Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1914/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, iddiaçı "xxxx" MMC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il il tarixli müqaviləsinə əsasən, İmei kod **********03823 SAMSUNG GALAXY A53 markalı telefon üçün 717.78 (yeddi yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 71.22 (yetmiş bir manat iyirmi iki qəpik) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41580 XİAOMİ REDMİ 12C markalı üçün 42,63 (qırx iki manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 4,37 (dörd manat otuz yeddi qəpik) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO qulaqlıq üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, xx.xx.2024-cü il tarixdə şəxsən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə «meikod **********03823 SAMSUNG GALAXY A53 markalı telefon, İmei kod **********41580 XİAOMİ REDMİ 12C markalı telefon, APPLE AİRPODS PRO qulaqlıq almış və nəticədə 876 (səkkiz yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1208.34 manat (18 ay x 67.13 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03823 SAMSUNG GALAXY A53 markalı telefon üçün ümumilikdə, 789 (yeddi yüz səksən doqquz) manat olmaqla ondan, 717.78 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71.22 (yetmiş bir manat iyirmi iki qəpik) manat cərimə. xx.xx.2023-ci il, tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 353.04 (üç yüz əlli üç manat dörd qəpik) manat (12 ay x 29.42 +0 manat ilkin ödəniş) olan İmei kod **********41580 XİAOMİ REDMİ 12C markalı telefon üçün ümumilikdə, 47 (qırx yeddi) manat olmaqla ondan, 42.63 (qırx iki manat altmış üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4.37 (dörd manat otuz yeddi qəpik) manat cərimə, xx.xx.2022-d il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS PRO qulaqlıq üçün ümumilikdə, 40 (qırx) manat olmaqla ondan, 37 (otuz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 1351.97 manat təşkil edir. Cavabdeh müqavilə üzrə aldığı əşyaların borc öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrin şərtlərini pozmuş və nəticədə ümumilikdə 876 manat məbləğində borcu yaranmışdır. "xxxx" MMC-nin təqdim etdiyi maliyyə və ödəniş cədvəlindən görünür ki, X1 xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 717.78 manat ödənilməmiş hissə, 71,22 manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə üzrə 42,63 manat ödənilməmiş hissə, 4,37 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə üzrə 37 manat ödənilməmiş hissə, 3 manat məbləğində cərimə borcu vardır. Müqavilələrə əlavələrin 2-ci bəndinə əsasən, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq peniya ödəyir. Sözügedən müqavilələrin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı "xxxx" MMC tərəfindən həmin müqaviləüzrə öhdəliklərin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb edilməsi tam əsaslıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələblərinin ödənişi gecikdirməyə görə hesablanmış cərimə pulunun tutulması hissəsi də qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Eyni zamanda məhkəmə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilələrindən irəli gələn əsas borcun ümumilikdə 717,78 ; 42,63 və 37 manat olduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 71,22; 4,37 və 3 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pullarını azaldaraq 35 manat; 2 manat və 1,85 manat müəyyən edilməsini tərəflərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il il tarixli müqaviləsinə əsasən, İmei kod **********03823 SAMSUNG GALAXY A53 markalı telefon üçün 717.78 (yeddi yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41580 XİAOMİ REDMİ 12C markalı üçün 42,63 (qırx iki manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO qulaqlıq üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 1,85 (bir manat səksən beş qəpik) manat cərimə borcu tutulmalıdır. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il il tarixli müqaviləsinə əsasən, İmei kod **********03823 SAMSUNG GALAXY A53 markalı telefon üçün 717.78 (yeddi yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə borcu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********41580 XİAOMİ REDMİ 12C markalı üçün 42,63 (qırx iki manat, altmış üç qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS PRO qulaqlıq üçün 37 (otuz yeddi) manat ödənilməmiş hissə, 1,85 (bir manat səksən beş qəpik) manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1914/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1914/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver