Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1922/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4020 (dörd min iyirmi) manat məbləğində əsas borcun, 1504 (min beş yüz dörd) manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 20 (iyirmi) manat pulun, ödənilmiş 76 (yetmiş altı manat) manat məbləğində dövlət rüsumunun və 200 (iki yüz) manat məbləğində vəkil xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, nəqliyyat vasitəsinin satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İddiaçı MMC ilə Cavabdeh2 arasında 01/22 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən "xxxx" xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 4670 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə digər Cavabdeh1 arasında 01/22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 "xxxx" İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən "xxxx"ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. MMC tərəfindən Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Xpro 125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin Müqavilənin 4.2 və 4.3-cü maddələrinə əsasən “Girov qoyan” öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində “Girov saxlayan”ın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Belə ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin Nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 4020 (dörd min iyirmi) manat təşkil etməkdədir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən “Alıcı” ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə "xxxx"nın ilkin tələbi ilə nəqliyyat vasitəsini geri qaytarır və bununla bağlı "xxxx"ya vurulmuş ziyan məbləğini tam şəkildə ödəməlidir. Lakin MMC tərəfindən cavabdehlərə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2022-ci il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, bu günə qədər cavabdehlər ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadırlar. Əlavə olaraq bildirlər ki, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı Müqaviləsinin 3.2-ci bəndinə əsasən müəyyən edilmiş müddət ərzində nəqliyyat vasitəsinin dəyəri ödənilmədiyi təqdirdə “Alıcı” "xxxx"ya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 (bir) % məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1504 (min beş yüz dörd manat) manat təşkil edir. Hesab edirlər ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Belə ki, Mülki Məcəlləyə əsasən gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 20 (iyirmi manat) manat pul hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında İddiaçı MMC-dən “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsini girov müqabilində alaraq dostunun istifadəsinə verdiyini, dostu bir müddət ödəniş etdikdən sonra, ödəməyə imkanı olmadığından ödənişi edə bilmədiyini, bu səbəbdən həmin mopedi qiymətləndirərək İddiaçı MMC-yə qaytarılmasını, həmin pulun ümumi borc məbləğindən çıxılmasını, qalan borc məbləğini isə hər ay 200 manat olmaqla ödəməyə imkanlarının olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında borc məbləğini hər ay 200 manat olmaqla ödəməyə imkanının olduğunu bildirərək iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" İddiaçı ilə «Alıcı» Cavabdeh2 arasında bağlanmış 01/22 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus əlaqədar texniki sənədləri servis kitabçası, zəmanət kitabçası və s.) “Aİıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə bu nəqliyyat vasitələrinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq "xxxx"ya tam ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən (alqı-satqı predmetini təşkil edən nəqliyyat vasitələrinin təhvil-təslim aktı) görünür ki, tərəflər arası bağlanılmış alqı-satqı müqaviləsinin 1-ci bəndinin tələblərinə uyğun olaraq "xxxx" “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsini və ona məxsus əlaqədar texniki sənədləri (servis kitabçası, zəmanət kitabçası və s.) “Alıcı”ya təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən (nəqliyyat vasitələrinin siyahısı, dəyəri və ödəniş qaydaları) görünür ki, nəqliyyat vasitəsinin ümumi dəyəri 4700 (dörd min yeddi yüz) manat təşkil edir. Nəqliyyat vasitəsi üçün ödənən ilkin ödəniş 650 (altı yüz əlli) manat təşkil edir. Hazırkı əlavənin 2-ci bəndində nəzərdə tutulmuş məbləğin 12 (on iki) ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulur. Nəqliyyat vasitələrinin dəyərinin hazırkı əlavəyə uyğun olaraq ödənilməməsi tərəflər arası bağlanılmış müqavilənin tələblərinə görə cərimə sanksiyasının hesablanması üçün əsasdır. (hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 1% məbləğində). İş materiallarına əlavə edilmiş "xxxx" İddiaçı ilə «Alıcı» Cavabdeh2 arasında bağlanmış 01/22 nömrəli, xx.xx.2022-ci il tarixli girov müqaviləsindən görünür ki, 01 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Girov qoyan”ın “Girov saxlayan” qarşısında öhdəliklərinin təminatı olaraq “Girov qoyan” əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM Xpro 125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsini “Girov saxlayan”a girov kimi təqdim edir. Tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 4020 (dörd min iyirmi) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 01/22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “Zamin” “Alıcı”nın xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" qarşısında üzərinə götürdüyü öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. “Zamin” "xxxx" qarşısında “Alıcı”nın nisyə alqı-satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi səbəbindən "xxxx"ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən verilmiş HM-26/1 saylı, xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanılmış 01/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Xpro 125cc" markalı, LXMAEA303LXA36422 ban nömrəli 4670 manat məbləğində moped nəqliyyat vasitəsi Cavabdeh2 istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh2 tərəfindən ümumilikdə 650 (altı yüz əlli) AZN məbləğində ödəniş edilmişdir. Beləliklə, Cavabdeh2 "Mopedo.AZ” MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borcu 4020 (dörd min iyirmi) manat, cərimə borcu 1504,15 (min beş yüz dörd manat on beş qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcu 20,61 (iyirmi manat altmış bir qəpik) manat təşkil edir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərdən İddiaçı MMC-yə olan borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materialından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Xpro 125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" İddiaçı MMC ilə Cavabdeh2 arasında 01/22 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən "xxxx" xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitələrini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə 4670 manat məbləğində nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüş, həmçinin İddiaçı MMC ilə digər Cavabdeh1 arasında 01/22 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 "xxxx" İddiaçı MMC qarşısında “Alıcı” Cavabdeh2 Nisyə Alqı-Satqı müqaviləsi üzrə faktiki ödəməli olduğu bütün pul məbləğləri, həmçinin aylıq ödənişlərin vaxtında icra edilməməsinə görə hesablanmış cərimə sanksiyaları, habelə nisyə alqı-satqı müqaviləsi üzrə “Alıcı”nın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbindən "xxxx"ya dəymiş zərərin əvəzinin ödənilməsi üçün tam həcmdə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. İddiaçı MMC tərəfindən Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli Girov Müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM Xpro 125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMC-yə girov kimi təqdim edilmiş və Daşınar Əmlakın yüklülüyünün Dövlət Reyestr sistemində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə düşən öhdəliyi yerinə yetirməmişlər və xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehlərin Nisyə alqı-satqı müqaviləsi üzrə MMC-yə 4020 (dörd min iyirmi) manat əsas borcu, 1504,15 (min beş yüz dörd manat on beş qəpik) manat cərimə borcu və 20,61 (iyirmi manat altmış bir qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra 3 etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (472.2.). Qanunvericiliyə əsasən zaminlik elə bir hüquq münasibətidir ki, buna görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik bir sıra xüsusiyyətlərlə xarakterizə olunur. Həmin xüsusiyyətlərindən biri odur ki, bu öhdəlik hüquq münasibətidir. Zaminlik üzrə münasibətlərdə üç kateqoriya subyekt (tərəf) - borclu, kreditor və zamin iştirak edir. Zamin borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi hallarda kreditor qarşısında əmlak məsuliyyəti daşıyır. Zaminlik özlüyündə aksessor (əlavə) törəmə öhdəlikdir. O, əsas öhdəlikdən asılıdır və əsas (təmin olunan) öhdəliyin icrasını təmin edən öhdəlikdir. Zaminlik öhdəliyinin yaranması əsas öhdəliyin əmələ gəlməsi ilə şərtlənir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh2 İddiaçı MMC ilə nisyə alqı-satqı müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Eyni zamanda digər Cavabdeh1 da zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda İddiaçı MMC məhkəmə qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas 4020 manat borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “1504,15 (min beş yüz dörd manat on beş qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, nisyə alqı-satqı müqaviləsindən irəli gələn 4020 (dörd min iyirmi) manat əsas (qalıq) borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1504,15 (min beş yüz dörd manat on beş qəpik) manat borcu tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə iddia ərizəsinin “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 20 (iyirmi) manat məbləğində borcun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Məhkəmə qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında nisyə alqı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə bağlanmış və müqaviləyə edilmiş 1 saylı əlavəyə əsasən son ödəniş tarixi xx.xx.2023-cü il tarixidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin icra müddəti bitmədiyindən İddiaçı MMC-nin gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmamış və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin tələbin girov predmetinə yönəldilməsinə dair hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girov ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı alqı-satqı müqaviləsi üzrə tələbin girov ilə yüklü edilmiş göstərilən əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 297-ci maddəsində də nəzərdə tutulduğu kimi girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, girov predmeti açıq hərracda satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən borc ödənilməli, satışdan əldə olunan vəsaitdən artıq qalan hissəsi girov qoyana qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq məbləğin cavabdehlərdən ümumi qaydada tutulması” hissəsinə münasibət bildirirək qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, məhkəmə hazırki qətnamə ilə artıq borcun cavabdehlərdən tutulması məsələsinə hüquqi qiymət vermiş, borcun cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamənin icrası təmin edilərkən satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə ümumi qaydada icra edilməsi icra proseduru çərçivəsində təmin edilməli olduğundan bu halın əlavə olaraq müəyyən edilməsinə heç bir zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 298.3-cü maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1., 63.1.1., 63.1.2. və 63.1.3. maddələrinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Məhkəmə iddia tələblərinin 200 (iki yüz) manat hüquqi xidmət xərclərinin tutulmasına dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilən normanın məzmununa əsasən məhkəmə edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləği müəyyən edilərkən həmin bölgədə həmin kateqoriya işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, vəkilin iştirak etdiyi (vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi və s. nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici nümayəndənin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən tam deyil, müəyyən hallar nəzərə alınmaqla yalnız ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini təsbit etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hüquqi xidmət xərclərinin 150 (bir yüz əlli) manat məbləğində olmasını ağlabatan hesab etdiyindən bu məbləğin də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı MMC-yə verilməli olması nəticəsinə gəlir. İş materialları ilə müəyyən edilmişdir ki, iddianın verilməsi ilə bağlı İddiaçı MMC tərəfindən 76 (yetmiş altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməli, 26 (iyirmi altı) manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4020 (dörd min iyirmi) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu, cəmi 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində borc, 150 (bir yüz əlli) manat hüquqi xidmət xərci və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulmalı, dövlət rüsumunun 26 (iyirmi altı) manat hissəsi iddiaçıya aid edilməli, tələb üzrə tutma “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməli, nəqliyyat vasitəsi açıq hərracda satılmalı, satışından əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilməli, satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4020 (dörd min iyirmi) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində cərimə borcu, cəmi 4220 (dörd min iki yüz iyirmi) manat məbləğində borc, 150 (bir yüz əlli) manat hüquqi xidmət xərci və ödənilmiş 76 (yetmiş altı) manat dövlət rüsumunun 50 (əlli) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma girov predmeti olan - “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilsin. “SYM Xpro125cc” markalı, Ağ rəngli, LXMAEA303LXA36422 ban nömrəli nəqliyyat vasitəsi açıq hərracdan satılsın və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı MMC-yə olan borc ödənilsin. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1922/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1922/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver