Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2042/2024 11.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİS SEOUL QULAQLİQ üçün 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 129.81 (yüz iyirmi doqquz manat səksən bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ 189.96 (yüz səksən doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 18.04 (on səkkiz manat dörd qəpik) manat cərimə, ümumilikdə 1634 manat borc, 36.34 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, - İMEİ KODU 47859/K3WP04755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİSTA SEOUL QULAQLİQ, GAMİNG HEADSET CAf SKULLCANDYİNDY EVO QULAQLİQ almış və nəticədə 1634 (bir min altı yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1576.98 (bir rrin beş yüz yetmiş altı manat doxsan səkkiz qəp) manat (18 ay 87.61 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİSTA SEOUL QULAQLİQ ümumilikdə, 1426 (bir min dörd yüz iyirmi altı) manat olmaqla ondan, 1296.19 (bir rrin iki yüz doxsan altı manat on doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 129.81 (yüz iyirmi doqquz manat səksən bir qəp) manat cərimə hesablanmamışdır; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 189.96 (yüz səksən doqquz manat doxsan altı qəp) manat (12 ay 15.83 manat + 0 manat ilkin ödəniş) GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ üçün ümumilikdə, 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 189.96 (yüz səksən doqquz manat doxsna altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.04 (on səkkiz manat dörd qəp) manat cərimə hesablanmamışdır; Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, URBANİSTASEOUL qulaqlıqdan üçün xx.xx.2024-cü il tarixində imtina etmiş və məhsul 214.02 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cərri ödədiyi məbləğ 66.77 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 214.02 manat, ümumilikdə, 280.79 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyim iz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, - İMEİ KODU 47859/K3WP04755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİSTA SEOUL QULAQLİQ, GAMİNG HEADSET CAf SKULLCANDYİNDY EVO QULAQLİQ almış və nəticədə 1634 (bir min altı yüz otuz dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1576.98 (bir rrin beş yüz yetmiş altı manat doxsan səkkiz qəp) manat (18 ay 87.61 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİSTA SEOUL QULAQLİQ ümumilikdə, 1426 (bir min dörd yüz iyirmi altı) manat olmaqla ondan, 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 129.81 (yüz iyirmi doqquz manat səksən bir qəp) manat cərimə hesablanmamışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 189.96 (yüz səksən doqquz manat doxsan altı qəp) manat (12 ay 15.83 manat + 0 manat ilkin ödəniş) GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ üçün ümumilikdə, 208 (iki yüz səkkiz) manat olmaqla ondan, 189.96 (yüz səksən doqquz manat doxsna altı qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18.04 (on səkkiz manat dörd qəp) manat cərimə hesablanmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəm ödədiyi məbləğ 66.77 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 214.02 manat, ümumilikdə, 280.79 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən "xxxx" MMC qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Belə olan halda İddiaçı MMC-nin məhkəmə qaydasında Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİS SEOUL QULAQLİQ üçün 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəpik) manat ödənilməmiş hissə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ 189.96 (bir yüz səksən doqquz manat doxsna altı qəpik) manat ödənilməmiş hissə və 18.04 (on səkkiz manat dörd qəpik) manat cərimənin ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 129.81 (bir yüz iyirmi doqquz manat səksən bir qəpik) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47859/K3WP04755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİSTA SEOUL QULAQLİQ üçün 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəp) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğlərini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 129.81 (yüz iyirmi doqquz manat səksən bir qəpik) manat dəbbə pulunun azaldılaraq 30 (otuz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİS SEOUL QULAQLİQ üçün 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ 189.96 (bir yüz səksən doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 18.04 (on səkkiz manat dörd qəpik) manat cərimə, ümumilikdə 1534.19 (bir min beş yüz otuz dörd manat on doqquz qəpik) manat borc, 35.34 (otuz beş otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU 47859/K3WP01755 XİAOMİ PAD 6 MARKALİ PLANŞET, URBANİS SEOUL QULAQLİQ üçün 1296.19 (bir min iki yüz doxsan altı manat on doqquz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, GAMİNG HEADSET CANYON SKULLCANDY İNDY EVO QULAQLİQ 189.96 (bir yüz səksən doqquz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 18.04 (on səkkiz manat dörd qəpik) manat cərimə, ümumilikdə 1534.19 (bir min beş yüz otuz dörd manat on doqquz qəpik) manat borc, 35.34 (otuz beş otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2042/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2042/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver