Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-204/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil və ilkin iddia üzrə cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız ləğvi və hesablanmış cərimənin silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə 13 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh İB-nə qarşı «aktın ləğvi və cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın ləğv hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32-ci km-də yerləşən ev iddiaçıya məxsusdur. 27 oktyabr 2022-ci il tarixdə cavabdeh tərəfindən akt tərtib edilərək, iddiaçıya 6557,76 manat məbləğində borc yazılmışdır. Kənar xətt yenicə quraşdırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən aşkar edilərək kənarlaşdırılmış və sözügedən akt tərtib edilmişdir. Lakin akt üzrə itirilmiş qazın həcmi hesablanarkən hesabat həddən artıq şişirdilərək 6557,76 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Eyni zamanda Cavabdeh İB cavabdeh İddiaçı qarşı “zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6557,76 manat zərərin, 1296 manat debitor bocunun və 98,54 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, küçə qaz xətlərinə baxış keçirilərkən Bakı şəhəri Səbail rayonu, Salyan şossesində qeydiyyatda olan cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi aşkar olunmuşdur. Cavabdehin bu hərəkəti nəticəsində iddiaçıya 6557,76 manat məbləğində zərər dəymişdir. Eyni zamanda cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1296 manat debitor borcu vardır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, ekspert rəyində göstərilən zərər məbləği ilə razıdır. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizələrinin dəlillərini nəzərə alıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, 10 iyul 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Həmin tarixdə iddiaçı ilə cavabdeh arasında qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən iddiaçıya məxsus Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evə sayğacdan kənar qeyri-qanuni qoşulmanın aşkarlanması barəsində akt tərtib edilmişdir. Tərtib edilmiş akt nəticəsində iddiaçıya 6557,76 manat borc yazılmışdır. İşin bu halları iş materiallarında olan ******* nömrəli aktla, xx.xx.2017-ci il tarixli müqavilə və abonentin saldosu ilə təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti, qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən qaz xəttinə qanunsuz kənar qoşulmaqla istifadə edilməsi faktı işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı özü də bu faktı təsdiq edir. Lakin iddiaçının mübahisələndirdiyi məqam cavabdeh tərəfindən tərtib edilmiş akt nəticəsində hesablanmış cərimənin məbləğidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4001 nömrəli rəyindən görünür ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən evdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə sərf olunan təbii qazın miqdarının ümumilikdə 3260,8 kub metr (510,2 manat) olması müəyyən edilir. Məhkəmə ekspert rəyinə istinad edərək qeyd edir ki, qaz xəttinə qanunsuz kənar qoşulmaqla istifadə edilməsi nəticəsində Cavabdeh İB-nə dəyər zərərin əvəzi kimi 510,2 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır. AR Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qarşılıqlı iddia tələbinin “1296 manat debitor borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, cavabdehin faktiki istifadə edilmiş təbii qaza görə 1296 manat debitor borcu yaranmışdır. «Qaz Təchizatı haqqında» 30 iyun 1998-ci il tarixli qanunun 22-ci maddəsinə əsasən bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1 maddəsi isə borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu təsbit edir. Məhkəmə hesab edir ki, istifadə edilən təbii qaza görə hesablanmış 1296 AZN məbləğində qalıq debitor borcu cavabdehdən tutulub iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesində yerləşən fərdi yaşayış evində (abonent kodu **********03467) qaz xəttinə qanunsuz qoşulmaqla istifadə nəticəsində Cavabdeh İBnə dəymiş zərərin əvəzi kimi 510,2 manat məbləğində pul vəsaiti, təbii qazdan istifadəyə görə yaranmış 1296 manat borc vəsaiti və qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 50 manat məbləğində hissəsi İddiaçı tutulub Cavabdeh hesabına köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsi Cavabdeh İB-dən, 50 manat hissəsi isə İddiaçı tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-204/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-204/2023
13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver