Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2179/2024 21.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli AS-H 241/21 nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Baic M60 Platinium” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 2692 (iki min altı yüz doxsan iki) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində “Baic M60 Platinium” markalı ** PR *** dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx"MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərər məbləği 2692 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 091/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı ** PY *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 2692 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin – sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Zərərçəkənin ona vurulmuş zərərin əvəzini zərəri vurandan tələb etmək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən olunmuşdur (hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər). Həmin Məcəllənin 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinin mənasına görə delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu normalara əsasən zərərvuran başqasının əmlakına vurulmuş zərərin əvəzini tam ödənilməsi öhdəliyi daşıdığı müəyyən olunur. Beləliklə, cavabdehə qarşı subroqasiya tələbi 2692 (iki min altı yüz doxsan iki) manat təşkil edir. Göstərilənləri nəzərə alaraq Cavabdeh 2692 manat məbləğində sığorta ödənişi, 46,92 manat dövlət rüsumu və 0,40 (qırx) manat xidmət haqqının, cəmi 2739,32 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbar sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüfatları barədə arayışa əsasən “Baic M60” Platinium minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. Hadisə baş verən anda sürücü Cavabdeh olmuş, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Baic X3 Luxury” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilmişdir. İş üzrə AS-H 241/21 nömrəli icbari sığorta haqqında şəhadətnaməyə dair məlumata əsasən sığortaçı qismində "xxxx" ASC sığorta edilən "xxxx" MMC məxsus “Baic X3 Luxury” markalı **-PY- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək – 3 il müddətinə sığorta olunmuşdur. İş üzrə AR DİN BDYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərara əsasən, Baic M60” Platinium minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Cavabdeh AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 190/22 saylı qüsur aktına əsasən “Baic X3 Luxury” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 2692 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A-323/21 saylı sığorta sığorta ödənişi barədə sığorta aktına əsasən xx.xx.2021-ci il tarixdə sığortalanmış “Baic M60” Platinium minik markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə saat 15:35 radələrində “Baic X3 Luxury” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Baic M60” Platinium minik markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşına 2692 manat ziyan dəymişdir. İş üzrə sığorta ödənişinin alınması üçün hesabdan çıxarışından görünür ki, "xxxx" ASC xx.xx.2022-ci il tarixdə 2692 manat zərərçəkmiş "xxxx"xxxx"xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə “Baic M60 Platinium” minik markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobil tərəfinizdən idarə olunan zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də nəqliyyat vasitələrinin sığortası üzrə sığortalanmış “Baic X3 Luxury” minik markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirmişdir. Abşeron rayon X1 İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tədbiq edilməsinə dair TP ******* nömrəli qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmusunuz. Qeyd edilən sığorta hadisəsi ilə bağlı hadisə nəticəsində “Baic X3 Luxury” markalı, **-PY-*** dövlət qeydiyyat nişalı avtonəqliyyat vasitəsinə dəymiş zərərələ bağlı Cəmiyyət tərəfindən 2692 manat sığorta ödənişi həyata keçirilmişdir.Yuxarıda qeyd olunanlara əsasən cəmiyyət dəymiş zərərin aradan qaldırılması üçün ödənilmiş 2692 manat məbləğində sığorta ödənişini, məktubu aldıqdan sonra 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Baic M60 Platinium” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törətdiyi üçün təqsirli olması səbəbi ilə AR İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Baic X3 Luxury” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2692 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Baic X3 Luxury” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2692 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 2692 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Abşeron rayon X1 İdarəsi tərəfindən tərtib İnzibati tənbeh tədbiq edilməsinə dair TP ******* nömrəli qərarına Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması təsdiq olunmuşdur. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 2692 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 46,92 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 2692 manat, 0,40 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 46,92 manat, cəmi 2739,32 (iki min yeddi yüz otuz doqquz manat, otuz iki) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2179/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2179/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver