəfindən miras əmlak kimi qəbul edildiyi və onun mülkiyyəti sayıldığı, "xxxx" KB ASC-də olan bank hesabında saxlanılan 5000 manatın X2 verilməli olduğu baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə X10 arasında 05 aprel 1975-ci ildə nikah qeydə alınmışdır. Birgə nikahdan iki övladları: X23 və Cavabdeh2 anadan olmuşdur. X3 vəfatından əvvəl ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildə yaşamış, X10 17 yanvar 2023-cü ildə həmin ünvanda vəfat etmişdir. Mərhumun atası X7 26 aprel 1978-ci ildə, anası X11 24 mart 1984-cü ildə vəfat etmişdir. Namiq Nəsrullayevin vəfatından sonra onun mirasını qəbul və idarə etsə də, onun vəfatından dərindən sarsıldığından vərəsəlik işinin açılması üçün notariusa vaxtında müraciət etməmişdir. Bu yaxınlarda müraciət etdikdə ərizənin qəbul olunmayacağı aydın oldu. O və cavabdehlər X12 və Cavabdeh2 mərhum Namiq Nəsrullayevin qanun üzrə vərəsələri olsalar da, X12 və Cavabdeh2 mirası qəbul etməyiblər. Ona görə də, miras əmlaka tam pay ona aid olmalıdır. X1 miras kimi, onun irsən əldə etdiyi və mülkiyyət hüququ onun adına qeydə alınmış daşınmaz əmlak, Daşınmaz Əmlakı Dövlət Reyestrindən 14 oktyabr 2009-cu il tarixli, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 025 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49 kv.m yaşayış, 8.8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evi; birgə nikah dövründə əldə etdikləri "xxxx" KB ASC-də olan bank hesabında (kart nömrəsi: 4098 0944 1000 6413) saxlanılan təxminən 5000 manat pulun yarısı qalmışdır. Namiq Nəsrullayevdən miras qalan əmlakı iddiaçı tam qəbul etmiş və daşınmaz əmlaka faktiki sahiblik və istifadə edir. Faktiki idarəçiliyində olan əmlak üzərində mülkiyyət hüquqlarının hüquqi cəhətdən də qeydə alınması zəruri əhəmiyyət kəsb edir. Cavabdehlər sözügedən əmlakdan istifadə etməsələr və orada yaşamasalar da, miras əmlaklarda miras payına münasibətlərinin hüquqi cəhətdən həlli baş vermədən həmin əmlaklardan mülkiyyət hüququ əsasında tam istifadə etmək və onlara sərəncam vermək mümkün deyildir. Belə vəziyyətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” X4 Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınaraq, miras əmlak üzərində mülkiyyət hüqununun tanınmasına dair tələblə məhkəməyə müraciət olunması məcburidir. 16 noyаbr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə ünvanlayaraq, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49 kv.m yaşayış, 8.8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evinin miras əmlak kimi qəbul edildiyi və həmin əmlaka onun mülkiyyət hüququnun tanınması, "xxxx" KB ASC-də olan 4098 0944 1000 6413 saylı kart hesabında 773 manatın, 4098 0944 1004 4232 nömrəli kart hesabında 1547,19 ABŞ dollarının və 4098 0944 1008 1028 nömrəli kart hesabında 5042,17 funt sterlinqin 50% hissəsinin İddiaçı miras payı, bütün məbləğlər üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq bildirmişlər ki, məhkəmə araşdırması zamanı miras əmlakın dairəsi müəyyən olunmaqla, mərhum X8 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49 kv.m yaşayış, 8.8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evinin və "xxxx" KB ASC-də olan bank hesablarında 773 manat, 1547,19 ABŞ dolları və 5042,17 funt sterlinqi vəsaitin mövcud olduğu məlum olmuşdur. Hesab edirlər ki, miras əmlakın dairəsi geniş deyil, həcmi azdır, analarının mənafeyinə uyğun olaraq onlar miras əmlakdan pay almadan da keçinə bilərlər və həmin əmlaklar üzərində onların vərəsəlik hüquqlarının tanınması zərurət yoxdur. Ona görə də, adı çəkilən ünvanda yerləşən bağ evinin və bank hesabında saxlanılan pul vəsaitlərinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin miras əmlak üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına dair iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddianın etiraf yolu ilə qəbulunun nəticələri onlara məlumdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.2-ci maddəsini rəhbər tutaraq, İddiaçı iddia tələbini etiraf yolu ilə tam qəbul etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək ,tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Lakin cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə Musa oğlu məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini bildirmiş və iddianın təmin olunmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsaslanıb cavabdehlər Cavabdeh1 və Cavabdeh2ı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işə baxıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyb, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia tələbinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 330154 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023 ilin 01 ayının 19 günündə 18 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 278585 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 aprel 1978-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1978 ilin 05 ayının 23 günündə 477 № ilə qeyd edilmişdir. İş materiallarında olan İV-JQ 30331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan AA******* 0Z8VV4GB nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA******* 0Z8VV3F8 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cü ildə anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 278586 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 24 mart 1984-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1984 ilin 03 ayının 24 günündə 259 № ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində mülkiyyətində olan 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,0 kv.m yaşayış, 8.8 kv.m köməkçi sahədən ibarət 4410 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə N\srullayev Namiq Nəsrulla oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 4438 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AA******* 0Z8VV2E5 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, **********98-11301 nömrəli bağ evinin Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4410 №-li bağ evinin hüquq subyekti X9r. İş materiallarında olan İV-JQ 465555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur, atası X10, anası İddiaçıdır. Təqdim olunmuş "xxxx" KB ASC-nin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, HTİD-OUT-02279-2023 saylı cavab məktubundan görünür ki, X6 409809******6413 saylı kartı AZ94UBAZ**********1010AZN001 bank hesaba bağlıdır. 409809******6413 saylı karta bağlı AZ94UBAZ**********1010AZN001 hesabında 773.01 manat pul vəsaiti mövcuddur. Təqdim olunmuş "xxxx" KB ASC-nin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli, HTİD-OUT-03025-2023 saylı cavab məktubundan görünür ki, 409809******1028 saylı kart xx.xx.1953-cü il təvəllüdlü İddiaçı, 409809******4232 saylı kart xx.xx.1945-ci il təvəllüdlü X8 məxsusdur. 409809******1028 saylı kartda xx.xx.2023cü il tarixinə 5,042.17 funt sterlinq pul vəsaiti mövcuddur. 409809******1028 saylı kartda xx.xx.2023-cü il tarixinə 1,547,19 ABŞ dollar pul vəsaiti mövcuddur. Əlavə olaraq bildirilir ki, X6 "xxxx" KB ASC-də digər mövcud olan bank hesablarında pul vəsaitləri mövcud deyildir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. "Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı 05 aprel 1975-ci ildə X10 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahdan onların iki övladları - X23 və Cavabdeh2 anadan olmuşdur. İddiaçının əri X10 17 yanvar 2023-cü ildə vəfat etmişdir. İddiaçının qaynatası X7 26 aprel 1978-ci ildə, qaynanası X11 24 mart 1984-cü ildə vəfat etmişdir. İddiaçı mərhum əri Namiq Nəsrullayevin vəfatından sonra onun mirasını qəbul və idarə etsə də, mirasın qəbulu üçün notariusa vaxtında müraciət etməmişdir. İddiaçı və onun övladları, iş üzrə cavabdehlər mərhum Namiq Nəsrullayevin qanun üzrə vərəsələri olsalar da, mirası qəbul etməyiblər. İddiaçının mərhum həyat yoldaşı X5 miras kimi onun irsən əldə etdiyi və Daşınmaz Əmlakı Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ******* saylı Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 025 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49 kv.m yaşayış, 8.8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evi və iddiaçı ilə mərhum ərinin birgə nikah dövründə əldə etdikləri "xxxx" KB ASC-də olan bank hesablarında (4098 0944 1000 6413 saylı kart hesabında 773 manat, 4098 0944 1004 4232 nömrəli kart hesabında 1547,19 ABŞ dolları, 4098 0944 1008 1028 nömrəli kart hesabında 5042,17 funt sterlinq) pul vəsaitləri mövcuddur. İddiaçı mərhum ərindən miras qalan əmlakı tam qəbul etmiş və daşınmaz əmlaka faktiki sahiblik və istifadə edir. İddiaçı mərhum əri Namiq Nəsrullayevin vəfatından sonra onun mirasını qəbul və idarə etsə də, mirasın qəbulu üçün notariusa vaxtında müraciət etməmişdir. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, cavabdehlər miras əmlak olan bağ evinin və bank hesabında saxlanılan pul vəsaitlərinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi və həmin miras əmlak üzərində iddiaçının mülkiyyət hüququnun tanınmasına dair iddia tələbini qəbul edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 01 mart 2022-ci il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci mad.). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfata aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmiş işin faktiki hallarını nəzərə alıb, istinad edilən maddi hüquq normalarına əsaslanaraq və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qəraralarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,25 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 49 kv.m. yaşayış, 8,8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilsin və həmin əmlaka İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Eləcə də, "xxxx" ASC-də olan 4098 0944 1000 6413 saylı kart hesabında 773 manatın, 4098 0944 1004 4232 nömrəli kart hesabında 1547,19 ABŞ dolarının və 4098 0944 1008 1028 nömrəli kart hesabında 5042,17 funt sterlinqin 50% hissəsinə İddiaçı miras payı və bütün məbləğlər üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində 0,25 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı, 49 kv.m. yaşayış, 8,8 kv.m köməkçi sahədən ibarət 4410 saylı bağ evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilmiş hesab edilsin və həmin əmlaka İddiaçı mülkiyyət hüququ tanınsın. "xxxx" ASC-də olan 4098 0944 1000 6413 saylı kart hesabında 773 manatın, 4098 0944 1004 4232 nömrəli kart hesabında 1547,19 ABŞ dolarının və 4098 0944 1008 1028 nömrəli kart hesabında 5042,17 funt sterlinqin 50% hissəsinə İddiaçı miras payı və bütün məbləğlər üzərində onun mülkiyyət hüququ tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar