Məhkəmə qərarları › İş №e-2(009)-228/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-228/2024

04.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-228/2024 04.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndənin iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı Cavabdeh qarşı neft kəmərlərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yaşayış massiv, Cənub küçəsi ünvanında, (39T 398343 ******* kordinatında) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar faktları aşkar edilmişdir. AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X1 istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yıgılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması. Göstərilənləri nəzərə alaraq SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yşayış massiv, Cənub küçəsi ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, əmlakının sökülməsinə razı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə SOCAR Təhlükəsizlik İdarəsinin 3 saylı komandasının qarovul rəisi X4, mühafizəçi X2 və NKİ QİB NBKXS-nın rəisi X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 11.50-də ünvan 1 ünvanında, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2,8-ci km-də, kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə yerləşən, (39T 398343 ******* kordinatında) Cavabdeh Bahəddin oğluna məxsus köhnədən mövcud olan hər tərəfi hasarlı yaşayış evinin həyətində evə bitişik ikinci mərtəbəyə qalxmaq üçün pilləkan tikilməsi aşkar edilmişdir. Ev sahibi vətəndaş Cavabdeh Bahəddin oğluna istismarçı təşkilat ilə razılaşdırmadan mühafizə zonası daxilində gördüyü işlərin qanunazidd olduğu izah edilmiş, lakin vətəndaş əvvəlcədən həmin yerdə pilləkan olduğunu söyləyərək pilləkan tikintisi işlərini tamamladıqdan sonra başqa heç bir iş görməyəcəyini bildirmişdir. Sözügedən şəxsə izahedici söhbətdən sonra yazılı xəbərdarlıq edilmişdir. Faktla bağlı NKİ QİB-nə və Tİ-nin XTŞ-nin rəisinə məlumat verilmişdir. Faktla bağlı foto şəkillər çəkilmiş və akta əlavə olunmuşdur. İş üzrə Cavabdeh təqdim edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinə məxsus, hal-hazırda istismarda olan (Ş/B Dş 500 mm-lik kəmərə birləşən Bibiheybət DŞ 300 mm-lik neft kəmərinin 2,8 km-də) magistral neft kəmərinin mühafizə zonasında tikinti işlərinin aparılmasının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanı və Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası CM-nin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/9980 saylı rəyinə əsasən Bakı şəhəri, ünvan 3ndə Cavabdeh istifadəsində olan daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərin SOCARın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mmlik magistral neft kəmərinə birləşən Bibiheybət DŞ 300 mm-lik yeraltı neft kəmərindən 25 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X1 istismarında texniki təhlükəsizlik qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan- Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yaşayış massiv Cənub küçəsi ünvanında, (39T 398343 ******* kordinatında) Cavabdeh Bahəddin oğluna məxsus köhnədən mövcud olan hər tərəfi hasarlı yaşayış evinin və həyətində evə bitişik ikinci mərtəbəyə qalxmaq üçün pilləkən tikililəri aşkar olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh tərəfindən özbaşına olaraq iddiaçıya ayrılmış torpaq sahəsində tikinti aparılmışdır və həmin tikintinin aparılması üçün qanunda nəzərdə tutulmuş hər hansı icazə alınmamışdır. Digər tərəfdən həmin tikili SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən, Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.8-ci km-də kəmərə paralel 1-ci sırada 25 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında Badamdar qəsəbəsi, 1-ci yşayış massiv Cənub küçəsi ünvanında, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təyin edilmiş ekspertiza ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 3ndə Cavabdeh istifadəsində olan daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərin SOCARın İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət DŞ 300 mm-lik yeraltı neft kəmərindən 25 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasar, fərdi yaşayış evi və pilləkən tikililərinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “X1 istismarında texniki təhlükəsizlik qaydaları” ilə müəyyən edilmiş 50 metr təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı üçün və həmin tikili statusuna görə özbaşına olduğu üçün, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən isə özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X1 istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Beləliklə məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 25 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Məhkəmə habelə qeyd edir ki, keçirilmiş ekspertiza xərcləri də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 3 ünvanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət DŞ 300 mm-lik yeraltı neft kəmərinin 2,8-ci km-də, kəmərə paralel 1-ci sırada kəmərin mühafizə zonasında, kəmərdən 25 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi və hasarı Cavabdeh vəsaiti hesabına sökülsün, cavabdeh həmin ərazidən çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutularaq SOCAR-ın İddiaçı bank hesabına (Kapitalbank Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilsin. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci - 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar