Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2247/2024 02.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Elxan Elşən oğlu Eminovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 (beş min dörd yüz səksən manat dörd qəpik) manat ödənilməmiş hissə, 1641.96 (min altı yüz qırx bir manat doxsan altı qəpik) manat dəbbə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 122.6 (yüz iyirmi iki manat altmış qəpik) manat dəbbə, ümumilikdə 7661 manat borc, 96.61 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK PRO 14 markalı komputer, SAMSUNG 25W CHARGER, İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet almış və nəticədə 7661 (yeddi min altı yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7480.04 (yeddi min dörd yüz səksən manat dörd qəpik) manat (12 ay x 456.67 manat + 2000 manat ilkin ödəniş) APPLE MACBOOK PRO 14 markalı komputer üçün ümumilikdə, 7122 (yeddi min yüz iyirmi iki) manat olmaqla ondan, 5480.04 (beş min dörd yüz səksən manat dörd qəpik) manat ödənilməmiş hissə, 1641.96 (min altı yüz qırx bir manat doxsan altı qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat (12 ay x 34.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün ümumilikdə, 539 (beş yüz otuz doqquz) manat olmaqla ondan, 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 122.6 (yüz iyirmi iki manat altmış qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2000 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslılığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 03674280 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə APPLE MACBOOK PRO 14 markalı komputeri alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 748 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş 10814940 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşeti alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 41.64 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 manat ödənilməmiş hissə, 1641.96 manat dəbbə, ümumilikdə 7122 manat borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə üzrə İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 manat ödənilməmiş hissə, 122.6 manat dəbbə, ümumilikdə 539 manat, cəmi 7661 borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: Müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK PRO 14 markalı komputer, SAMSUNG 25W CHARGER, İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet almış və nəticədə 7661 (yeddi min altı yüz altmış bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 7480.04 (yeddi min dörd yüz səksən manat dörd qəpik) manat (12 ay x 456.67 manat + 2000 manat ilkin ödəniş) APPLE MACBOOK PRO 14 markalı komputer üçün ümumilikdə, 7122 (yeddi min yüz iyirmi iki) manat olmaqla ondan, 5480.04 (beş min dörd yüz səksən manat dörd qəpik) manat ödənilməmiş hissə, 1641.96 (min altı yüz qırx bir manat doxsan altı qəpik) manat dəbbə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat (12 ay x 34.7 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün ümumilikdə, 539 (beş yüz otuz doqquz) manat olmaqla ondan, 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 122.6 (yüz iyirmi iki manat altmış qəpik) manat dəbbə borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrini ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqavilələri üzrə aldığı əşyaların dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilələr üzrə APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 manat və İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “1641.96 və 122.6 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 manat və İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 1641.96 manat dəbbə pulunun azaldılaraq 160 manat, 122.6 manat dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 96.61 (doxsan altı manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 80.67 (səksən manat altmış yeddi qəpik) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 (beş min dörd yüz səksən manat dörd qəpik) manat ödənilməmiş hissə, 160 (bir yüz altmış) manat dəbbə borcu olmaqla, ümumilikdə 5640.04 (beş min altı yüz qırx manat dörd qəpik) manat və İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu olmaqla, ümumilikdə 426.40 (dörd yüz iyirmi altı manat qırx qəpik) manat, cəmi 6066.44 (altı min altmış altı manat qırx dörd qəpik) və ödənilmiş 96.61 (doxsan altı manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 80.67 (səksən manat altmış yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. APPLE MACBOOK PRO 14 markalı komputer üçün 5480.04 (beş min dörd yüz səksən manat dörd qəpik) manat ödənilməmiş hissə, 160 (bir yüz altmış) manat dəbbə borcu olmaqla, ümumilikdə 5640.04 (beş min altı yüz qırx manat dörd qəpik) manat və İMEİ KODU **********70922 BLACKVİEW TAB 6 markalı planşet üçün 416.4 (dörd yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə borcu olmaqla, ümumilikdə 426.40 (dörd yüz iyirmi altı manat qırx qəpik) manat, cəmi 6066.44 (altı min altmış altı manat qırx dörd qəpik) və ödənilmiş 96.61 (doxsan altı manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun 80.67 (səksən manat altmış yeddi qəpik) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2247/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2247/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver