Məhkəmə qərarları › İş №e-2(009)-2189/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2189/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2189/2025 22.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il. xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən NAVEE V40 PRO ELECTRİC SCOOTER, XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq, ZƏMANƏT + 2İL xidməti, PLAYSTATİON 5, PS5 oyun pultu, PLAYSTATİON 5 almış və nəticədə 3424.30 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 864 manat (12 ay x 72 manat + 0 manat ilkin ödəniş) olan NAVEE V40 PRO ELECTRİC SCOOTER üçün 632.68 manat olmaqla ondan, 575.16 manat ödənilməmiş hissə, 57.52 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 139.98 (yüz otuz doqquz manat 98 qəpik) manat (6 ay x 23.33 manat + 0 manat ilkin ödəniş) olan XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq üçün 50.47 manat olmaqla ondan, 45.88 manat ödənilməmiş hissə, 4.59 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1762.92 manat (12 ay x 146.91 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5, PS5 oyun pultu üçün 1250.61 (bir min iki yüz əlli manat, 61 qəpik) manat olmaqla ondan 1136.92 manat ödənilməmiş hissə, 113.69 manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1391.04 (bir min üç yüz doxsan bir manat, 4 qəpik) manat (12 ay x 115.92 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün 1490.54 manat olmaqla ondan 1355.04 manat ödənilməmiş hissə, 135.50 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1044.94 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Göstərilənlərə əsasən iddiaçı NAVEE V40 PRO ELECTRİC SCOOTER üçün ümumilikdə 632,68 manat olmaqla ondan, 575,16 manat ödənilməmiş hissə, 57,52 manat cərimə, XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq üçün 50,47 manat olmaqla ondan 45,88 manat ödənilməmiş hissə, 4,59 manat cərimə pulu, PLAYSTATİON 5, PS5 oyun pultu üçün 1250,61 manat olmaqla ondan 1136,92 manat ödənilməmiş hissə, 113,69 manat cərimə pulu və PLAYSTATİON 5 üçün 1490,54 manat olmaqla ondan 1355,04 manat ödənilməmiş hissə, 135,50 manat cərimə pulu və 54,25 manat dövlət rüsumun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh NAVEE V40 PRO ELECTRİC SCOOTER üçün 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 72 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 864 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh XİAOMİ REDMİ BUDS 5 PRO qulaqlıq 6 ay müddətinə ödənilmək şərti ilə (ayda 23,33 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 139,98 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh PLAYSTATİON 5, PS5 oyun pultu 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 146,91 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1762,92 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh “PLAYSTATİON 5” markalı telefon 12 ay müddətinə ödənilmək şərti ilə (ayda 115,92 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 1391,04 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 575,16 manat əsas, 57,52 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 45,88 manat əsas, 4,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1136,92 manat əsas, 113,69 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1355,04 manat əsas, 135,50 manat cərimə,cəmi 3424,30 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab ki, iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış əşyalar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 575,16 manat əsas borc, 57,52 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 45,88 manat əsas borc, 4,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1136,92 manat əsas borc, 113,69 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 1355,04 manat əsas borc, 135,50 manat cərimə, cəmi 3424,30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 575,16 manat borc, 57,52 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 45,88 manat borc, 4,59 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 1136,92 manat borc, 113,69 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 1355,04 manat borc, 135,50 manat cərimə həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54,25 manat, cəmi 3478,55 (üç min dörd yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar