Məhkəmə qərarları › İş №e-2(009)-2233/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2233/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2233/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli RXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il sentyabrın 28-də Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, Həsənov Rövşən Sabit oğlunun idarə etdiyi “Mercedes 230” markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Nərimanov DYPŞ-i tərəfindən xx.xx.2020-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Nərimanov DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 266 saylı qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Mercedes 230” markalı, **-HH-*** dövlət nömrə nişanlı avtomobilə 170 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 170 manat məbləğində zərərçəkmiş şəxs Həsənov Rövşən Sabit oğluna ödəmişdir. Hesab edirlər ki, “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomobilə sərəncam vermək hüququ Cavabdeh1 verildiyindən və Cavabdeh2 “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomobili etibarnaməsiz idarə edilməsi barədə məlumatlı olmağa borclu idi. Buna görə də iddiaçının subroqasiya hüququ müştərək qaydada həm Cavabdeh2 qarşı yaranır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh2 və Həsənli oğlundan müştərək qaydada 170 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 200 manat alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2020-ci il tarixli etibarnamənin surətinə əsasən X3 tərəfindən “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşının sürücülük hüququ olduqda idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2021-ci il tarixədək Cavabdeh1 etibarnamə verilmişdir. İş üzrə PXA********** nömrəli icbari sığorta haqqında müqaviləsinə dair məlumata əsasən sığortaçı qismində "xxxx" sığorta edilən X2 məxsus “BMW 523” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək – 1 il müddətinə sığorta olunmuşdur. İş üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə “BMW 523” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində AR İXM-nın 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 266 nömrəli qiymətləndirmə aktına əsasən «Mercedes 230» markalı ** HH *** dövlət nömrə nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi zamanı 170 manat ziyan dəymişdir. İş üzrə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, PXA69946 saylı sığorta aktının surətinə əsasən xx.xx.2019-cu il tarixdə sığortalanmış “BMW 523” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə «Mercedes 230» markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Mercedes 230» markalı ** HH *** dövlət nömrə nişanlı avtomaşına 170 manat ziyan dəymiş və bununla bağlı 170 manat sığorta ödənişi həyata keçirilmişdir. İş üzrə sığorta ödənişinin alınması üçün plastik ödəmək kartının təhvil-təslim aktından və hesabdan çıxarışından görünür ki, "xxxx" ASC xx.xx.2020-ci il tarixdə 170 manat zərərçəkmiş şəxs Həsənov Rövşən Sabit oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. İş üzrə "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 17.00 radələrində Bakı şəhəri, H.Əliyev prospekti ərazisində idarə etdiyi və PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “BMW 523” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil «Mercedes 230» markalı ** HH *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə avtomobilə dəymiş zərərə görə sığorta şirkəti tərəfindən 170 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və subroqasiya hüquqlarını olduğunu nəzərə alaraq ödənilmiş əvəz miqdarında 170 manat zərər məbləğini məktubu aldıqdan sonra 7 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 etibarnamə olmadan idarə etdiyi və X2 məxsus, Cavabdeh1 sahibliyində (etibarnamə əsasında) olan icbari sığorta üzrə "xxxx" ASC-də sığortalanmış “BMW 523” markalı, **-ME-*** dövlət nömrə nişanlı avtomaşınla xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 230” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı sığorta təşkilatı tərəfindən “Mercedes Benz 230” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 170 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə tərəfindən digər tərəfdən müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 327.1-ci maddələri ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 230” markalı, ** HH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 170 manat məbləğində ziyan sığortaçı tərəfindən ödənilmişdir. Yolnəqliyyat hadisəsi törətmiş sürücü hadisə zamanı avtomaşını etibarnamə olmadan, yəni hüququ olmadan idarə etdiyindən, iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ödənilmiş cəmi 170 manat sığorta ödənişinin tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş materiallarında olan sənədlərdən məlum olur ki, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsində təqsirli olması və avtomaşını eitbarnamə olmadan idarə etməsi tam təsdiq olunmuşdur. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüquq olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatları olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, sürücü Cavabdeh2 yol-nəqliyyat hadisəsi törədərkən avtomaşını etibarnamə olmadan idarə etdiyindən, iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ödənilmiş sığorta ödənişinin tək yolnəqilyyat hadisəsini törətmiş Cavabdeh2 deyil, eyni zamanda avtomobilə qanuni əsaslarla (etibarnamə əsasında) sahiblik edən Cavabdeh1 də tutulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 avtomaşının mülkiyyətçisi tərəfindən etibarnamə verilmiş digər Cavabdeh1 qardaşıdır və sonuncu yol-nəqliyyat hadisəsi zamanı avtomaşın idarə olunarkən Cavabdeh2 yanında olmamışdır. AR Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” AR Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Məhkəmə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini qanuni əsaslar olmadan idarə edərək yolnəqilyyat hadisəsi törətməsini, avtomaşının digər Cavabdeh1 sahibliyindən Cavabdeh2 hüquqa zidd götürülməsi ilə bağlı sübutların olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə cavabdehliyi cavabdehlər birgə daşımalıdır. AR Mülki Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 1114-cü maddəsinə (zərər vurmuş şəxsə reqress hüququ) əsasən başqa şəxsin (qulluq,mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə məhkəmə hesab edir ki, idda tələbi təmin edilməli və sığorta ödənişi kimi zərərçəkənə ödənilmiş 170 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə zərərçəkmiş şəxsə ödənilmiş sığorta ödənişinin əvəzi kimi 170 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 200 (iki yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar