Məhkəmə qərarları › İş №e-2(009)-196/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-196/2023

10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-196/2023 10.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Ərazi İdarəsi göstərilməklə) Cavabdeh qarşı “vərəsələrə düşən miras payın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsələrə düşən miras payın verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilən və ölən şəxs X6 digər vərəsələri olan birgə iddiaçılar X15 X21 və Saqr Oday X3ra çatmalı olan ümumilkdə 183271.58 manat vəsaitin geri qaytarılması və müvafiq məbləğin onların adından çıxış edən qanuni nümayəndələri X16 Sarraya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə birgə iddiaçıların-X15 X21 və X18 X21-nin ataları X9Abdulvadood (bundan sonra “ölən şəxs" qismində istinad oluna bilər) 2018-2020-ci illər arası müddət ərzində Azərbaycanda müvəqqəti olaraq yaşamış, Azərbaycandakı müəyyən banklarda vəsaiti olmuş və ******* nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən Türkiyə Respublikasında vəfat etmişdir. Azərbaycanda yaşadığı müddət ərzində ölən şəxs xx.xx.2018-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, lakin xx.xx.2019-cu il tarixindən başlayaraq nikahın pozulması üçün müvafiq dövlət qurumu və daha sonra da Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etsə də, xx.xx.2020-ci il tarixində vəfatı səbəbilə Ali Məhkəmənin xx.xx.2021- ci il tarixli, 2(102)- 382/2021 nömrəli qərardadı ilə məhkəmə işinə xitam verilmişdir. X6 Azərbaycanda mövcud olan əmlakının isə vəfatından sonra vərəsələri arasında bölüşdürülməsi məsələsi yaranmışdır. Cavabdeh digər vərəsələrin olmasından xəbərdar olmasına baxmayaraq ölən şəxsin bütün əmlakını qanunsuz olaraq mənimsəmişdir. Cavabdehin vəsaitləri götürməsi birgə iddiaçılar olan digər vərəsələrin miras əmlaka yaranan hüquqlarını pozmuşdur və onlara çatacaq əmlakdan məhrum etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, X5 ABDULWADOOD oğlunun 6-227132-1 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 361.316.59 manat, 6-227132-3 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 18.068.34 manat, 6-227132-4 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 130.000, 6-227132-6 hesab nömrəsində xx.xx.2020xx.xx.2022-ci illərdə 15000, 6-227132-8 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 233.31, 6-227132-9 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 9174.28, 6- 227132-11 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 555.58, 6-227132-1 hesab nömrəsində xx.xx.2020-xx.xx.2022-ci illərdə 361.316.59 qalıq pul vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-634/2020 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Al X1rşı “birgə əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdiyi "xxxx" İKB ASC-nin depozit hesabında olan 350.000 manat pul məbləğinin tərəflərin ümumi birgə mülkiyyəti hesab edilərək paylarına uyğun bölünməsi, 2014-cü il buraxılışlı “Mazda” markalı model “3” olan **-NB-*** qeydiyyat nişanlı və 2012-ci il buraxılışlı “KİA” markalı “Optima” modelli **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaklarının aralarında bölünməsi, 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1513/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC-də Al X11 Abdulvadoodun adına olan bank hesablarına iddiaçı ilə birgə nikah dövründə qoyulmuş 256775 manat məbləğində vəsait ümumi birgə mülkiyyət hesab edilərək, tərəflər arasında bərabər hissədə (hər birinin ½ hissədə) paylara bölünmüş, iddia digər hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)-11584/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1513/2019 saylı 11 iyun 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-634/2020 saylı qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli, 2(103)- 11584/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-382/2021 saylı qərardadından görünür ki, iddiaçı X4 Abdulwadood Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək X5 Abdulwadood ilə Cavabdeh arasında Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 21 fevral 2018-ci il tarixli 14 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 2(009)-172/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-382/2021 saylı qərardadı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(103)- 3329/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı X5 Abdulwadoodun Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İş üzrə xx.xx.2021-ci il tarixli, 133/H/2021 nömrəli himayədarlıq şəhadətnaməsinə əsasən X16-in qəyyum olması qərarı qəbul edilmişdir. İş materiallarında olan vərəsəliyin elan şəhadətnaməsinə əsasən X16-in istəyinə görə xx.xx.2021-ci tarixində vərəsəliyin elan şəhadətnaməsi tərtib edilmişdir. İş materiallarında olan ******* saylı xx.xx.2021-ci il tarixli X7 görünür ki, X9 02 sentyabr 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 2021-ci il tarixdə №49 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı ilə X6 vəfat etmə faktı təsdiqlənmiş, qanuni mirasının boşanmış həyat yoldaşı İddiaçıdən doğulan və yetkinlik yaşına çatmayan iki övladına (Talıb və Saqr) qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (MM-1243.2, 1243.3, 1244, 1246, 1247, 1248). Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı ilə X6 vəfat etmə faktı təsdiqlənmiş, qanuni mirasının boşanmış həyat yoldaşı İddiaçıdən doğulan və yetkinlik yaşına çatmayan iki övladına (Talıb və Saqr) qalması müəyyən edilmişdir. Lakin sözügedən qərarın Azərbaycan Respublikasında tanınması üçün hər hansı bir hərəkət edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Bəsrə Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixində qəbul etdiyi 401/K/2021 reyestr nömrəli qərarı Azərbaycan Respublikasında tanınmadığından iddiaçının Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilən və ölən şəxs X6 digər vərəsələri olan birgə iddiaçılar X15 X21 və Saqr Oday X3ra çatmalı olan ümumilkdə 183271.58 manat vəsaitin geri qaytarılması və müvafiq məbləğin onların adından çıxış edən qanuni nümayəndələri X16 Sarraya ödənilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar