Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2218/2024 04.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA üçün 245 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 219.36 manat ödənilməmiş hissə, 21.64 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 132.43 manat ödənilməmiş hissə, 13.57 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon üçün 83.88 manat ödənilməmiş hissə, 8.12 manat cərimə, ümumilikdə 748 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, 27,11,2022-ci il tarixli müqavilələrə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX - MASA, APPLE AİRPODS 2 qulaqlıq, İmeikod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon almış və nəticədə 748 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 504 manat (24 ay x 21 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA üçün ümumilikdə, 269 manat olmaqla ondan, 245 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374.04 manat (12 ay x 31.17 manat + 0 manat ilkin ödəniş) olan APPLE AİRPODS 2 qulaqlıq üçün ümumilikdə, 241 manat olmaqla ondan, 219.36 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21.64 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 285.9 manat (15 ay x 19.06 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 146 manat olmaqla ondan, 132.43 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.57 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 267 manat (12 ay x 22.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon üçün ümumilikdə, 92 manat olmaqla ondan, 83.88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.12 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 750.27 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon almış, müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə 748 manat borc yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. (MM-445) Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 219.36 (iki yüz on doqquz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 21.64 (iyirmi bir manat altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 132.43 (bir yüz otuz iki manat qırx üç qəpik) manat ödənilməmiş hissə, 13.57 (on üç manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon üçün 83.88 (səksən üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 8.12 (səkkiz manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 219.36 (iki yüz on doqquz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 21.64 (iyirmi bir manat altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 132.43 (bir yüz otuz iki manat qırx üç qəpik) manat ödənilməmiş hissə, 13.57 (on üç manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon üçün 83.88 (səksən üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 8.12 (səkkiz manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 4 ədəd PEDLİ - METBEX - STUL, CAMLİ POLO - METBEX – MASA üçün 245 (iki yüz qırx beş) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE AİRPODS 2 qulaqlıq üçün 219.36 (iki yüz on doqquz manat otuz altı qəpik) manat ödənilməmiş hissə, 21.64 (iyirmi bir manat altmış dörd qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********11947 SAMSUNG GALAXY A03 CORE markalı telefon, VİNİL MAT, VİNİL ŞƏFFAF üçün 132.43 (bir yüz otuz iki manat qırx üç qəpik) manat ödənilməmiş hissə, 13.57 (on üç manat əlli yeddi qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00986 XİAOMİ REDMİ 9A markalı telefon üçün 83.88 (səksən üç manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 8.12 (səkkiz manat on iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 748 (yeddi yüz qırx səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2218/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2218/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver