Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2092/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi D.S.Tomayevin iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********37084 olan “Galaxy S24+” markalı telefon, “Samsung Charger”, “Janome” markalı tikiş maşını, “Philips” markalı ütü, “Samsung” markalı tozsoran, “Bosh” markalı 2 ədəd ətçəkən, “Tefal” markalı ütü, “Janome” markalı 2 ədəd tikiş maşını almış və nəticədə 5960 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2.757,48 manat (18 ay x 147,36 manat + 105 manat ilkin ödəniş) olan İMEİ kodu **********37084 olan “Galaxy S24+” markalı telefon, “Samsung Charger” üçün ümumilikdə 2.873 manat olmaqla, ondan 2.652,48 manat ödənilməmiş məbləğ, 220,52 manat dəbbə pulu; - xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1.010,88 manat (24 ay x 42,12 manat + 0 manat ilkin ödəniş) olan “Janome” markalı tikiş maşını, “Philips” markalı ütü üçün ümumilikdə 1.074 manat olmaqla, ondan 1.010,88 manat ödənilməmiş məbləğ, 63,12 manat dəbbə pulu; - xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 2.797,44 manat (24 ay x 116,56 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı tozsoran, “Bosh” markalı 2 ədəd ətçəkən, “Tefal” markalı ütü, “Janome” markalı 2 ədəd tikiş maşını üçün ümumilikdə 2.015 manat olmaqla, ondan 1.840,72 manat ödənilməmiş məbləğ, 174,28 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə “Tefal” markalı ütü, “Janome” markalı tikiş maşını və 2 ədəd “Zəmanət+1 il” xidmətindən imtina etmiş və məhsul 956,72 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 956,72 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 105 manat təşkil edir. Cavabdehlər iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim atından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarirxli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qalan hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********37084 olan “Galaxy S24+” markalı telefon, “Samsung Charger” üçün 2.652,48 manat ödənilməmiş məbləğ, 220,52 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən “Janome” markalı tikiş maşını, “Philips” markalı ütü üçün 1.010,88 manat ödənilməmiş məbləğ, 63,12 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən “Samsung” markalı tozsoran, “Bosh” markalı 2 ədəd ətçəkən, “Tefal” markalı ütü, “Janome” markalı 2 ədəd tikiş maşını üçün 1.840,72 manat ödənilməmiş məbləğ, 174,28 manat dəbbə pulu, ümumilikdə 5962 manat borc, 79,62 manat dövlət rüsumun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 03 mart 2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ kodu **********37084 olan “Galaxy S24+” markalı telefon, “Samsung Charger” 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 147,36 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2757,48 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 04 mart 2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Janome” markalı tikiş maşını, “Philips” markalı ütü 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 42,12 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1.010,88 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 03 mart 2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung” markalı tozsoran, “Bosh” markalı 2 ədəd ətçəkən, “Tefal” markalı ütü, “Janome” markalı 2 ədəd tikiş maşını 24 ay müddətinə ödənilmək şərti ilə (ayda 116,56 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 2.797,44 manat təşkil edir. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2.652,28 manat əsas, 220,52 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.010,88 manat əsas, 63,12 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1.840,72 manat əsas, 174,28 manat cərimə, cəmi 5.962 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 2.757,48 manat olan İMEİ kodu **********37084 olan “Galaxy S24+” markalı telefon, “Samsung Charger”, alqı-satqı qiyməti 1.010,88 manat olan “Janome” markalı tikiş maşını, “Philips” markalı ütü və alqı-satqı qiyməti 2.797,44 manat “Samsung” markalı tozsoran, “Bosh” markalı 2 ədəd ətçəkən, “Tefal” markalı ütü, “Janome” markalı 2 ədəd tikiş maşını pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni müqavilələrdə göstərilən əmlaklar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 2.652,48 manat əsas borc, 220,52 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1.010,88 manat əsas borc, 63,12 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1.840,72 manat əsas borc, 174,28 manat dəbbə pulu, cəmi 5.962 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli 00141726 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 2.652,48 manat borc, 220,52 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli 02985142 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 1.010,88 manat borc, 63,12 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli 00141722 №-li müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixə yaranmış 1.840,72 manat borc, 174,28 manat dəbbə pulu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79,62 manat, cəmi 6041,62 (altı min qırx bir manat, altmış iki qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2092/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2092/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver