Məhkəmə qərarları › İş №e-2(009)-2253/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2253/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2253/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizə ilə məhkəməyə müraciət edəərk, iddiadan imtina etdiklərini və mülki işə xitam verilməsini, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, mülki işin icraatına iddia tələbi üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. AR MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi hüquq və azadlıqların və ya qanuni mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmiş şəxsin həmin iş üzrə məhkəmə müdafiəsi hüququnun olmaması, itirilməsi və ya bu hüquqa xitam verilməsi ilə əlaqədar məhkəmənin mülki işə baxılması üzrə prosessual fəaliyyətinin qətnamə çıxarılmadan başa çatdırılmasıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmədə mülki işin başlanılması üçün əsas olan iddianın verilməsi iddiaçının birtərəfli iradə ifadəsi olduğu üçün, həmin iddia üzrə mülki işin davam etdirilməsi də bir qayda olaraq iddiaçının belə bir arzusunun olmasından asılıdır. İddiaçının iddiadan imtina etməsi onun iddiasına əsasən başlanılmış işin məhkəmə icraatını davam etdirmək arzusunun olmadığını təsdiq edir. İddianın verilməsi kimi iddiadan imtina da iddiaçının hüququdur. İddiaçı iddiadan imtina etməklə irəli sürdüyü tələbin məhkəmədə müdafiəsi hüququndan da imtina edir. Məhz bu səbəbdən qanunvericilik iddiadan imtinanın məhkəmə tərəfindən qəbul olunmasını həmin iddiaya əsasən başlanılmış mülki işin icraatına xitam verilməsini prosessual hüquqi əsası kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə tərəfindən qəbul edilməli və mülki işin icraatına iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilməlidir. AR MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.4, 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və işin icraatına xitam verilsin. İddiaçı "xxxx" MMC tərəfindən “X3 Portalında vasitəsilə Bakı şəhər Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə xx.xx.2025-ci il tarixdə ödənilmiş dövlət rüsumu – 30 (otuz) manat (ödəniş qəbzinin nömrəsi **********) (rekvizitlər:Paşa Bank ASC, kodu 505141, Vöen **********1, Müxbir hesab : AZ82NABZ********************, "xxxx" MMC-nin hesabı: AZ78PAHA40060AZNHC**********, Vöen: **********)geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar