Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2050/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə əvvəldən tanıdığı Cavabdeh 2 ədəd yeni (İphone 16 və İphone 16 pro) ümumi dəyərləri 8400 manat olan mobil telefonları satmışdır. Bundan sonra Cavabdeh həmin mobil telefonların dəyərindən 2000 manatını versə də, qalan 6400 manat pulunu verməmişdir. Hər dəfə cavabdehin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb pulunu istədikdə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. Belə ki, o, 2024-cü ildə BƏƏ-yə gedən zaman əvvəldən tanıdığı Cavabdeh ondan Dubaydan 2 ədəd İphone markalı yeni mobil telefon gətirməsini xahiş etdiyini, ona xx.xx.2024-cü il tarixdə Cavabdeh 1 ədəd yeni İphone (dəyəri 4000 manat) və 1 ədəd yeni İphone 16 Pro (dəyəri 4400 manat) ümumi dəyəri 8400 manat olan mobil telefonları gətirib vermişdir. Həmin telefonları dəyərini cavabdehin ona hissə-hissə ödəyəcəyi barədə razılaşmışdırlar. Cavabdehi əvvəldən tanıdığı üçün ona inanmışdır. Cavabdehin həmin mobil telefonların 8400 manat dəyərindən 2000 manatını vermişdir. Lakin sonradan qalan 6400 manatını istədikdə ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Cavabdehə telefonları verəndə ona hər ay 1000 manat ödəniş etməli olduğunu, lakin cavabdehin 2000 manat pulu ödədikdən sonra qalan 6400 manat pulu verməyərək vədinə əməl etməmişdir. O, bununla bağlı Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. İdarədə ona məsələnin mülki xarakterli olduğunu və aidiyyatı üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı telefon alqı-satqısından yaranmış 6400 manat borc məbləğinin, hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosuna ödənilmiş 340 manat xidmət haqqının və ödənilmiş 88 manat dövlət rüsumunun (cəmi 6828 manat) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdeh məhkəmə hazırlıq iclasında iştirak etmiş, izahat vermiş, telefonların alınmasını və borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 2024-cü ildə hədiyyə etmək üçün iddiaçıdan 2 telefon götürmüşdür. Hər ay 1000 manat ödəməklə 8 aya borcu bitirməli idi. Borcdan 1300 manat kart vasitəsilə ilə, sonra isə əl-bəəl Adıgözəlova Natavan vasitəsi ilə 1000, 1700 manat ödəmişdir. Sonradan işində problem olduğundan ödəyə bilməmişdir. Ondan polisə şikayət etmişdir. Onun 4200 manat ödənilməyən borcu qalmışdır. Adıgözəlova Natavanın vasitəsi ilə bildirmişdir ki, ödəyəcək, onlar da ondan 4500 manat istəmişlər ki, borcu bağlasınlar. O, SMS vasitəsi ilə yazmışdır ki, borcu bağlayacaq, o, da onu blok etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasısının rədd edilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, izahatı alınan Cavabdeh Rüfəti ortaq dostları olmuş Natəvan adlı şəxsin vasitəsi ilə tanıdığını, 2024-cü ilin dekabr ayında 2 ədəd İphone markalı mobil telefon lazım olduğunu dediyini, Natəvanın ona Rüfət adlı şəxsdə mobil telefon olduğunu və kredit kimi satdığını dediyini, Natəvanın vasitəsi ilə “İphone” 16 pro max (1tg) və İphone 16 Pro (1tg) 2 ədəd mobil telefonu hər ay 1000 manat olmaqla hissə-hissə ödəməklə 2024-cü ilin dekabr ayından etibarən 2025-ci ilin may ayını daxil olmaqla razılaşıb götürdüyünü, 2 ədəd mobil telefonun ümumilikdə qiymətinin 8200 manata razılaşdırdıqlarını, 7 ay hər ay hissə-hissə 1000 manat olmaqla razılaşaraq Rüfətdən götürdüyü iki ədəd mobil telefonların qiymətinin sonuncu ayda ümumilikdə qalan pulunu bütövlükdə ona qaytaracağına söz verdiyini, bundan sonra 2024-cü ilin dekabr ayında Natəvan adlı şəxsə Rüfətə verməsi üçün mobil telefonun pulundan 1000 manat nağd olaraq sayıb verdiyini, 2025-ci ilin yanvar ayında 1000 manat və 700 manat olmaqla ümumilikdə 1700 manat pulu yenidən Natəvan adlı şəxsə telefonların pulundan nağd olaraq sayıb verdiyini, xx.xx.2025-ci il tarixdə Rüfətin kartına 1300 manat pulu telefonların pulundan göndərdiyini, aprel ayında ödəməli olduğu 1000 manat pulu ödəyə bilmədiyini, aprel ayından sonra may ayının və iyun ayının da ödənişlərini edə bilmədiyini, bununla bağlı hər dəfə Rüfətin özünün onunla əlaqə saxlayanda hər dəfə ona səbrli olmasını deyil ödənişləri etmədiyini, Rüfətlə telefonla danışanda xx.xx.2025-ci il tarixə qədər bütövlükdə ödənişlərini edəcəyinə söz versə də, lakin ödəniş etmədiyini, hazırda Rüfətə ümumilikdə 8200 manat puldan 4000 manat pul ödəniş etdiyi üçün ona 4200 manat ödəyəcəyi olduğunu, Rüfətdən aldığı 2 ədəd mobil telefonları ayrı-ayrılıqda tanışlarına hədiyyə etdiyini, Rüfətdən 1 mobil telefonu 4400 manata razılaşıb götürdüyünü, 2-ci mobil telefonu isə 3800 manata razılaşıb götürdüyünü, Rüfətdən 2 ədəd mobil telefonu, ümumilikdə 8200 manata razılaşıb götürdüyünü, 2 ədəd mobil telefonlara görə 2700 manat pulu nağd olaraq ortaq tanışları Natavana verdiyini, Natavanın da Rüfətin kartına göndərdiyini, əlavə olaraq 1300 manat pulu Rüfətin kartına xx.xx.2025-ci il tarixdə göndərdiyini, ümumilikdə 8200 manat puldan 4000 manat pul ödədiyini, 4200 manat Rüfətə mobil telefonlara görə ödəyəcəyi olduğunu, Rüfətə pulu tam şəkildə xx.xx.2025-ci il tarixə qədər ödəyəcəyinə söz versə də, maddi sıxıntıları olduğuna ödəyə bilmədiyini bildirmiş, 2025-ci ilin avqust ayının sonuna kimi tam şəkildə 4200 manat pulu ödəyəcəyinə söz vermişdir. Həmin qərardan həmçinin görünür ki, izahatı alınan X1 adlı şəxsi əvvəldən tanıdığını, dostluq münasibətlərinin olduğunu, 2024-cü ilin dekabr ayında Rüfətin 2 ədəd İphone 16 pro və İphone 16 pro max mobil telefonları satdığını dediyini, həmin telefonları Cavabdeh təklif etdiyini razılaşma yolu ilə sonuncunun telefonları əldə etdiyini, Bakıda olmadığından mobil telefonları İddiaçı sürücüsünün A.Rəhmana təqdim etdiyini, həmin mobil telefonları hər ikisinin razılaşıb A.Rəhmanın hər ay 1000 manat olmaqla ödəməli olduğunu, bu minvalla dekabr ayında 2024-cü il tarixdə 1000 manat pulu nağd şəkildə Q.Rüfətə verdiyini, sonra yanvar ayında 1000 manat və 1692 manat ödəniş etdiyini, özbək kartı ilə **********633162 ona məxsus AN adına kartla Q.X7 kartına ödəniş etdiyini, fevral ayında ödəniş olunmadığını, fevral ayında Rəhman ödəniş etmədiyindən Rüfət narazılıq etdikdə özü ilə danışmasını dediyini, artıq mart ayına özlərinin əlaqədə olub danışdığını, onun məlumatına görə A.Rəhmanın 1300 manat pulu Rüfətin kart hesabına göndərdiyini, mart ayından sonra Rəhmanın ödəniş etmədiyini, Rəhmana ödəniş barəsində desə də, imkanı olmadığını dediyini, mobil telefonları ümumilikdə 8200 manata razılaşdıqlarını, həmin mobil telefonlara görə Rüfətə ümumilikdə 4000 manat ödəniş olunduğunu, həmin 4000 manatın 2962 manatını özünün şəxsən ödədiyini, 1000 manatını nağd şəkildə, 1962 manatını isə kart vasitəsi ilə köçürtdüyünü, ödəniş barəsində çek təqdim edə bilməyəcəyini, çünki ödəniş özbək kartı ilə etdiyini, hal-hazırda telefonların 4200 manat ödənişi qaldırığını bildirmişdir. İş üzrə Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə vətəndaş İddiaçı ilə Səbail rayon Məhkəməsində olan işində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2025-ci il tarixli, EM-174VK-44415/25 saylı müqavilə bağlamışdır və həmin müqavilələr üzrə büronun kart hesabına (marka və xidmət haqqı ilə birlikdə) 340 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılığı əsasında 2024-cü ilin dekabr ayında iddiaçı ümumi dəyəri 8400 manat olan “İphone 16 pro” və “İphone 16 pro max” markalı 2 ədəd mobil telefon 7 ay müddətinə, hər ay 1000 manat, ödənilmək şərti ilə cavabdehə satmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə əvvəldən tanıdığı Cavabdeh 2 ədəd yeni (İphone 16 və İphone 16 pro) ümumi dəyərləri 8400 manat olan mobil telefonları satmışdır. Bundan sonra Cavabdeh həmin mobil telefonların dəyərindən 2000 manatını versə də, qalan 6400 manat pulunu verməmişdir. Hər dəfə cavabdehin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb pulunu istədikdə müxtəlif bəhanələr gətirərək verdiyi vədə əməl etməmişdir. O, bununla bağlı Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. İdarədə ona məsələnin mülki xarakterli olduğunu və aidiyyatı üzrə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Bu səbəbdən iddiaçı telefon alqı-satqısından yaranmış 6400 manat borc məbləğinin, hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosuna ödənilmiş 340 manat xidmət haqqının və ödənilmiş 88 manat dövlət rüsumunun (cəmi 6828 manat) cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının mobil telefonların cavabdehə nisyə satılmasına dair münasibətlər olmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edilmiş, onun şikayəti əsasında araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı telefonların ümumi dəyəri 8400 manat olmasını göstərsə də, cavabdeh həmin telefonların ümumi qiymətinin 8200 manata razılaşdıqlarını bildirmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh tərəfindən telefonların ümumi dəyərindən hissə-hissə cəmi 4000 manat iddiaçıya qaytarılmış, hazırda onun 4200 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin alqı-satqısından yaranmış 6400 manat məbləğində borcun olmasını iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya 4000 manatın qaytarılmasını və hazırda onun 4200 manat məbləğində ödənilməmiş borcun qalmasını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi yalnız cavabdeh tərəfindən etiraf olunan həddə əsaslı hesab edilməli və təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə 340 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından və xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 11 saylı Vəkil Bürosuna 340 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 340 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 62 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4200 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 340 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62 manat, cəmi 4.602 (dörd min altı yüz iki) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2050/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2050/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver