Məhkəmə qərarları › İş №e-2(009)-2100/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2100/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2100/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdəhəddə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Yəni iddia ərizəsində tələb olunan 1488 manat pul məbləğinin tutulması ilə bağlı dövlət rüsumu 34.88 manat olduğu halda iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində olmalıdır. Belə ki, hazırki tələb üzrə (1488 manat) 34.88 manat dövlət rüsumu ödənməlidir. Hakim qeyd edir ki, iddiaçı tərəfindən qaldırılan tələbə görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim digər tərəfdən qeyd edir ki, elektron qaydada məhkəməyə göndərilmiş iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsində göstərilən (RPA********** nömrəli "xxxx" ASC şəhədətnamə) və "xxxx" ASC ilə bağlanılmış müqavilə qeyd olunsa da, həmin müqavilə və şəhadətnamə, eyni zamanda sığorta ödənişinin verilməsi barədə sığorta təşkilatına onun tərəfindən edilən müraciət və bu müraciətə sığorta təşkilatın cavabı, eyni zamanda qüsur aktı (ziyanın məbləği barədə) iddia ərizəsinə əlavə olunmamışdır. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar