Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2051/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əziz Əzizli Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “köməkçi sahədən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “köməkçi sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən qanunsuz istifadəyə son qoyulması və həmin sahədən məcburi çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsi ilə birinci tərəf Cavabdeh ilə ikinci tərəf İddiaçı arasında Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən, ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair əmlakın qiyməti 20000 manat məbləğində müəyyən olunmuşdur. Alıcı əmlakın bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan qiymətinin 14 000 manatını satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir, qalan pul məbləğini 5 gün müddətində notariusun bankda açılan depozit hesabı vasitəsilə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə barəsində gələcəkdə alğı-satqı müqaviləsinin bağlanması haqında razılıq əldə olunmuş əmlakın qiymətinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Satıcı istifadəsində olan Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan alıcıya 3 ay müddətində təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürür. Alıcı isə qeyd olunan əmlakı istifadə və sahiblik hüququnu həmçinin bütün sənədləşdirmə işlərini, çıxarışın alınmasını və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürür. ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv/m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağı Cavabdeh tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq Cavabdeh heç bir məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə cavadeh Cavabdeh mülkiyyətin boşaldılmasını tələb etmiş və rəsmi xəbərdarlıq göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 izahatında bildirmişdir ki, müqavilə münasibətlərindən irəli gələn öhdəliklərdir. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamına əsasən, ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin xx.xx.2023-cü il tarixli ilkin alğı-satqı müqaviləsinə əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağına dair əmlakın qiyməti 20000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən 20000 manat pul tam şəkildə cavabdehə verilmişdir. Cavabdeh müqavilə bağlandığı andan 3 ay müddətində həmin torpaq sahəsini iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müddət may ayında bitmişdir, lakin bu günə qədər həmin sahəni iddiaçıya təhvil verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, əlildir, ona pul verilməmişdir. Ümumiyyətlə bu alğı-satqı müqaviləsindən xəbəri olmamışdır. Xəstə olanda həyat yoldaşına işlərini görməsi üçün Yasamalda yerləşən ASAN Xidmətdə ona etibarnamə vermişdir. Yoldaşı xərçəng xəstəsidir, ona pul lazım olduğu üçün 14000 manat pul bir götürüb, 6000 manat da bir götürüb. Şəxsiyyət vəsiqəsi deaktiv olunmuş, hal-hazırda Polis İdarəsinə qeydiyyatdadır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 (iyirmi min) manat nəbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı müqavilədə göstərilmiş qaydada 14000 (on dörd min) manat və 6000 (altı min) manat olmaqla notariusun bankda açılan depozit hesab ödəniş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını boşaldılaraq təhvil verilməsini Cavabdeh tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik icra edilmədiyindən, iddiaçı ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən cavabdehin qanunsuz istifadəsinə son qoyulması və həmin sahədən məcburi çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (MM 427.2.) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, Qasımov X3 Arzu Aqil qızı ilə 14 saylı notariat ofisində bağlanmış 15 fevral 2023-cü tarixli ilkin alğı-satqı müqaviləyə əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağın qiyməti 20000 manat nəbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2.ci bəndinə əsasən iddiaçı müqavilədə müəyyən olunmuş məbləğin 14000 (on dörd min) manatını Cavabdeh notariusun bankda açılan depozit hesab vasitəsi ilə ödəmişdir. Qalan pul məbləğini isə cavabdehə 5 gün müddətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi tam şəkildə öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.-ci bəndinə əsasən Cavabdeh Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cı il tarixli 127 nömrəli sərəncamına əsasən ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını bu müqavilə bağlandığı andan İddiaçı 3 ay müddətinə təhvil verməyi və 30 il ərzində əsas alğı-satqı müqaviləsini rəsmiləşdirilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh həmin müqavilənin görünüş üçün bağlandığını bildirsə də həmin müqavilənin bağlanması üçün X1 verilmiş etibarnaməni və müqaviləni mübahisələndirdiyinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göstərilən qanunvericilik aktı normalarını və cavabdehin göstərilən müqavilə əsasında müqavilədə nəzərdə tutulmuş sahəni müqavilədə müəyyən edilmiş müddət ərzində iddiaçıya təhvil verməli olmasını, müqavilədə müəyyən edilmiş vaxtdan 6 aydan artıq vaxt keçməsinə baxmayaraq ünvan 1 evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otağını İddiaçı təhvil verilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəflər arasında bağlanmış müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən qanunsuz istifadəsinə son qoyulmalı və həmin sahədən çıxarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən evin həyətindəki 16.6 kv.m sahəsi olan təsərrüfat məqsədli köməkçi otaq sahəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2051/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2051/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver