Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2242/2025 01.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh ilə “ABC TELECOM" MMC arasında bağlanmış xx.xx.2024-cü il, və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********52325 Samsung Galaxy A24, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti, İMEİ Kod **********41175 Samsung Galaxy A15, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti almış və nəticədə 745,94 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 784.08 manat (18 ay x 43.56 manat+0 manat ilkin ödəniş) olan İmei kod **********52325 Samsung Galaxy A24 Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti, üçün ümumilikdə, 389,72 (manat olmaqla ondan, 354.29 manat ödənilməmiş hissə, güzəşt olunaraq 35.43 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 717.48 manat (18 ay x 39.86 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********41175 Samsung Galaxy A15, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti üçün ümumilikdə, 356.22 manat olmaqla ondan, 323,84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32,38 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 823,43 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********52325 Samsung Galaxy A24, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti üçün 389,72 manat olmaqla ondan, 354.29 manat ödənilməmiş hissə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə İMEİ Kod **********41175 Samsung Galaxy A15, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L üçün 356,22 manat olmaqla ondan, 323,84 manat ödənilməmiş hissə, güzəşt olunaraq 32,38 manat cərimə borcu omaqla, ümumilikdə 745,94 amanat borcun və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki-prosessual məcəllənin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, lakin cavabdeh tərəfindən 10 gün müddətində iddiaya qarşı əsaslandırılmış etiraz məhkəmə icraatına daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İmei kod **********52325 Samsung Galaxy A24, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L xidməti 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 43,56 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 784,08 manat təşkil edir. İş üzrə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh İMEİ Kod **********41175 Samsung Galaxy A15, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L üçün 18 ay müddətinə ödənilmək şərti ilə (ayda 39,86 manat) müvəqqəti sahibliyə vermişdir. Əşyanın alqı-satqı qiyməti 717,48 manat təşkil edir. İş üzrə "xxxx" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 354,29 manat əsas, 35,43 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 323,84 manat əsas, 32,38 manat cərimə, cəmi 745,94 manat borcu var. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə müqavilələr bağlanılmış və həmin müqavilələrə əsasən alqı-satqı qiyməti 784,08 manat İmei kod **********52325 Samsung Galaxy A24, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, paket L və alqı-satqı qiyməti 717,48 manat olan İMEİ Kod **********41175 Samsung Galaxy A15, Samsung changer, qızıl zəmanət Ultra 3 il xidməti, L paketin pulu hissəhissə ödənilməklə cavabdehə nisyə satılmışdır. Lakin iddiaçı tərəfindən müqavilələr ilə nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilsə də, yəni alınmış telefonlar Cavabdeh təhvil verilsə də, cavabdeh tərəfindən hər ay ödənilməli olan pul məbləği ödənilməmişdir və bununla da müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehdən xx.xx.2024cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 354,29 manat əsas borc, 35,43 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş qalmış 323,84 manat əsas, 32,38 manat cərimə, cəmi 745,94 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2024-ci il tarixli 02737157 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 354,29 manat əsas borc, 35,43 manat cərimə, xx.xx.2024-cü il tarixli 02737156 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixə yaranmış 323,84 manat əsas borc, 32,38 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 775,94 (yeddi yüz yetmiş beş manat, doxsan dörd qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2242/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2242/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver