Məhkəmə qərarları › İş №e-2(009)-2114/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2114/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2114/2022 05.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli tarixli müqavilələrinə əsasən “Samsung” markalı paltaryuyan, İMEİ Kodu **********14211 olan “Samsung Galaxy A41” markalı telefon, İMEİ Kodu **********81419 olan “Samsung Galaxy A32” markalı telefon, “Hoffmann” markalı mini soba almış və nəticədə 1775 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1100.40 manat (12 ay x 91.7 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı paltaryuyan üçün ümumilikdə 1.210.40 manat olmaqla, ondan 1100.40 manat ödənilməmiş məbləğ, 110 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 793.80 manat (18 ay x 44.1 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********14211 olan “Samsung Galaxy A41” markalı telefon üçün ümumilikdə 380.8 manat olmaqla, ondan 346.8 manat ödənilməmiş məbləğ, 34 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 686.4 manat (12 ay x 57.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********81419 olan “Samsung Galaxy A32” markalı telefon üçün ümumilikdə 170.2 manat olmaqla, ondan 154.4 manat ödənilməmiş məbləğ, 15,8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 288.6 manat (3 ay x 93.4 manat + 8.4 manat ilkin ödəniş) olan “Hoffmann” markalı mini soba üçün ümumilikdə 13.6 manat olmaqla, ondan 13.6 manat ödənilməmiş məbləğ, 0 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1254 manat təşkil edir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.2021-cu il tarixli müqaviləsinə əsasən Samsung” markalı paltaryuyan üçün 1100.4 manat əsas borc, 110 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********14211 olan “Samsung Galaxy A41” üçün 346.8 manat əsas borc, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********81419 olan “Samsung Galaxy A32” markalı telefon üçün 154.4 manat əsas borc, 15,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən “Hoffmann” markalı mini soba üçün 13.6 manat əsas borc, ümumilikdə 1775 manat borc, 37.75 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 26 avqust 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung” markalı paltaryuyan 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 91.7 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1100.4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 05 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ Kodu **********14211 olan “Samsung Galaxy A41” markalı telefon 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 44.1 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 793.8 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 25 aprel 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “Samsung Galaxy A32” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 57.2 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 686.4 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 31 may 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC M. Tağıyevə “Hoffmann” markalı mini soba 3 ay müddətinə ödənilmək şərti ilə (ayda 93.4 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 288.6 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1100.4 manat əsas borc, 110 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 346.8 manat əsas borc, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 154.4 manat əsas borc, 15,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.6 manat əsas borc, cəmi 1775 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 1100.4 manat olan “Samsung” markalı paltaryuyan, alqı-satqı qiyməti 793.8 manat olan “Samsung Galaxy A41” markalı telefon, “Samsung Galaxy A32” markalı telefon, alqı-satqı qiyməti 288.6 manat olan “Hoffman” markalı mini soba pulu hissə-hissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış mobil telefonlar, komputer və hard disk Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2021ci il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1100.4 manat əsas borc, 110 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 346.8 manat əsas borc, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 154.4 manat əsas borc, 15.8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 13.6 manat əsas borc, cəmi 1775 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, 24043668 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022 -ci il tarixə yaranmış 1100.4 manat əsas borc, 110 manat cərimə, xx.xx.2020-ci il tarixli, 21227257 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 346.8 manat əsas borc, 34 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23018734 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 154.4 manat əsas borc, 15,8 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23110683 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixə yaranmış 13.6 manat əsas borc həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 37.75 manat, cəmi 1812.75 (bir min səkkiz yüz on iki manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar