Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2046/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi L.T.Abbaszadənin iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 3 aya yaxın bundan əvvəl baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə dəymiş ziyan, bütün sənəd və məlumatların təqdim edilməsinə baxmayaraq, cavabdeh sığorta şirkəti tərəfindən bu günədək aradan qaldırılmayıb. Ödənişin gecikməsinə səbəb kimi isə əsassız olaraq bir hala - ikinci zərər çəkmiş avtomobilin qiymətinin qoyulmamasına istinad edilir. Bu hal isə ciddi maneə ola bilməz və qanunla nəzərdə tutulmuş qaydalarla çoxdan həllini tapmalı idi. Belə ki, “Audi A4” markalı, 99XU675 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsünün təqsirindən xx.xx.2025-ci il tarixində Bakı şəhərində Mərdəkan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsində ona məxsus “X14” markalı, 99GM694 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə və “Toyota RAV-4” markalı, 99TU2G3 dövlət qeydiyyat nişanlı digər avtonəqliyyat vasitəsinə cidd maddi ziyan dəymişdir. “Audi A4” markalı, 99XU675 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh Sığorta Şirkəti ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAT********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmışdır. Hadisə zamanı avtomobili X1 idarə edirdi. Hadisə Xəzər rayon DYPŞ tərəfindən qeydiyyata alınmış, Cavabdeh Sığorta Şirkəti ASC-yə onun tərəfindən sığorta ödənişinin verilməsi haqqında lazımi qaydada müraciət edilmiş və icraata başlanılmışdır (iş № 263847). Lakin uzun sürən danışıqlar gedişində avtomobilinə dəyən zərərin dəyəri barədə şifahi olaraq müxtəlif məbləğlər deyilsə də, zərər məbləği yazılı qaydada bildirilməmişdir. Nəhayət, hadisədən 2 aydan da çox müddət sonra, xx.xx.2025-ci il tarixində O-AP- 2025-1435 nömrəli məktubla ona rəsmi cavab verilmişdir. Məktubda bildirilir ki, mənə məxsus "X14" markalı, 99GM694 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği müəyyən olunmuşdur. Lakin digər zərərçəkmiş avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği müəyyən edilmədiyindən dəymiş zərərin ümumi məbləği məlum olmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən zərərin əvəzinin ödənilməsi mümkün olmamışdır. Digər zərər dəymiş avtonəqliyyat vasitəsinin zərər məbləği müəyyən edildikdən sonra müvafiq sığorta ödənişi həyata keçiriləcəkdir. Lakin bundan sonra daha 20 gün keçməsinə baxmayaraq, zərərin ödənilməsi ilə bağlı heç bir hərəkət edilməmişdir. Avtomobilim indiyədək qəzalı vəziyyətdə istifadəsiz qalmaqdadır. Cavabdehin öz məktubunda göstərdiyi hal sığorta ödənişinin verilməsinə mane ola biləcək hal deyildir. Belə ki, əgər digər avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsinin "mümlünsüzlüyü" qarşı tərəfin buna mane olması (məsələn, əmlakı təqdim etməməsi) yaxud onun sığorta ödənişi haqqında müraciət etməməsi, əmlakın unikal olması və ya digər hansısa səbəbdən mümkün olmamışdırsa, hər bir halda bunun hüquqi həlli yolu vardır. O, avtomobilinə dəymiş zərərin aradan qaldırılması xərclərini müvafiq təmir müəssisində qiymətləndirmişdir və bu məbləğ 2030 manat təşkil etmişdir. Cavabdeh sığorta müqaviləsi üzrə və sığorta qanunvericiliyi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmişdir, bu səbəbdən də zərərin onun müraciət etdiyi qiymətləndirici tərəfindən qoyulmuş zərərin məbləğini qəbul etməlidir. Eyni zamanda sığorta ödənişinin gecikdirilməsinə görə ona dəbbə pulu da ödəməlidir. Hadisəyə dair dövlət yol polisindən təqdim edilmiş arayışın təqdim edilmə tarixindən (xx.xx.2025-ci il) sonrakı 7 iş günündən sonrakı tarixdən (xx.xx.2025) iddianın verildiyi tarixədək (xx.xx.2025) 62 təqvim gününə (iyunda 21, iyulda 31 və avqustda 10 gün) görə 125,86 manat (2030 x 0,1 x 62 = 125,86 manat) dəbbə pulu ödənməlidir. Göstərilənlərə əsasən iddiaçı cavabdehdən 2.155,86 manat və dövlət rüsumunun əvəzi olaraq 43 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, avtomaşına dəyən ziyan məbləğinin tam həcmdə ödənilməsini tələb edir. Cavabdehin 1313 manat ödənişi ilə razı deyil. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının hadisə ilə bağlı nəqliyyat vasitəsinə dəyən ziyanın 2030 manat təşkil etməsi ilə bağlı müahisə yoxdur. Lakin iş materiallarına əsasən Cavabdeh SŞ ASC-də sığortalanmış X3 məxsus “Audi A4” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Skoda Fabia” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə və X5 məxsus “Toyota RAV4” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə ziyan dəymişdir. Yolnəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Skoda Fabia” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərər 2.030 manat müəyyən edilmişdir. Hadisənin digər iştirakçısı X5 məxsus “Toyota RAV4” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəyən zərər isə 5700 manat müəyyən edilmişdir. Göründüyü kimi baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində hər iki nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 7.730 manat təşkil edir. “İcbari sığortalar haqqında” Qanunun tələblərinə əsasən isə sığorta hadisəsi baş verdikdə təqsirli şəxsin üçüncü şəxslərə vurduğu zərərə görə onun mülki məsuliyyətini sığortalamış sığortaçının öhdəliyi 5000 manatı aşa bilməz. Qanuna uyğun olaraq hər iki nəqliyyat vasitələrinə dəyən ümumi zərər məbləği, yəni 7730 manat, 5000 manat sığorta məbləğinə mütənasib qaydada bölünərək hər iki zərərçəkənin payına düşən sığorta ödənişi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən, iddiaçıya veriləcək sığorta ödənişinin məbləği 1313 manat, T.T.Əliyevaya veriləcək sığorta ödənişinin məbləği isə 3687 manat təşkil etmişdir. Hesab edir ki, iddiaçının dəyən zərərlə bağlı 2030 manat sığorta ödənişinin əlavə olaraq 125,86 manat dəbbə pulunun tələb etməsi əsassızdır. Belə ki, onlar tərəfindən qanunun tələblərinə uyğun sığorta ödənişinin verilməsindən imtina edilməmiş və iddiaçı özü sığorta ödənişinin alınmasına imtina etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Xəzər rayon Polis İdarəsinin Dövlət X15 tərəfindən verilmiş 043283 saylı arayışın surətindən görünür ki, X2 idarə etdiyi “Audi A4” markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Skoda Fabia” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomaşına və X5 məxsus “Toyota RAV4” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. İş üzrə “Tundra Auto Service” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli avtomobilin təmir kartının surətindən görünür ki, “Skoda Fabia” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 2030 manat vəsait hesablanmışdır. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti ASC-də “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə PAT ********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalanmış “Audi A4” markalı, 99XU675 qeydiyyat nişanlı X2 idarə etdiyi avtonəqliyyat vasitəsinin də iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı şirkətə daxil olmuş müraciətə baxılmışdır (iş No 263847). Aparılan sığorta araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə “Toyota RAV-4” markalı, 99TU203 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsus “X14” markalı, 99GM694 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və sığorta avtonəqliyyat vasitəsinin (99XU675) iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1.fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. İddiaçı məxsus “X14” markalı, 99GM694 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği müəyyən edilmədiyindən dəymiş zərərin ümumi məbləği məlum olmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən zərərin əvəzinin ödənilməsi mümkün olmamışdır. Digər zərər vermiş avtonəqliyyat vasitəsinin zərər məbləği müəyyən edildikdən sonra müvafiq sığorta ödənişi həyata keçiriləcəkdir. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 58.3-cü maddəsinə əsasən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. İş üzrə Cavabdeh Sığorat Şirkəti ASC-nin sifarişi əsasında müstəqil ekspert X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən 2010-cu buraxılış ili olan “Toyota RAV4” minik markalı, 99TU204 dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı 5.700 manat zərər dəydiyini müəyyən etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh SŞ ASC-də sığortalanmış X3 məxsus “Audi A4” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşının törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Skoda Fabia” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X6 məxsus “Toyota RAV4” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “Skoda Fabia” markalı, ** GM *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən zərər 2.030 manat, N.Əliyevaya məxsus “Toyota RAV4” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən zərər isə 5.700 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 2030 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti həmin məbləği tam ödəməkdən imtina etmişdir. Cavabdeh sığorta müqaviləsi üzrə və sığorta qanunvericiliyi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmişdir, bu səbəbdən də zərərin onun müraciət etdiyi qiymətləndirici tərəfindən qoyulmuş zərərin məbləğini qəbul etməlidir. Eyni zamanda sığorta ödənişinin gecikdirilməsinə görə ona dəbbə pulu da ödəməlidir. Hadisəyə dair dövlət yol polisindən təqdim edilmiş arayışın təqdim edilmə tarixindən (xx.xx.2025-ci il) sonrakı 7 iş günündən sonrakı tarixdən (xx.xx.2025) iddianın verildiyi tarixədək (xx.xx.2025) 62 təqvim gününə (iyunda 21, iyulda 31 və avqustda 10 gün) görə 125,86 manat (2030 x 0,1 x 62 = 125,86 manat) dəbbə pulu ödənməlidir. Bu səbəbdən iddiaçı cavabdehdən 2.155,86 manat və dövlət rüsumunun əvəzi olaraq 43 manat vəsaitin tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması və dəyən məbləği ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur, cavabdeh sığorta hadisəsinin baş verməsini qəbul edir, sığorta ödənişinin verilməsindən imtina etmir və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləğinin tam ödənilməməsi ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya hadisədə zərərçəkən 2 nəqliyyat vasitəsi olduğu üçün hesabatla müəyyən edilmiş sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam ödənilməsi ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia qismən əsaslıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1.fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərti ilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrıayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Eyni Qanunun 20.4-cü maddəsinə əsasən, mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinin mənasına görə, bir yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hər iki nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 7.730 manat təşkil etmişdir. Qanuna uyğun olaraq hər iki nəqliyyat vasitələrinə dəyən ümumi zərər məbləği, yəni 7730 manat, 5000 manat sığorta məbləğinə mütənasib qaydada bölünərək hər iki zərərçəkənin payına düşən sığorta ödənişi müəyyən olunmuşdur. Belə ki, ümumi 2 nəqliyyat vasitəsinə dəyən zərər məbləğinin 7730 manat təşkil etməsi iddiaçının avtomaşına dəyən ziyan məbləğinin 2030 manat olması halında həmin məbləğə münasibətdə faiz etibarı ilə ümumi məbləğin 26,26%-i iddiaçıya münasibətdə müəyyən edilir ki, həmin faiz icbari sığortalar üzrə 3-cü şəxslərə ödənilməli olan maksimum məbləğə, yəni 5.000 manata vurularaq, iddiaçıya veriləcək sığorta ödənişinin məbləği 1313 manat, digər nəqliyyat vasitəsinə dəymiş ziyana görə veriləcək sığorta ödənişinin məbləği isə 3687 manat təşkil etmişdir. Göründüyü kimi sığorta təşkilatı qanunun yuxarıda qeyd edilən normasının tələblərinə riayət etməklə hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib ödənilməli olan sığorta ödənişinin həcmini müəyyən etmişdir. Lakin iddiaçı həmin məbləğlə razılaşmamış, dəyən ziyanın tam həcmdə ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıya sığorta hadisəsi ilə bağlı edilməli ödənişin 1.313 manat həddində olması müəyyən edildiyindən, həmin həddə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Məhkəmə həmçinin hesab edir ki, sığorta təşkilatı sığorta hadisəsi ilə bağlı iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmədiyindən, həmçinin ödənilməli sığorta ödənişinin məbləği düzgün müəyyən edildiyindən, iddiaçı isə həmin məbləğin alınmasından imtina etdiyindən, bununla da sığorta məbləğinin ödənilməsinin gecikdirilməsi cavabdehin qanunazidd hərəkətləri ilə bağlı olmadığından, iddia tələbi gecikdirmə ilə bağlı dəbbə pulunun ödənilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (33,13 manat) Cavabdeh Sığorta Şirkəti ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Skoda Fabia” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı Cavabdeh Sığorta Şirkəti ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 1313 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,13 manat, cəmi 1.346,13 (bir min üç yüz qırx altı manat, on üç qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2046/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2046/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver