Məhkəmə qərarları › İş №e-2(009)-2183/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2183/2023

23.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2183/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndə və vəkili, İddiaçı3 vəkili Nümayəndə Rüfət oğlunun, Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti qeyd edilməklə, X3 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti qeyd edilməklə) “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçılar X11, X7, X2, X8, X12, X15, X13 cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3 MMC, X16 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti qeyd edilməklə) “qanunsuz tikililərin sökülməsi və s.” tələbinə dair iddia qaldırmışdır və həmin mülki iş e-2(009)-939/2023) Səbail Rayon Məhkəməsinin digər hakimi Şahin Abdullayevin icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan e- 2(009)-2183/2023 saylı mülki iş ilə Səbail Rayon Məhkəməsinin icraatında olan e-2(009)- 939/2023 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan ilkin olaraq icraata qəbul edilmiş mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi və vəkili Vəkil vəsatəti müdafiə edərək mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2, İddiaçı1 nümayəndə və vəkili, İddiaçı3 vəkili Nümayəndə Rüfət oğlu vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, e-2(009)-2183/2023 saylı mülki iş e-2(009)-939/2023 saylı mülki iş ilə əlaqəli olduğundan Səbail Rayon Məhkəməsinin digər hakimi Şahin Abdullayevin icraatına mülki iş daha öncə daxil olduğundan e-2(009)-2183/2023 saylı mülki iş e-2(009)-939/2023 saylı mülki işlə birləşdirilməlidir. MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə tələblərin birləşdirilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrinə əsasən, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Səbail rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti qeyd edilməklə, X3 və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair e-2(009)-2183/2023 saylı mülki iş Səbail Rayon Məhkəməsinin digər hakimi Şahin Abdullayevin icraatında olan iddiaçılar X11, X7, X2, X8, X12, X15, X13 cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3 MMC, X16 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Səbail rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidməti qeyd edilməklə) “qanunsuz tikililərin sökülməsi və s.” tələbinə dair e-2(009)-939/2023 saylı mülki iş ilə bir icraatda birləşdirilsin. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar