Məhkəmə qərarları › İş №e-2(009)-1885/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1885/2024

22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1885/2024 22.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A (Yeni qaydalarla: AZ 1130, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə əsassız olaraq hesablanmış 253.46 manat məbləğində istilik enerjisinin istifadə edilməsinə dair kommunal borcun cavabdeh tərəfindən **********04 saylı abonent kodu üzrə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: tərəfindən xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A (Yeni qaydalarla: AZ 1130, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil X1 alınmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq buna dair Bakı şəhəri 12 saylı notariat ofisində xx.xx.2023-cü il tarixli, 4Ə-4151 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və nəticədə ƏMDX DƏDKR tərəfindən xx.xx.2023-cü il tarixində (reyestr nömrəsi: **********28-05301-093015; qeydiyyat nömrəsi: **********) çıxarış alınmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə ünvanına Cavabdeh ASC-nin tərəfindən gətirilən bildiriş-xəbərdarlıq adlı sənəd göndərilmişdir. Sözügedən sənəddə guya ki, ASC-yə 253,46 manat borcu olduğu qeyd olunmuşdur. Halbuki, onun mənzil üzərində mülkiyyət hüququ təzəlikcə yaranmışdır və bu məbləğdə borcun olmağı istisna edilir. Məlum olmuşdur ki, borc əvvəlki mülkiyyətçi olan X3 aiddir. Bununla bağlı tərəfindən problemin aradan qaldırılması üçün istilik enerjisindən istifadə qaydalarının 7.1.3-ci maddəsində (istifadə edilmiş istilik və isti su təchizatı xidmətlərinin hesabını bu Qaydalarla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablanmasını tələb etmək) əks olunmuş istehlakçının hüquqlarına uyğun olaraq Cavabdeh ASC-yə rəsmi qaydada müraciət edilmişdir. Cavabdeh ASC xx.xx.2024-cü il tarixli, 13- 12/2-Ə-164-5-123/2024 saylı cavab məktubuna əsasən 205,46 manat məbləğində borc 2013-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayınadək sözügedən mənzilə verilmiş istilik təchizatına görə yaranmışdır. Cavabın məzmunu zatən onun borcunun olmamasını sübuta yetirsə də, ASC əlavə olaraq məktubda bildirmişdir ki, guya ki, o, mənzili alan zaman onun kommunal borcunun olub-olmaması ilə bağlı özü araşdırma aparmalı idi. Absurd mövqeyə görə araşdırma aparmadığı təqdirdə isə Cavabdeh ASC-nin həmin müddət ərzində köhnə mülkiyyətçiyə təqdim etdiyi kommunal xidmətə hazırda ödənişi o etməlidir. Dəfələrlə məsələnin real şəkildə Cavabdeh ASC-nin səlahiyyətli nümayəndələrinə izah etsə də, təəssüf ki, hər hansı bir nəticə əldə edə bilməyib məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, keçmiş mülkiyyətçi, yəni evin satıcısı borclarla bağlı 900 manat ödəniş etdiyini ona bildirmişdir. O, abonent müqaviləsinin onun adına rəsmiləşdirilməsi üçün təchizat idarəsinə yaxınlaşanda müəyyən edilmişdir ki, evə ödənilməmiş borc hesablanmışdır. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, araşdırma aparmış və müəyyən etmişlər ki, iddiaçının yaşadığı evin üst mərtəbəsində yerləşən mənzilə istilik verildiyindən iddiaçının evinə də istilik verilmişdir. Əvvəlki evin mülkiyyətçisinə kommunal xidmətlə bağlı ödənişin edilməsi barədə dəfələrlə xəbərdarlıq etmişlər. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 292/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X4 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A, mənzil 4 (Yeni qaydalarla: AZ 1130, ünvan 1 alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd edilmişdir ki, alıcı-ipoteka qoyana faktiki təhvil verənədək ipoteka predmeti üzrə əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcları ödəmək satıcının vəzifəsidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A, mənzil 4 (Yeni qaydalarla: AZ 1130, ünvan 1 xx.xx.2023-cü il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli bildiriş-xəbərdarlığından görünür ki, **********04 abonent kodunun 253.46 manat istilik borcu vardır. Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mənzilin mülkiyyətçisinin dəyişməsi zamanı alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin əvvəlki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətlərə aydınlıq gətirilməli idi. Lakin, bununla bağlı heç bir zəruri tədbir görülməmiş və əvvəlki sakinlə aralarında alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A, mənzil 4 (Yeni qaydalarla: AZ 1130, ünvan 1 X2 mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə həmin mənzil İddiaçı satılmışdır. Mənzil X2 mülkiyyətində olduğu dövrdə Cavabdeh ASC tərəfindən mənzilin istilik təchizatına görə 253.46 manat borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “İstilik enerjisindən istifadə” Qaydalarının 6.1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmətlərindən istifadə etmək üçün Müəssisə ilə müqavilə bağlamaq və bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 6.1.5. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaiti 1 (bir) ay müddətində tam məbləğdə ödəmək istehlakçının vəzifələrinə aiddir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A, mənzil 4 (Yeni qaydalarla: AZ 1130, ünvan 1 ünvanında yerləşən mənzilin istilik təchizatına görə hesablanmış borcun ödənilməsi öz təsdiqini tapmır. Halbuki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 292/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X4 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə, ev 26A, mənzil 4 (Yeni qaydalarla: AZ 1130, ünvan 1 alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Həmin müqavilənin 2.2.1-ci bəndində qeyd edilmişdir ki, alıcı-ipoteka qoyana faktiki təhvil verənədək ipoteka predmeti üzrə əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcları ödəmək satıcının vəzifəsidir. Göründüyü kimi satıcı, yəni üçüncü şəxs qismində cəlb edilmiş X4 istilik enerjisindən istifadə nəticəsində yaranmış borcu ödəmək vəzifəsi daşıdığı halda borcu ödəməmiş, ödəmişdirsə belə məhkəmə iclasında iştirak etməmiş və ödənişi təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək tələbinin əsası kimi mənzilin artıq onun mülkiyyətində olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçinin dəyişilməsi istilik təchizatına görə yaranmış borcun silinməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə yeni mülkiyyətçi kimi müqavilə bağlanılmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada nail ola bilmədiyi halda, (keçmiş mülkiyyətçinin yaranmış borcunun silinməsi üçün deyil) məhz öz hüquqlarının müdafiəsi istiqamətində məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə (X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar